Uran - Trendivəki

Copied!edit Lyrics
original text at lyrnow.com/1029080
Giriş
Bütün həyatını trendə həsr et, trend, trend
Sən trend olmalısan
Sən…sən trend olmaq üçün doğulmusan
Trend sənin üçün hər şeydir
Trend, ancaq trend

Nəqərat
Hey, mikrofonu ver
Tap özünə yer
Başladı seans
Trendivəki!

Hey, lap özünü söy
Hype dolu yer-göy
Ayıb deyil, əsas
Trendivəki!
Hey, al bunu geyin
Et belə şey
Ol korifey
Trendivəki!

Hey, bol olsun rəy
Danış səy-səy
Freaky-sensei
Trendivəki!

Bənd 1
Hər trendə düşən brendə dönmür, əsla
Var “Mercedes”, var “Tesla”
Var yiyəsi dəyişən kreslo kimi trenddən asılı məhsul
Bir-iki günlük aslan
İtir gündəm olur məstan
Dolur kassa
Mətnə baxsan ucuz posta bənzər dastan
Məna saxsı
Lap sıxıb özünü qəliz qafiyə qoysan
Klipə baxsın, hə, camaat kimə düşməyib yüz doxsan
Ac mədəyə kayf alsın
Beləcə hype'la gəlsin ad-san
Deyir “əgər acsan, doyacaqsan klipi açsan”

“Maşına bax, hə, üstünə-başına bax!” - “Özünündür?”
“Fasion’a bax, hə, qızıla, qaşına bax!” - “Özünündür?”
“Sən bilməzsən, əvvəl saxtanı tax ki…” - “Niyə?”
“Söhbət o vaxt ki, gələr əsl hədiyyə” - “Zibil”

Nəqərat
Hey, mikrofonu ver
Tap özünə yer
Başladı seans
Trendivəki!

Hey, lap özünü söy
Hype dolu yer-göy
Ayıb deyil, əsas
Trendivəki!

Hey, al bunu geyin
Et belə şey
Ol korifey
Trendivəki!

Hey, bol olsun rəy
Danış səy-səy
Freaky-sensei
Trendivəki!

Bənd 2
Həyat oyundur, rep game'dir
Eşit məni, əziz homie
Əsas pul, əsas fame'dir
Təmiz rep qəliz, homie
Bir şey yaz, rep geyindir
Bazar tutmaq lazım, homie
Olaq paz gənc beyinə
“Scoop, scoop” edək, homie
Scooooop…
Bu lokomativə sürət verər lokal aktivlər
Butulkadan cin bokala girər
Auto-tunes bir az vokala görə
Nə gəldi yazar şakalın biri
Şokolad bilər trendə düşəni
Sosial guşədən durmayıb yazanı - tap elə birini
Kim hədəfi vurub top ola bilər

Sözümün məğzi, hər kəsin işidir şəxsi
Kim məni eşidir şəxsən
Bilsin ki, bəhsən dəyişmirəm dəsti-xətti
Urana tərz qəhətmi?
Boyunda chain ləğv etmir oyunda beyni
Kim necə geyinir şəxsi işidir
Etsən mumble et sanballı
Olmasın bambılı rep

Keçid
Olmasın, olmasın, olmasın, olmasın bambılı rep!
Olmasın, olmasın, olmasın, olmasın, olmasın, olmasın bambılı rep!
Olmasın, olmasın, olmasın, olmasın, olmasın bambılı rep!
Trendivəki bambılı rep!

Nəqərat
Hey, mikrofonu ver
Tap özünə yer
Başladı seans
Trendivəki!

Hey, lap özünü söy
Hype dolu yer-göy
Ayıb deyil, əsas
Trendivəki!

Hey, al bunu geyin
Et belə şey
Ol korifey
Trendivəki!

Hey, bol olsun rəy
Danış səy-səy
Freaky-sensei
Trendivəki!
 
0

Song Description:

edit soundcloud

SoundCloud:

edit soundcloud

More Uran lyrics

Uran - Sözlər Əbədidir
{Nəqərat: Trino} Ayaqlar altında Air Force-lar (Air Force-lar) Fırlanıram ətrafımda dostlar (Dostlar) Ürəyimdə deyiləsi söz var Bu, əbədi deyil Ayaqlar

Uran - Bu Replə Qayıtdım
{Bənd 1: Cherep} Bizim “Anbar” dəyərlərini çökdürə bilmədi dolların məzənnəsi Çünki sidq qəlbləri bulandırır yaşıl kağız fəlsəfəsi Klassik “N.W.A.” sound Bizim

Uran - Yad Ölkədə
{Bənd 1} Həyatda yeni səhifə açıldı, dəyişdi gedişat Düşdüm Fransaya, Lö Gişe, deyiləm pərişan Ata oldum, sayrışan ulduzum - qızım, yeni guşəm Anladım, valideyn bir

Uran - Bir Azərbaycandır!
{Nəqərat} Ovçu asta dolan, gəz Günah etmə, amandır Burda hər gözəllik bir Azərbaycandır (Bir Azərbaycandır!) Ovçu asta dolan, gəz Günah etmə, amandır

Uran - Küçələr Oyaqdır
{Giriş} Eşit gör Eşit gör, nə deyirəm Eşit gör, nə deyirəm Eşit, de Eşit gör, ay Eşit gör, nə deyirəm Eşit gör, a! {Bənd 1} Üç

Uran - Sevgi Qalıb XX Əsrdə
{Giriş} Mən bilmirəm bu trek nə haqdadır Soruşmayın məndən {Nəqərat} Sevgi qalıb XX əsrdə Hündür divar, üstü açıq qəsrdə Deyir onun artıq həmin

Uran - Tələsir
{Bənd 1} Küləklər şəhəri, şərqin əbədi qapısı Bakı Səndə gizlənib milyon sirr, insan idrakı Sevgi məbədin Xəzərə boylanan Qız Qalası 2005-ci il, payız, soyuq noyabr

Uran - Sadə Qız lll
{Bənd 1} Xəyalında dönəndə qadın uşaqlıq illərinə Yada salanda yeniyetməlik cizgilərini Balaca otaqda böyük dünya haqda planları Həmin otaqda “öldülər” məhv edib

Uran - Vətəndaşa Mesaj
{Giriş} Vətəndaş! Həri. Yaxın gəl, yaxın gəl, yaxın gəl Yaxın gəl, yaxın otur! Hə! Yaxın gəl, yaxın otur! Söylə! {Bənd 1} Söylə görüm, sən

Uran - Azərbaycanı Tərk Edərkən
{Giriş} Azərbaycanı tərk edərkən Keçirtdiyim hisslər haqqında {Nəqərat} Səmaya doğru gedir xəyallar (xəyallar) Aradabir sualtı qayalar (qayalar)

YouTube

edit video

Uran

Uran
edit foto

Biography

edit bio
Uran (tam adı: İbrahim İbrahimov; d. 20 dekabr 1983, Xaçmaz, Azərbaycan SSR, SSRİ) — Azərbaycan repçisi.[1]

Uran müxtəlif dövrdə Diana Hacıyeva və digər sənətkarlar ilə əməkdaşlıq etmişdir.
Həyatı
Uran 1983-ci il dekabr ayının 20-də Xaçmazda dünyaya gəlmişdir. 1996-ci ilin martın 9-da ilk rep mahnısını yazıb. Replə ilk tanışlığı Rusiya repçilərindən başlayıb. Sonrakı illərdə 2Pac və Eminemdən təsirlənib.

Hip-hopda ilk təxəllüsü “Mr Ib” olub. 2001-ci ilin mart ayından M.T.Street qrupunun tərkibində söz yazarı kimi fəaliyyət göstərməyə başlayıb. O, ilk olaraq söz yaza bilməyən repçilərə mahnı mətnləri satmaq fikrində idi. Həmin ilin aprelində qrup “Mənim lomka həyatım” treki ilə Vətən diskotekasında keçirilən yeraltı (ing. underground) festivalda 4-cü yeri tutub. 2001-ci ilin sonunda M.S.Street qrupu dağılır və Mr.Ib müstəqil fəaliyyətini davam etdirir. Həmin ilin oktyabr ayının 19-da Bakı Slavyan Universitetinin akt zalında, universitetin ŞHK-nin təqdimat gecəsində ilk çıxışını edir

2004-cü il yanvarın 11-də “Caspian Clan” rep qrupunun 8-ci üzvü olur. 2004-cü ildə qrup dağılır və repçi ləqəbini “Uran"a dəyişir. 2004-cü il oktyabrın 10-da Space TV-də "Mən Də Varam” telemüsabiqəsinə qatılır. O, telemüsabiqədə ikinci yeri tutur.

2006-cı il fevralın 2-də Uran British Council-in təşəbbüsü ilə “Urban Culture” adı altında keçirilən hip-hop şouda iştirak edir. Daha sonra şəxsi həyatında baş verən problemlərlə əlaqədar repdən bir müddət uzaqlaşır.

2007-ci ilin aprel ayında “Mən Də Varam 3” telemüsabiqəsinə yenidən qatılır və birinci yeri tutur. 2007-ci ilin avqust ayında Uran Azərbaycanın ilk rep leyblı olan “Da Streetz"in tərkibinə daxil olur.

2008-ci il aprel ayının 20-də “Rap Time” adlı radio verilişin aparıcılarından biri olur. Həmin ilin avqust ayında isə ANS ÇM-in keçirdiyi vətənpərvər musiqi müsabiqəsinə “Milli düşüncə və gənclər” mahnısı ilə birinci yerə layiq görülür.

2010-cu il mayın 2-də Bakıda Türkiyə repçisi Cəza ilə birgə konsert verir. 2012-ci il iyunun 28-də Ceza və Uran ikinci dəfə Bakıda, Heydər Əliyev adına İdman Arenasında eyni səhnəni bölüşür.

2013-cü il Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən Fanta Gənclik Festivalın aparıcısı olur.

Uran 2014-cü ilin avqust ayından 2016-cı il fevral ayına qədər Almaniyada yaşayıb.[2]

Şəxsi həyatı
Ailəlidir. Bir qızı var.

Diskoqrafiya
Uranın diskoqrafiyasına 3 studiya albomu və bir miksteyp daxildir.

Studiya albomları
Hörmətlə Uran (2005)
Mənasız Şeylər (2009)
Qaralama (2011) (Miksteyp)
Açıq Mikrofon (2013)