Tünzalə - Gecələr

Copied!edit Lyrics
original text at lyrnow.com/1121175
Bənd 1: Tünzalə Ağayeva
Sənsizəm, sənsizəm gözlərimdən yaş düşən gecələrdə, gecələrdə
Yorularaq, yorularaq yastığa baş düşən gecələrdə
Gələn yox, qapı bağlı, çaşır adamın ağlı, adamın ağlı
Axşamları qayğılı, boş düşən gecələrdə

Nəqərat: Tünzalə Ağayeva
Göy üzü dama-dama
Ulduzlar damla-damla
Dözmək olmur başıma
Daş düşən gecələrdə
Göy üzü dama-dama
Ulduzlar damla-damla
Dözmək olmur başıma
Daş düşən gecələrdə

Bənd 2: Toni
Mən yuxusuzam növbəti payız gecəsi
Qəlbim daş dəymiş pəncərə şüşəsi
Odlu dodaqlar isitmir buzlu nəfəsi
Çatdırır külək yarpaqlarla incə səsi

O səs danışır daş düşən gecələrdən
Gözyaşıyla mənsiz qaldığı küçələrdən
İlk görüş yerimizdə donmuş kürsülərdən
Bizi ayıran, keçilməz beton körpülərdən

Saniyələrdən, dəqiqələrdən, saatlardan
Sənsiz açılmayan, uçmayan qanadlardan
Cavabsız qalan çoxsaylı suallardan
Son sözünlə tikdiyin sərt divarlardan

İstərdim gəlim, gələn yox, qapım bağlı
Səni saxlamağa, inan, çatmadı ağlım
Ürək dağılıb, köynəyimin altında şəklin
İndi öpüşən küçələrdə ağrılı təklik

Bənd 3: Tünzalə Ağayeva
Qırmaram, qırmaram ümidimi
Gözləyərəm mən səni, səni
Sınıq vaqonlar kimi
Sınıq vaqonlar kimi

(Mən səni sevirəm hələ də, canım mənim)
Ötüşən gecələrdə orada adın yazılıb
Sahil qumu qızılı, ləpələr nazlı-nazlı
Öpüşən gecələrdə

Bənd 4: Toni
Qara hərflərlə sevgi sözünü yazdıq
Uçurub göy üzünə, baxıb həyatda azdıq
Qısqanclıq hislərini şeytana satdıq
İndi təkəm, otaq gözyaşında yastıq

Bəlkə, deyəsən, unudum səni necə?
Sevgi durna deyil, payızda köçə
Susma, danış, son söz denən sadəcə
Bizi ayırır gözü yumulu gecə

Nəqərat: Tünzalə Ağayeva & Toni
Göy üzü dama-dama
Ulduzlar damla-damla
Dözmək olmur başıma
Daş düşən gecələrdə
Göy üzü dama-dama
Ulduzlar damla-damla
Dözmək olmur başıma
Daş düşən gecələrdə

Göy üzü dama-dama
Ulduzlar damla-damla
Dözmək olmur başıma
Daş düşən gecələrdə

Göy üzü dama-dama
Ulduzlar damla-damla
Dözmək olmur başıma
Daş düşən gecələrdə
 
0

Song Description:

edit soundcloud

SoundCloud:

edit soundcloud

More Tünzalə lyrics

Tünzalə - Qovuş Ona
{Bənd 1} Zehnimdə, qəlbimdə, fikrimdəymiş, dərindəymiş Ona tək yol düşüncəymiş, düşününcə ipincəymiş Zehnimdə, qəlbimdə fikrimdəymiş, dərindəymiş Ona tək yol

Tünzalə - Qoşa Qanad
{Bənd 1} Qəlbi kövrək eşq aynası Sahilsiz bir məhəbbətdir Onun bir adı anadır Bir adı da sədaqətdir Qovrulub ruh atəşində Oddan, sudan yoğrulmuşuq

Tünzalə - Gəl, Novruz
{Bənd 1} Bayram günü bəzənər Xonçalar, xonçalar Sevinc, şadlıq nidası Ucalar, ucalar Bayram günü bəzənər Xonçalar, xonçalar Sevinc, şadlıq nidası

Tünzalə - Öldür
{Giriş} Ha... Ha... {Bənd 1} Köksümə dağ kimi dağlar qoydun Mənə güldün, ağlar qoydun Yanmadın heç bəxtimə sən Gündə bir hala düşən halıma

Tünzalə - Ey Yar
{Bənd 1} Gözümdə kök salıb bir həsrət Gizli-gizli, səssiz hey ağlar, hey ağlar Baxanda dağ kimi yaxından görsənər uzaqlar O çağlar bizi soraqlar {Nəqərat

Tünzalə - Bir Də Baxım
{Bənd 1} Ömür kimi axıb gedən Bir də bu çay axmaz belə (axmaz belə) O gözələ bir də baxım Bir də dönüb baxmaz belə (baxmaz belə) Ömür kimi axıb gedən Bir

Tünzalə - Gülə Düşsün
{Bənd 1} Yaman oldu yenə halım Təsəllini haradan alım? Saz gətirin, asta çalım Şeh damlası gülə düşsün Yaman oldu yenə halım Təsəllini haradan alım?

Tünzalə - Laylay
{Nəqərat} Laylay, laylay Lay… Laylay, laylay Lay… {Bənd 1} Sinəm gülür, gülşənim Olsun çiçəklər sənin Gül dərsin gül əllərin

Tünzalə - Не Бойся
{Куплет 1} Когда тебя в ночи покинет солнце И спрячется за тучами луна Услышишь грусть, что снова в душу рвется Поверишь что на свете ты одна

Tünzalə - Gözümün İçinə Bax
{Bənd 1} Sənsiz yenə də Zülmət gecədə Səssiz necə də Ürək sızlayır Sənsiz hələ də Qəmdə, kədərdə Qəfəs içində Ürək ağlayır