Röya & Rizvan - Gəl Danış

Copied!edit Lyrics
original text at lyrnow.com/1636555
Bənd 1
Hər səhifəsini əzbərləyib oxudum səni sevdiyim kitab kimi
Günahlar içində səni sevdim, amma yazıldı əməlim savab kimi
Səni ətirli güllər içində seçdim, zövqümə paxıllıq edən çox oldu
Bağban olan tək bir gülü sevdim, başqa güllərimin hamısı soldu

Od kimiyəm közərirəm
Yol kimi mən gözləyirəm
Sən kəsilən son nəfəsimin səsi

Nəqərat
Gəl danış sevgidən bu gecə, gəl danış duyğudan
Gecələr hislərim darıxır, sevgilim, gəl danış
Gəl danış sevgidən bu gecə, gəl danış duyğudan
Gecələr hislərim darıxır, sevgilim, gəl danış

Bənd 2
Sevgimə verdirib ömürlük həbs sən, ürəyimi etdin müsadirə
Cəzamı çəkincə itəcək nəfs, bitəcək sevgidə müharibə
Ən maraqlı keçən dövrü ömrümün sənsən, səbəbi sevgi ömrümün
Təksən cavanlar şahzadəsi, bərkdir yalanda yananlar səsi

Yad kimiyəm darıxıram
Sən gələn yola baxıram
Bil deməyə çox sözüm qalıb sənə

Nəqərat
Gəl danış sevgidən bu gecə, gəl danış duyğudan
Gecələr hislərim darıxır, sevgilim, gəl danış
Gəl danış sevgidən bu gecə, gəl danış duyğudan
Gecələr hislərim darıxır, sevgilim, gəl danış
Gəl danış sevgidən bu gecə, gəl danış duyğudan
Gecələr hislərim darıxır, sevgilim…
 
0

Song Description:

edit soundcloud

SoundCloud:

edit soundcloud

More Röya & Rizvan lyrics

Röya & Rizvan - Məhəbbət Payım
{Bənd 1} Düşəndə yadıma sənli günlərim Sinəmdə həsrətdən ocaq qalanır Başlanır dumanlı, çənli günlərim Ömrümə qəmli bir ömür calanır {Nəqərat}

Röya & Rizvan - Nigaranam
{Bənd 1} Ömür boyu gözümdə kam, qəlbimdə arzu, kam Bu həsrəti daşıyıram, sənsiz daşıyıram Mən bir təhər yaşayıram, sənsiz yaşayıram Təkcə səndən nigaranam, səndən

Röya & Rizvan - Sarı Güllər
{Bənd 1} Dünyada əlvan rənglər, güllər ağlar, sevinər Hər gülü öz rəngində yada salar sevənlər Rənglər dönər güllərə, güllər yağar əllərə Əllər qonar tellərə o

Röya & Rizvan - Qaytar Eşqimi
{Bənd 1} Dünyada min gözəl tapardım Sən mənim ömrümü qopardın Qaytar ver ömrümü, günümü Sən onu özünlə apardın Dünyada min gözəl tapardım Sən mənim

Röya & Rizvan - Dünya Sənin, Dünya Mənim
{Bənd 1} Bir taleyin oyununda cütlənmiş zərik Yüz il qoşa atılsaq da, qoşa düşmərik Bir zərrənin işığına milyonlar şərik {Nəqərat} Dünya sənin

Röya & Rizvan - Başqa Birisini Sevə Bilməzsən
{Bənd 1} Hələ qəlbimizdə xatirə izi Hələ ayrılığın nəmlidir gözü Hələ ki sevirik bir-birimizi Başqa birisini sevə bilməzsən Hələ qəlbimizdə xatirə izi

Röya & Rizvan - Sevgi Qatarı
{Giriş} Unut ki, yaşanacaq nə qaldı sabaha? Bu sevginin qatarı getdi, gülüm, getdi daha {Bənd 1} Bu son vida, bu son vida Nə olar, bir də dönmə

Röya & Rizvan - Eşq
{Bənd 1} Sərin yaz axşamı səni səslədim Geri dön, geri dön deyə Məni sev, məni sev deyə Səsin ruh oxşayır, sirrin səsdəmi? Susduğum hissi söz deyər Gülüşün oda

Röya & Rizvan - Bilərsənmi
{Bənd 1} Özümdən çox sevdiyim Niyə dönük çıxdın sən? De, hansı gözlər ilə Başqa gözə baxdın sən? Özümdən çox sevdiyim Niyə dönük çıxdın sən? De,

Röya & Rizvan - Gecələr Keçir
{Bənd 1} Səhərə nə qalır? Ulduzlar sönür Səhərin yolları gecədən keçir Üfüqdən bir solğun şəfəq görünür Bu da bir qəribə gecədir, keçir {Nəqərat}