Miro [AZ] - Soyuducu

Copied!edit Lyrics
original text at lyrnow.com/2069123
Bənd 1
Bu sevgi xoş gün vermədi mənə
Qara palçıq, boş üz qarası
Bizi itirən itirib onsuz
İcazə vermərəm mən, axtarıb-arasın
Mən kədərəm, gəlsən, gedərəm
Bəlkə də, səndən betərəm
Elə bil mən Bakıyam
Dərdlərin üzərimə hörülən bir Qız qalası

Nəqərat
Mən ürəyimi soyuducunun içinə atım
Elə bəlkə donar? Sənə belə soyuyar?
Ya uca bir dağ tapım, üzərinə çıxım, qışqırım
Olarmı, de, səsimi duyan?
Bu lənətə gəlmiş yuxudan oyan
Dilim də dönmür axı, deyə ki, dayan
Nə olur, olsun, səni hələ sevirəm
Özümdən çıxdım, sənə gəlirəm

Mən ürəyimi soyuducunun içinə atım
Elə bəlkə donar? Sənə belə soyuyar?
Ya uca bir dağ tapım, üzərinə çıxım, qışqırım
Olarmı, de, səsimi duyan?
Bu lənətə gəlmiş yuxudan oyan
Dilim də dönmür axı, deyə ki, dayan
Nə olur, olsun, səni hələ sevirəm
Özümdən çıxdım, sənə gəlirəm

Bənd 2
Bu yorğun gözlərimi, günlər keçib, ay keçib
Mən hələ yummamışam
Nə yox dərdimə yananım
Hərdən eşidilir səsi güzgülərin danışan
Bu, sənin əsərin, bu, sənin uğurun
Bu, məni yox edir, amma səni doğurur
Buraxır əlimi yarıda yolun
Toxuna bilim necə əlinə onun?

Nəqərat
Mən ürəyimi soyuducunun içinə atım
Elə bəlkə donar? Sənə belə soyuyar?
Ya uca bir dağ tapım, üzərinə çıxım, qışqırım
Olarmı, de, səsimi duyan?
Bu lənətə gəlmiş yuxudan oyan
Dilim də dönmür axı, deyə ki, dayan
Nə olur, olsun, səni hələ sevirəm
Özümdən çıxdım, sənə gəlirəm

Mən ürəyimi soyuducunun içinə atım
Elə bəlkə donar? Sənə belə soyuyar?
Ya uca bir dağ tapım, üzərinə çıxım, qışqırım
Olarmı, de, səsimi duyan?
Bu lənətə gəlmiş yuxudan oyan
Dilim də dönmür axı, deyə ki, dayan
Nə olur, olsun, səni hələ sevirəm
Özümdən çıxdım, sənə gəlirəm

Çıxış
Bu gün bütün pəncərələri açıb səni gözləyəcəm
Bir əsinti və ya yağış
Bəlkə bir ağacdakı son yarpaq kimi
Hansı cisimdə olursan, ol
İstəsən, ruhsuz, ya da qanlı-canlı
Necə istəyirsən, elə gəl
Bunu bil ki, heç cür sənsiz olmur
Nə mən, nə də ürəyim sənə soyumur
 
0

Song Description:

edit soundcloud

SoundCloud:

edit soundcloud

More Miro [AZ] lyrics

Miro [AZ] - Yadımdadı
Mən indi de, ölmüşəm əvvəldən Geri gəl, yenə al məni məndən Səni düşünən bir ürək var təkcə Geri qalanını al, geri get yenidən Olmaz çünki Sən alov, mən buz, sənsən məni

Miro [AZ] - Telefonu aç
Nə qədər çalışsan da yaşamaqçün Ayılıb gördün birdə ki, bir gün öldün Biz doğuşdan ölüyük üzü deyil O qədər də bil ki, çirkin ölümü Təhlükə biz, buralar deyil ki təhlükəsiz

Miro [AZ] - Qaça-Qaça
Ətrindən duyuram mən yaz yağışını Yalnızlıq və mən necə yaraşırıq Süzürəm şərablar daşır, dərdlə dolur badəm Sənsizlik susmur, elə danışırıq Qaçıram mən özümdən uzağa

Miro [AZ] - Dəli Həyat
Mən gedirəm üzərinə dəli həyatın Yenə düşür mənim üzərimə qəmi həyatın Amma bu yol uzun uzun uzun uzadır yolumuzu Bəlkə də yaşamaqdır ki gətirir sonumuzu Mən gedirəm üzərinə

Miro [AZ] - Yarım Adam
Bu qədər uzaq olacaqdınsa mənim ürəyimə Mənəm uduzan, yaramı duza batırıb Sonra yük olursan ürəyimə Elə bildim axı sənin ürəyin mən Və balaca əlləriylə biləyimdən O bərk

Miro [AZ] - Gəl Çıx
{Bənd 1} Get, düşünmə, get Bu qədər yaşananın ardından Üzmüşəm səni Bilirəm ki, sevgi dərdin var Qalmışam bu gün Parıldayan ulduzun altında Unutmaq

Miro [AZ] - Şuşanın Dağları
{Başlıq} Dumanlı dağların başında durdum Dumandan özümə bir xeymə qurdum Dumanlı dağların başında durdum Dumandan özümə bir xeymə qurdum {Bənd 1:

Miro [AZ] - Hərdən
{Bənd 1} Gecə düşür üstünə gözlərimin Yadıma salıram, onu qısqanıram Necə deyim ona darıxıram onsuz? Cəhd eləyirəm, özümlə bacarmıram İnanıram hələ də

Miro [AZ] - Sevgim
{Bənd 1} Gözlədim mən yolunu sənin, yaralandım, ölmədim Sevgi dərdi nədir? Qırdı qanad-qolumu Güvən sən mənə, tut əlimi mənlə gəlib Dünya gözəlim, ümidlərim yorulub

Miro [AZ] - Yaraşır
{Bənd 1} Bir az şərabla etməyəcəyimiz səhv yox Həyat qaranlıq, ürək yol Çıxılmaz olarmı tək yol? Mən varam, xəyallar var, sən yox Nə sabah yox, nə dünən yox Nə