Rast - Bu Gecə

Copied!edit Lyrics
original text at lyrnow.com/2088078
Bənd 1
Qaranlıq ətraf, qaranlıqdır necə
Qaranlıq səma da açıb üzün incə
Qaranlıq uçuruma gedirəm mən bu dünyadan
İnan ki, o zülmət içindən hələ yoxdur qayıdan

Keçmiş həyatım durub göz qarşımda
Mənim fikrim, hisslərim qatışıb başımda
Sanki iblis aldadıb şirin sözüylə...

Göyə baxdım, baxışım fikrimdən ağır
Göydən soyuq ulduz yağışı könlümə yağır
Ömür yarğanı yolum üstdədir mənim daha
Qəmər, gözlə məni sən yerdə tənha

Gecə öz baxışıyla yerə qaranlıq saldı
Cənnətdə bitən ümidimi birdən aldı
Ümidsiz olan könlüm yarpaq kimi saraldı

Bu gecənin içində axan sular dayanar
Bu gecə içində əsrlər yatan oyanar
Bu gecənin içində sönmüş ocaq odlanar

Bu gecə...

Bənd 2
Uzaqda yanan ümid işığı çağırır məni
Qatıb qarışdırır onsuz da kövrək qəlbimi
Ulduzların soyuq nəfəsi isə deyir – ‘’Dayan’’
Bu gecə yuxusundan, eşidirsən, oyan
Birdən mən ayılıb özüm özümə dedim – “Bəsdir”
Hər gecə durub göyə baxırsan, nə həvəsdir?
Nə olub axı sənə, dalırsan bu dünyadan?
Vahimə gecəsindən, eşidirsən, oyan

Gecə...
Ulduzlar arası dənizə baş vurub uzağa mən üzərəm
Necə?
Kimsə söyləməz, bu gecə əzabına necə dözərəm?

Kimə söyləyim ürəyimdə olan dərdimi?
Kimə açıb boşaldım mən öz coşqun qəlbimi?
Heç özüm bilmirəm nədən məni bu dünyada
Ümidim qalıb bu gecə içində fəryada
Qaranlıq səma açıb üzünü incə
Bu gecə...

Nəqərat
Gəl, gəl
Gəl, istəyim
Gəl, gəl, məhəbbətim
Gəl, gəl
Gəl, həsrətim, gəl

Gəl, gəl
Gəl, istəyim
Gəl, gəl, məhəbbətim
Gəl, gəl
Gəl, həsrətim, gəl
Gəl, gəl
Gəl, istəyim
Gəl, gəl, məhəbbətim
Gəl, gəl
Gəl, həsrətim, gəl

Gəl, gəl
Gəl, istəyim
Gəl, gəl, məhəbbətim
Gəl, gəl
Gəl, həsrətim, gəl
Gəl, gəl...
 
0

Song Description:

edit soundcloud

SoundCloud:

edit soundcloud

More Rast lyrics

Rast - Bakı
{Bənd 1} Yadındamı o günlər, hamı yığılıb Qoca çinarın altında yanımızda samovar? Yadındamı sevgilər, necə idi saf 11 etiraf məktubda, yazıq elə utanır?

Rast - Ana Vətən Azərbaycan
{Bənd 1} Yada düşür o ötən illər Qəlbimdə göynəyir tellər Yada düşür o çətin günlər Uzaq olsun torpağımdan şər {Keçid} Ümid edirəm gələcəyə

Rast - Ana
{Bənd 1} Əziz anam, şirin sözlü anam Qəlbin kövrək, eşqin solmaz bahar Gülərüzlü, qara gözlü anam Hara getsəm, gözün mənə baxar Əziz anam, şirin sözlü anam

Rast - Zərif Gülüşün
{Bənd 1} Söylə, ey sevgilim Səntək yar hanı? Zülfündən tel üzüb Çaldım kamanı {Nəqərat} Ürkək baxışınla Xoş yerişinlə Zərif

Rast - Sevə-Sevə
{Bənd 1} Alıb ürəyimi Alıb özünün kimi Alıb səni dünən Könül simin Baxıb buludlara Baxıb göylərə, ulduzlara Gizli eşqimi dedim Desin yara

Rast - Rəqs Elə
{Bənd 1} Gəl, belə olma Sevin, gül, sat Qəmi, alma Sevin, gül Hər kəsin hissinə Ürəyi aynan Bax, gözdən hissin Görünər Baxsan gözdən

Rast - Sarı Gəlin
{Bənd 1} Saçın ucun hörməzlər Gülü sulu dərməzlər Sarı gəlin Saçın ucun hörməzlər Gülü sulu dərməzlər Sarı gəlin {Nəqərat} Bu

Rast - Bayatılar
{Bənd 1} Qarpız kəsdim, yeyən yox Vallah, dərdim bilən yox Qarpız kəsdim, yeyən yox Vallah, dərdim bilən yox Mən yarımla barışdım ‘’Gözün aydın’’ - deyən

Rast - Rast Dünyası
{Giriş} Yar... Yar, ey... Yarım... Ay can, ey... {Bənd 1} Olsa idi əsəri naleyi-əfqanımızın Yenə bir rəhmi gələrdi bizə cananımızın Ağlarım,

Rast - Eşqsiz Dünya
{Bənd 1} Yarım, yenə xoşdur Mənə xoşdur Gəl, tez gəl, sabahım Qanım yenə coşdu Sənsiz darıxıb Eşq otağım Yarım, yenə xoşdur Mənə