Zamiq Hüseynov - Özü Bilər

Copied!edit Lyrics
original text at lyrnow.com/301754
Bənd 1: Zamiq Hüseynov
Əgər qızın tələbi oyadırsa əsəbi
Nəsə bir yol tap, qır, demə səbəbi
O da özü bilər
Qız özü bilər
Biri kinlə, biri saf ürəklə əlini sıxar
Biri sənə görə var, biri əlinə baxar
Dost özü bilər
Ehh, özü bilər

Nəqarət: Zamiq Hüseynov
Kimə su, kimə zəhər, kimi sınağa çəkər, Nökəri edib ağa, edər ağanı nökər
Həyat özü bilər, həyat özü bilər
Kimin əli çox uzun, kimin əlində qalar
Kimə varı bol edər, kimin əlindən alar
Həyat özü bilər
Onun özü bilər

Bənd 2: Zamiq Hüseynov
İslanmışam mən onsuz da, havanın nə fərqi var?
Bir gün yağar yağışlar, bir gün yağar dolu qar
Hava özü bilər
Onun özü bilər
Bu həyatın hər anını mahnılarına qatar
Yazıb üzə çıxarar, ya da yandırıb atar
Şair özü bilər
Onun özü bilər

Bənd 3: Elşad Xose
Səhər oxunur azan
Sonra şəhər oyanır
Kimi yolundan azan
Kimi avaralanır
Bir ailədə nişan
Bir ailə boşanır
Hər kəsin öz həyatı
Və özü bilər
Hərənin öz xaçı, öz Allahı
Öz əqidəsi, öz inamı
Özü bilər
Kim kimlə necə nə cür
Harda edir günahı
Əşi özü bilər
Hamı özü bilər

Nəqarət: Zamiq Hüseynov
Kimə su, kimə zəhər, kimi sınağa çəkər, Nökəri edib ağa, edər ağanı nökər
Həyat özü bilər, həyat özü bilər
Kimin əli çox uzun, kimin əlində qalar
Kimə varı bol edər, kimin əlindən alar
Həyat özü bilər
Onun özü bilər. (×3)
 
0

Song Description:

edit soundcloud

SoundCloud:

edit soundcloud

More Zamiq Hüseynov lyrics

Zamiq Hüseynov - Duman
{Bənd 1} Sanırdım ki, sən idin Mənə ən əziz o kəs Fəqət elə məhz bu gündən Sənə yadam mən Demə - nə oldu bəs? Bi dəfə sönən ocaq Bir də alışıb,

Zamiq Hüseynov - O Mənə İnanır
{Bənd 1} Hər şeyi gördüm bu dünyada Yalnızlığı, qaranlığı Hər şeydən keçdim bu dünyada Bu yolların sonu varmı? {Keçid} Qüvvətim tükənəndə

Zamiq Hüseynov - Sonra
{Bənd 1} Günlərin biri ağ olanda, biri qara Bağlanmaq mənasız mənimtək insanlara Məhəbbətlə, sevgiylə heç olmayıb aram Üç günlük istəsən, onda səninlə varam (ay, ay,

Zamiq Hüseynov - Ey Vətən
{Bənd 1} Nəğmə dolu bir ürəyəm Çöllərinə baş əyərəm Ey Vətən! Meşələrin çətirlidir Gül-çiçəyin ətirlidir Ey Vətən! Ey Vətən!

Zamiq Hüseynov - Azərbaycan
{Bənd 1} Xəzər dənizin göy dalğalarında Küləklərin məğrur qanadında Sevgiylə, müdrikliklə yaradılan Qədim Odlar Yurdu var dünyada {Keçid}

Zamiq Hüseynov - Son Nəfəsimizə Qədər
{Bənd 1} Bir anlıq zaman dayanır Mən səni düşünəndə Qəlbimin sakini Ürəyimdə günəş oyanır Səsini eşidəndə Ruhumun hakimi {Keçid} Səni

Zamiq Hüseynov - Hopstop
{Nəqərat} Гоп стоп магазин, номер 71, гоп стоп стоп магазин, номер 71 Гоп стоп магазин, номер 71, гоп стоп стоп магазин, номер 71 {Bənd 1} Скоро будет

Zamiq Hüseynov - Eşqim Qədər
{Bənd 1} Bu gün elə xoşbəxtəm Səninlə vurur ürəyim Gör nə vaxtdır gözlədik Sevgini izlədik {Keçid} Yoxdur mənə səndən başqa Bu dünyada

Zamiq Hüseynov - Neylərsən
{Bənd 1} Ürəyimi sənə açsam Dərdlərimi sənə danışsam Neylərsən mənə, görən? Neylərsən? Eh, ürəyimi sənə açsam Dərdlərimi sənə danışsam Neylərsən

Zamiq Hüseynov - Oyundur Həyat
{Bənd 1} Mən doğrunu, yanlışı, ağla qaranı Gözlərində gizlənən o duyğuları Hər şeyi, hər dəfə öncədən görürəm Kim haqlı, kim haqsız, kimdədir günah Hər dəfə