The Muraz [AZ] - Səmalara Toxunaq

Copied!edit Lyrics
original text at lyrnow.com/652782
Bənd 1
Səmalara bax, yanır göydə bir ulduz səssiz
O ulduz mənəm, ah, kül olanadək yanıram sənsiz
Yaxınlar uzaq görünür mənə sən olmayanda yanımda
Yadımda, sənin hər zərrən yadımda

Öpüşün buzları əridir, inan, o möcüzə yaradır
Sevişək, sevməyənlərə inad, bu sanki bir odadır
Hisslərimizin əsəri
Bunun yoxdur bir tayı, bənzəri
Sevgi tanrının şahəsəri
Onu inkar edən özünü aldadır

Saçların qoxlamaq, ətri dəli edir adamı
Sübhə qədər yatmamaq, necə yormazmış insanı
Bəsdir, bəsdir, bəsdir
Hamı deyir mənə - sevgi özünə qəsddir
Necə toxunuş nəfəsimi kəsdi
Elə kəsərəm ipini bütün dünyanın

Nəqərat
Gəl, gəl, gəl, səmalara toxunaq, sevişib yenə dəlilər kimi
Yox əngəl, gecə, bir də dolunay, evimiz ayrılana kimi
Hüsnünə uduzar zülmət
Mənə sənin olduğun hər yer cənnət

Gəl, gəl, gəl, səmalara toxunaq, sevişib yenə dəlilər kimi
Yox əngəl, gecə, bir də dolunay, evimiz ayrılana kimi
Hüsnünə uduzar zülmət
Mənə sənin olduğun hər yer cənnət
(Gəl...)

Bənd 2
Yox daha yol geri
Bəlkə də heç deyil bunun zamanı, nə yeri
Amma səni gördüyüm andan bəri mən
Bir şeyi dərk eləmişəm, sənin yanındadır mənim yerim

Yəni, belə uzaq olma mənə, bir az olaq yanaşı
Yanaşı olmaq biz ikimizə yaraşır
İnsanların fikri mənim vecimə də deyil
Bir az ulduzları dinlə, onlar bizdən danışır

Hətta səmalarda hamı bilir bunu
Dəyişmək olmaz taleyin hazırladığı sonu
Sən mənim alnıma yazılmısan bir dəfəlik, anla
Bir başqa ssenari varsa beynində, onu unut

Gözlərini yum...
Xəyalında görüşərik səninlə
Gözləyəcəm hər an həyəcan ilə
Uçmaq üçün hər şey hazır, vaxt azalır
Qorxmaq vaxtı deyil, cəsrət elə

Keçid
Səmalara toxunaq
Gecə, bir də dolunay
Səmalara toxunaq
Gecə, bir də dolunay

Nəqərat
Gəl, gəl, gəl, səmalara toxunaq, sevişib yenə dəlilər kimi
Yox əngəl, gecə, bir də dolunay, evimiz ayrılana kimi
Hüsnünə uduzar zülmət
Mənə sənin olduğun hər yer cənnət
Gəl...
 
0

Song Description:

edit soundcloud

SoundCloud:

edit soundcloud

More The Muraz [AZ] lyrics

The Muraz [AZ] - Həyat
{Bənd 1} Mənasız müharibələr kimi Ölən günahsız körpələr kimi Məhv olan bütün ümidlər kimi Ədalətsizdir bəzən həyat Dərmansız xəstəliklər kimi Sağalmayan

The Muraz [AZ] - Sevgi Hekayəsi
Biri var idi, biri yox idi.. Zaman aparır bizi hara Bunu anlamaq cox çətin Səni görəndə dedim aha Bu mənim qismətim Həyat hazırlıyırdı bizi bu günə Bu alın yazımız

The Muraz [AZ] - Macəra
{Bənd 1} Mən eyni monoton həyatlardan bezmişəm Sən isə silahı çəkirsən hər dəfə Atəşi açırsan hədəfə, bil ki Çəkiləcək bütün acıları çəkmişəm Daha çoxdan bağlanıbdı

The Muraz [AZ] - Gülüşün
{Bənd 1} Keçmişdən bizlərə nə qalıb? Tək unudulmaz xatirələr Yorğunluq üzümə iz salıb Düşünürəm, bahar nə vaxt gələr? Bir gün burada günəş doğsa Səni

The Muraz [AZ] - Çək
{Bənd 1} Həyat oynadacaq oyuncaq kimi Bizi sağa-sola durmadan Amma mən öz həyatımın tək hakimi Mübarizədən yorulmaram Zaman aparır haralara? Bizi göylərə

The Muraz [AZ] - Günəş Doğur Onunla
{Nəqərat} Günəş doğur buralara onunla Təkrarolunmazdır like vanilla My baby Give me your, give me your Give me your la la love Qəlbim döyünür sənin adınla

The Muraz [AZ] - Acil Yardım
{Bölüm 1} Ben zaten biliyodum en baştan Bu sona hazırlıyodum kendimi yavaştan Mazeretim yoktu, şimdi her şey bambaşka Ders alıyom sonu kötü biten her aşktan

The Muraz [AZ] - Sibir Qatarı
{Bənd 1} Son məktub, sözlər gəlmir ağlıma Yaş dolu gözlər amma sən ağlama Yaş olub hisslər, axır yanağıma Bu son məktubu saxlama At getsin yaşa öz həyatını Sil

The Muraz [AZ] - Sınıq Ürək
{Nəqərat} Nəfəsim daralır, sözlərim tükənib Unutmaq olmur ötən günləri Sən mənim qəlbimi aldın Qaytardın da geri Amma neyləyirəm mən sınıq ürəyi?

The Muraz [AZ] - Tikanlar
{Nəqərat} Yenə, yenə yandı tüm limanlar Yana-yana yandı, söndü şamlar Qəlbimə sancılan tikanlar Əl işin hamısı, hələ sızlar Yenə yara aldı qəlbim, Allah