Uran - Sözlər Əbədidir

To Rate
Nəqərat: Trino
Ayaqlar altında Air Force-lar (Air Force-lar)
Fırlanıram ətrafımda dostlar (Dostlar)
Ürəyimdə deyiləsi söz var
Bu, əbədi deyil

Ayaqlar altında Air Force-lar (Air Force-lar)
Fırlanıram ətrafımda dostlar (Dostlar)
Ürəyimdə deyiləsi söz var
Bu, əbədi deyil
Bənd 1: Trino
Uşaq olarkən, yadına sal nə qədər olub arzular
Nə qədər ölüb içində xəyallar, amma həyat edir davam
Qoy bir az natamam. Bağışla, ata, mama
Oxşamadım atamana. Həyat ucuz əyinimdəki paltarlardan (Fuck!)
Budur həyat? Keçmiş məni buraxmır rahat (Niyə?)
Özüm də bilmirəm, amma boş vermək salamatı (Woah!)
Azan səsi gəlir Şuşadan
Uşaqlar basır şüşədən, səsləri gəlir küçədən və odur sizi puç edən! (Aha!)
Belə işlər, bro, bəlkə nəsə deyişər, bro
Mən inanmıram, shit, no hope
Kalonkalardan hip-hop, give me this fuckin' zip lock
Əllərimdə uzi, glock və mikrofonda min volt! It's danger!
Mənə lazım benjamin, dosta lazım ganja
Life is so stranger, because I still see no changes
Yer kürəsini fırladıram Air Forse-la
Maraqsız insan maraqlı post-da, Insta-da qoymuram fındıq, qoz da

Nəqərat: Trino
Ayaqlar altında Air Force-lar (Air Force-lar)
Fırlanıram ətrafımda dostlar (Dostlar)
Ürəyimdə deyiləsi söz var
Bu, əbədi deyil

Nəqərat: Uran
Ayağımda yoxdur Air Force-lar
Amma... gedirəm yolumu eyni forsla
Üzünü... illərlə görmədiyim dostlar
Bilirlər... sözlər əbədidir onsuz da
Bənd 2: Uran
Qulağa qulaqlıqları tax, başa keçir kapyuşonu
Qapını bağla, lifti çağır, çölə çıxıb yapış yola
Bir qarış yolun arada hikməti min qarış olur
Çətinlik çıxanda qarşına, o, bir sınaq, yarış olur
Yavaş, oğlan, adamı çox parlaq sayrışanın
Bayır işığı gur olmaq hələ demək deyil uğur nişanı
Yaxşısıyssla pisi müəyyən et onları ayırmağa başlamamış
Kiminsə başına and, kiminsə ölçürlər boyuna qamış
Uşaq vaxtı böyümək istəyən böyüyüb qocalmaq istəmir
Ucalmaq birinci listində, enmək bacarığı pislənir
İnsan daimi həbsdədir - imkan və istək qəfəsində
Bilirsən nə qədər şey etmək olar, ancaq asılı olsa həvəsindən?!
Demirəm "Təəssüflən", deyirəm "Hərəsinə çarə tap!"
Həyat pusqusuna, quyusuna, dərəsinə çarə tap!
Davamında mücadilən, acilən, adilən
Atdığın addımlarında olan xeyir-şər mübadilən bu!

Nəqərat: Uran
Ayağımda yoxdur Air Force-lar
Amma... gedirəm yolumu eyni forsla
Üzünü... illərlə görmədiyim dostlar
Bilirlər... sözlər əbədidir onsuz da

Ayağımda yoxdur Air Force-lar
Amma... gedirəm yolumu eyni forsla
Üzünü... illərlə görmədiyim dostlar
Bilirlər... sözlər əbədidir onsuz da
Sonluq: Uran
Hə, sözlər əbədidir onsuz da
Hə, sözlər əbədidir onsuz da
Yenə… sözlər əbədidir onsuz da
Hə, sözlər əbədidir onsuz da
Hətta biz gedəndən sonra…
Sözlər əbədidir onsuz da
Hətta siz gedəndən sonra…
Sözlər əbədidir onsuz da
Sözlər əbədidir, əbədidir, əbədidir onsuz…
Sözlər əbədidir, əbədidir, əbədidir onsuz…
Sözlər əbədidir, əbədidir, əbədidir onsuz…
Sözlər əbədidir, əbədidir, əbədidir onsuz da

Comments

More Uran lyrics

Uran - Bu Replə Qayıtdım
{Bənd 1: Cherep} Bizim “Anbar” dəyərlərini çökdürə bilmədi dolların məzənnəsi Çünki sidq qəlbləri bulandırır yaşıl kağız fəlsəfəsi Klassik “N.W.A.” sound Bizim

Uran - Yad Ölkədə
{Bənd 1} Həyatda yeni səhifə açıldı, dəyişdi gedişat Düşdüm Fransaya, Lö Gişe, deyiləm pərişan Ata oldum, sayrışan ulduzum - qızım, yeni guşəm Anladım, valideyn bir

Uran - Bir Azərbaycandır!
{Nəqərat} Ovçu asta dolan, gəz Günah etmə, amandır Burda hər gözəllik bir Azərbaycandır (Bir Azərbaycandır!) Ovçu asta dolan, gəz Günah etmə, amandır

Uran - Küçələr Oyaqdır
{Giriş} Eşit gör Eşit gör, nə deyirəm Eşit gör, nə deyirəm Eşit, de Eşit gör, ay Eşit gör, nə deyirəm Eşit gör, a! {Bənd 1} Üç

Uran - Sevgi Qalıb XX Əsrdə
{Giriş} Mən bilmirəm bu trek nə haqdadır Soruşmayın məndən {Nəqərat} Sevgi qalıb XX əsrdə Hündür divar, üstü açıq qəsrdə Deyir onun artıq həmin

Uran - Tələsir
{Bənd 1} Küləklər şəhəri, şərqin əbədi qapısı Bakı Səndə gizlənib milyon sirr, insan idrakı Sevgi məbədin Xəzərə boylanan Qız Qalası 2005-ci il, payız, soyuq noyabr

Uran - Sadə Qız lll
{Bənd 1} Xəyalında dönəndə qadın uşaqlıq illərinə Yada salanda yeniyetməlik cizgilərini Balaca otaqda böyük dünya haqda planları Həmin otaqda “öldülər” məhv edib

Uran - Vətəndaşa Mesaj
{Giriş} Vətəndaş! Həri. Yaxın gəl, yaxın gəl, yaxın gəl Yaxın gəl, yaxın otur! Hə! Yaxın gəl, yaxın otur! Söylə! {Bənd 1} Söylə görüm, sən

Uran - Azərbaycanı Tərk Edərkən
{Giriş} Azərbaycanı tərk edərkən Keçirtdiyim hisslər haqqında {Nəqərat} Səmaya doğru gedir xəyallar (xəyallar) Aradabir sualtı qayalar (qayalar)

Uran - Musiqi
{Giriş} Bu… Bu, musiqidir Bunu izah etmək olmur Bu, sadəcə, musiqidir Getdik, ah {Bənd 1} Heç kəs lazım deyil, qapını bağlamışam Daha

Uran

Uran (tam adı: İbrahim İbrahimov; d. 20 dekabr 1983, Xaçmaz, Azərbaycan SSR, SSRİ) — Azərbaycan repçisi.[1]

Uran müxtəlif dövrdə Diana Hacıyeva və digər sənətkarlar ilə əməkdaşlıq etmişdir.
Həyatı
Uran 1983-ci il dekabr ayının 20-də Xaçmazda dünyaya gəlmişdir. 1996-ci ilin martın 9-da ilk rep mahnısını yazıb. Replə ilk tanışlığı Rusiya repçilərindən başlayıb. Sonrakı illərdə 2Pac və Eminemdən təsirlənib.

Hip-hopda ilk təxəllüsü “Mr Ib” olub. 2001-ci ilin mart ayından M.T.Street qrupunun tərkibində söz yazarı kimi fəaliyyət göstərməyə başlayıb. O, ilk olaraq söz yaza bilməyən repçilərə mahnı mətnləri satmaq fikrində idi. Həmin ilin aprelində qrup “Mənim lomka həyatım” treki ilə Vətən diskotekasında keçirilən yeraltı (ing. underground) festivalda 4-cü yeri tutub. 2001-ci ilin sonunda M.S.Street qrupu dağılır və Mr.Ib müstəqil fəaliyyətini davam etdirir. Həmin ilin oktyabr ayının 19-da Bakı Slavyan Universitetinin akt zalında, universitetin ŞHK-nin təqdimat gecəsində ilk çıxışını edir

2004-cü il yanvarın 11-də “Caspian Clan” rep qrupunun 8-ci üzvü olur. 2004-cü ildə qrup dağılır və repçi ləqəbini “Uran"a dəyişir. 2004-cü il oktyabrın 10-da Space TV-də "Mən Də Varam” telemüsabiqəsinə qatılır. O, telemüsabiqədə ikinci yeri tutur.

2006-cı il fevralın 2-də Uran British Council-in təşəbbüsü ilə “Urban Culture” adı altında keçirilən hip-hop şouda iştirak edir. Daha sonra şəxsi həyatında baş verən problemlərlə əlaqədar repdən bir müddət uzaqlaşır.

2007-ci ilin aprel ayında “Mən Də Varam 3” telemüsabiqəsinə yenidən qatılır və birinci yeri tutur. 2007-ci ilin avqust ayında Uran Azərbaycanın ilk rep leyblı olan “Da Streetz"in tərkibinə daxil olur.

2008-ci il aprel ayının 20-də “Rap Time” adlı radio verilişin aparıcılarından biri olur. Həmin ilin avqust ayında isə ANS ÇM-in keçirdiyi vətənpərvər musiqi müsabiqəsinə “Milli düşüncə və gənclər” mahnısı ilə birinci yerə layiq görülür.

2010-cu il mayın 2-də Bakıda Türkiyə repçisi Cəza ilə birgə konsert verir. 2012-ci il iyunun 28-də Ceza və Uran ikinci dəfə Bakıda, Heydər Əliyev adına İdman Arenasında eyni səhnəni bölüşür.

2013-cü il Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən Fanta Gənclik Festivalın aparıcısı olur.

Uran 2014-cü ilin avqust ayından 2016-cı il fevral ayına qədər Almaniyada yaşayıb.[2]

Şəxsi həyatı
Ailəlidir. Bir qızı var.

Diskoqrafiya
Uranın diskoqrafiyasına 3 studiya albomu və bir miksteyp daxildir.

Studiya albomları
Hörmətlə Uran (2005)
Mənasız Şeylər (2009)
Qaralama (2011) (Miksteyp)
Açıq Mikrofon (2013)