★ Bənd 1 ★ Sənin adın nədir, ay gözəl? Sənin adına qurban olum Dayan, söyləyim sənə qəzəl Qoyma məni bir gültək solum
Ay qız, keçmə bizim məhlədən Hamı baxıb sənə heyran olur Nə olar, bir söz alım səndən Dayan, getmə, incimə məndən
★ Nəqərat ★ Dünya sənindir, gözəl Aləm sənindir Sevgi bir baldır, gözəl O da sənin
Gözlər sənindir, gözəl Sözlər sənindir Vallah, bir ürəyim var O da sənin
★ Bənd 2 ★ Nələr dedim, nə dillər tökdüm Ay, gəldi, keçdi bizim məhlədən Nə istəyirsən, denən, görüm Göydə ulduzları da dərrəm Ay qız, keçmə bizim məhlədən Bu ürəkdə nələr var, nələr Vahidin qəzəlləri məndən Mən səndən bir söz alan olum
★ Nəqərat ★ Dünya sənindir, gözəl Aləm sənindir Sevgi bir baldır, gözəl O da sənin
Gözlər sənindir, gözəl Sözlər sənindir Vallah, bir ürəyim var O da sənin
★ Nəqərat ★ Badəm şərabla dolu Sinəm sualla dolu Nə üçün yazda açır gül Payız gələndə solur? Nə üçün bu dünyada Xeyir və şər də olur? Bir ömür şən olanda O biri ömür qəmli olur Badəm şərabla dolu Sinəm sualla dolu Nə üçün yazda açır gül Payız gələndə solur? Nə üçün bu dünyada Xeyir və şər də olur? Bir ömür şən olanda O biri ömür qəmli olur
★ Bənd 3 ★ Düşündükcə bu həyat Çətin gələr insana Bu həyat asan gələr Düşüncəsiz yaşayana Bu həyat asan gələr Düşüncəsiz yaşayana
Birisi xoşbəxtliyi var-dövlətdə görür O biri aşiq olub sevgi-məhəbbətdə görür Kimisi övladının gələcəyində görür Kimisi uzun ömür və canı sağlıqda görür
★ Bənd 4 ★ Bir yaz axşamı yandırdım şamı Neçə vaxtdır, görmürəm səni Bir yaz axşamı taxdım nişanı Sevgilim, sənin barmağına Üzük qaşsız qaldı, qızıl da xal saldı Güzgünü toz aldı, qayıtmadın Bu şam bütün gecə sönür, yanır necə? Sönməsin, gur yansın, bəlkə, gəldin
★ Nəqərat ★ Ürəyim dup-dup döyünür hər dəfə Sənin şəklini divarda görəndə Qapını tuk-tuk-tuk kimsə döyəndə Gedirəm açmağa, bəlkə, gəldin
Ürəyim dup-dup döyünür hər dəfə Sənin şəklini divarda görəndə Qapını tuk-tuk-tuk kimsə döyəndə Gedirəm açmağa, bəlkə, gəldin
Tofiq Həsənsoy - Sonuna Qədər {Bənd 1} Bilirsən, bəzən insan üçün bir ömür Çox qısa, bəzən də çox uzun Hərə bir cürə yaşayır bu ömrü Amma hamı özündə yox, başqasında axtarır qüsur Bəzən
Tofiq Həsənsoy - Səninlə Hər Şey Gözəl {Bənd 1} Bir kafedə əyləşsək Çay içib bir az dərdləşsək Hər baxışdan min söz desək Səninlə söhbət də gözəl Ölkə, şəhərlər gəzsək Təbiəti seyr etsək
Tofiq Həsənsoy - Bakı {Bənd 1} Sən ürəyim, nəfəsimsən Sən sevimli şəhərimsən Ən gözəl anımda Sən oldun yanımda Canımda, qanımda Sənsən, ey Bakı {Keçid}
Tofiq Həsənsoy - Sərçə Və Xərçəng {Bənd 1} Elə bilirdim, işıqlı gələcək sənlə gələcək Amma zülmət qaranlıq idi acı gerçək Əlimi isitmir əllərin, isidir əlcək Mən indi sənlə olan vaxtdan daha gəncəm
Tofiq Həsənsoy - Göydəndüşmə {Nəqərat} Qız göydəndüşmə İdeal hər işdə Qız göydəndüşmə Göy, göy, göydəndüşmə Qız göydəndüşmə İdeal hər işdə Qız göydəndüşmə Göy, göy,
Tofiq Həsənsoy - Azərbaycan {Bənd 1} El bilir ki, sən mənimsən Yurdum, yuvam, məskənimsən El bilir ki, sən mənimsən Yurdum, yuvam, məskənimsən Anam, doğma vətənimsən Ayrılarmı könül