Uran - Nə Qalacaq?

To Rate
Giriş: Uran
Aha
Gəlib, gəlib o ’’момент’’ çatır ki insan həyatında
Özünə sual verirsən:
Nə qalacaq məndən sonra?
Nə qalacaq səndən sonra?
Get...

Bənd 1: Samira AliMaryam
Pəncərədə Günəşin
Hətta o da dəyişir
Sönər, bir gün gələr sıra
Nə qalır ondan sonra?

Bənd 2: Uran
Qamətini əymir bu yük, çün’ hər kəsin yükü böyük
Görmürsən Günəşdə ləkə, görürsən günəşsiz göyü
Su - öyrəşdikcə qızır, dəmir - döyüldükcə bərkiyir
Yara ağrıdıqca yazır, insan böyüdükcə dərk eləyir ki
Sevgi nə, qorxu nə, vərdiş, asılılıq nədir?
Hansından ürək döyünür, hansı ürəyi yellədir?
Maddiyyat, ya hissiyyat, vaxt yetişir salır tora
Sonda özünə sual verirsən: “Nə qalır məndən sonra?”

Bənd 3: Samira AliMaryam
Karmanın geci, tezi
İnsan insandan bezir
Çarə, vurma qəlbə yara
Bu qalır səndən sonra…
Bənd 4: Uran
Xəyanətin belə acı nəticə verəcəyini bilmirdin sən
Birinə yazdın, biri ilə yatdın - bunda problem görmürdün sən
Yaralı qəlbi xoş tumarla, düşünürdün, verirsən yola
Əgər ortada yanan məşəl, soyuq olsa da, sönmürdüsə
Açılan dolablar, rəflər, keçilən qırmızı xətlər
Andlar, vədlər silmir köhnə dərdləri -, dedilər
Tələsib, qurub planlar, əlini kəsib qalıb olanla
Gördün, alınmır, “Axı sevən adamlar belə dolanmır”
Deyib baş vurdun depressiya gölünə düşən kəsək kimi
Amma sahilə çıxıb gördün hər şeyi məsəl kimi
Yaş ötür, illər gedir, amma heç kəs bilmir hara
Bircə Allah bilir, nə qalacaq hamı gedəndən sonra

Bənd 5: Samira AliMaryam
Geriyə sən baxanda
Nə görürsən arxada?
Yollar, o keçdiyin yollar
Qalacaq səndən sonra...

Comments

More Uran lyrics

Uran - Qadınlar
{Bənd 1} Birisi bu tərəfə, o biri o birinə Birisi üzdə üzür, o birisi dərinə Birinə beyin lazım, birinə bədənin Birisi gətirəndir, birisi gedənin Birisi belə

Uran - Nə Qalacaq?
{Giriş: Uran} Aha Gəlib, gəlib o ’’момент’’ çatır ki insan həyatında Özünə sual verirsən: Nə qalacaq məndən sonra? Nə qalacaq səndən sonra? Get...

Uran - Tam səmimi
{Verse: Uran} Yaşamaq üçün yeməlisən, yemək üçün qazanmalı Qazanmaq üçün işləməli, qazana qazandığın malı atmalı Məntiqi xətti uzatmalı, müəyyən bir nöqtəyə çatmalı Ya

Uran - Rəssam Qız
{Giriş} Ah, eşidirsən məni? ‘’Okay’’, onda qulaq as {Bənd 1} Hey Qaranlıq dünyama işıq saçan Bilmədim, sənə mən vuruldum haçan Qəlb

Uran - Söylə
{Giriş} Əvvəl yaz, sonra poz Əvvəl ağ, sonra boz Əvvəl qum, sonra toz Bax belə dəyişir istək Əvvəl al, sonra qur Əvvəl öp, sonra vur Əvvəl sus,

Uran - Qazi
{Giriş} Yenə yuxuda qayıtdı ötən günə Səfərə çıxan hərbi kalon Öndə gözləyər döyüş onu Partlayış olar, pusqu birdən Heyətlər alar mövqe Yerdə Qanla

Uran - Get
{Giriş} Hm yeah Get {Bənd 1} Çalışıram tutum axarı Aşağıdan birbaşa üzüyuxarı Harada diribaş olan baş çıxarır İşləyib nəyi var, axıdıb

Uran - Musiqi
{Giriş} Bu… Bu, musiqidir Bunu izah etmək olmur Bu, sadəcə, musiqidir Getdik, ah {Bənd 1} Heç kəs lazım deyil, qapını bağlamışam Daha

Uran - Azərbaycanı Tərk Edərkən
{Giriş} Azərbaycanı tərk edərkən Keçirtdiyim hisslər haqqında {Nəqərat} Səmaya doğru gedir xəyallar (xəyallar) Aradabir sualtı qayalar (qayalar)

Uran - Vətəndaşa Mesaj
{Giriş} Vətəndaş! Həri. Yaxın gəl, yaxın gəl, yaxın gəl Yaxın gəl, yaxın otur! Hə! Yaxın gəl, yaxın otur! Söylə! {Bənd 1} Söylə görüm, sən

Uran

Uran (tam adı: İbrahim İbrahimov; d. 20 dekabr 1983, Xaçmaz, Azərbaycan SSR, SSRİ) — Azərbaycan repçisi.[1]

Uran müxtəlif dövrdə Diana Hacıyeva və digər sənətkarlar ilə əməkdaşlıq etmişdir.
Həyatı
Uran 1983-ci il dekabr ayının 20-də Xaçmazda dünyaya gəlmişdir. 1996-ci ilin martın 9-da ilk rep mahnısını yazıb. Replə ilk tanışlığı Rusiya repçilərindən başlayıb. Sonrakı illərdə 2Pac və Eminemdən təsirlənib.

Hip-hopda ilk təxəllüsü “Mr Ib” olub. 2001-ci ilin mart ayından M.T.Street qrupunun tərkibində söz yazarı kimi fəaliyyət göstərməyə başlayıb. O, ilk olaraq söz yaza bilməyən repçilərə mahnı mətnləri satmaq fikrində idi. Həmin ilin aprelində qrup “Mənim lomka həyatım” treki ilə Vətən diskotekasında keçirilən yeraltı (ing. underground) festivalda 4-cü yeri tutub. 2001-ci ilin sonunda M.S.Street qrupu dağılır və Mr.Ib müstəqil fəaliyyətini davam etdirir. Həmin ilin oktyabr ayının 19-da Bakı Slavyan Universitetinin akt zalında, universitetin ŞHK-nin təqdimat gecəsində ilk çıxışını edir

2004-cü il yanvarın 11-də “Caspian Clan” rep qrupunun 8-ci üzvü olur. 2004-cü ildə qrup dağılır və repçi ləqəbini “Uran"a dəyişir. 2004-cü il oktyabrın 10-da Space TV-də "Mən Də Varam” telemüsabiqəsinə qatılır. O, telemüsabiqədə ikinci yeri tutur.

2006-cı il fevralın 2-də Uran British Council-in təşəbbüsü ilə “Urban Culture” adı altında keçirilən hip-hop şouda iştirak edir. Daha sonra şəxsi həyatında baş verən problemlərlə əlaqədar repdən bir müddət uzaqlaşır.

2007-ci ilin aprel ayında “Mən Də Varam 3” telemüsabiqəsinə yenidən qatılır və birinci yeri tutur. 2007-ci ilin avqust ayında Uran Azərbaycanın ilk rep leyblı olan “Da Streetz"in tərkibinə daxil olur.

2008-ci il aprel ayının 20-də “Rap Time” adlı radio verilişin aparıcılarından biri olur. Həmin ilin avqust ayında isə ANS ÇM-in keçirdiyi vətənpərvər musiqi müsabiqəsinə “Milli düşüncə və gənclər” mahnısı ilə birinci yerə layiq görülür.

2010-cu il mayın 2-də Bakıda Türkiyə repçisi Cəza ilə birgə konsert verir. 2012-ci il iyunun 28-də Ceza və Uran ikinci dəfə Bakıda, Heydər Əliyev adına İdman Arenasında eyni səhnəni bölüşür.

2013-cü il Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən Fanta Gənclik Festivalın aparıcısı olur.

Uran 2014-cü ilin avqust ayından 2016-cı il fevral ayına qədər Almaniyada yaşayıb.[2]

Şəxsi həyatı
Ailəlidir. Bir qızı var.

Diskoqrafiya
Uranın diskoqrafiyasına 3 studiya albomu və bir miksteyp daxildir.

Studiya albomları
Hörmətlə Uran (2005)
Mənasız Şeylər (2009)
Qaralama (2011) (Miksteyp)
Açıq Mikrofon (2013)