Şölə Səfərəliyeva - Niyə Danırsan

To Rate
Bənd 1
Hər şeyi demişəm, daha nə qalıb?
Qapıma buludlar kölgələr salır
Bilmirsən, telefon elə zəng çalır
Sevdiyini axı niyə danırsan?

Ürəyini oxumuşam üzündən
Həsrətini anlamışam gözündən
Qocalmışam səndə olan dözümdən
Sevdiyini axı niyə danırsan?

Nəqərat
Bilmirəm, gözlərin nədən çəkinir
Boylanır üzümə, gendən çəkilir
Dilin bircə kəlmə sözdən çəkinir
Sevdiyini axı niyə danırsan?

Bilmirəm, gözlərin nədən çəkinir
Boylanır üzümə, gendən çəkilir
Dilin bircə kəlmə sözdən çəkinir
Sevdiyini axı niyə danırsan?
Sevdiyini axı niyə danırsan?

Bənd 2
Gedirdim, saxladın məni yolumdan
Dinmirsən, gəl barı yapış qolumdan
Mən bir bənövşə idim, üzdün kolumdan
Sevdiyini axı niyə danırsan?
Qorxuram, ömrümüz beləcə keçər
Alışaq gizlicə, sevək gizlicə
Yuxuda adını çəkib hər gecə
Sevdiyini axı niyə danırsan?

Nəqərat
Bilmirəm, gözlərin nədən çəkinir
Boylanır üzümə, gendən çəkilir
Dilin bircə kəlmə sözdən çəkinir
Sevdiyini axı niyə danırsan?

Bilmirəm, gözlərin nədən çəkinir
Boylanır üzümə, gendən çəkilir
Dilin bircə kəlmə sözdən çəkinir
Sevdiyini axı niyə danırsan?
Sevdiyini axı niyə danırsan?

Bilmirəm, gözlərin nədən çəkinir
Boylanır üzümə, gendən çəkilir
Dilin bircə kəlmə sözdən çəkinir
Sevdiyini axı niyə danırsan?

Bilmirəm, gözlərin nədən çəkinir
Boylanır üzümə, gendən çəkilir
Dilin bircə kəlmə sözdən çəkinir
Sevdiyini axı niyə danırsan?
Sevdiyini axı niyə danırsan?

Comments

More Şölə Səfərəliyeva lyrics

Şölə Səfərəliyeva - Uzat Əlini
{Bənd 1} Mənə ver əlini, uzat ilk dəfəki tək Yenə qalaq təkbətək, şamtək əriyək Külək qoy uçursun saçlarımı, ruhumu Davam etsin, bitməsin sevgiylə dolu gözəl ömür

Şölə Səfərəliyeva - Məktəb Yolları
{Bənd 1} Uşaqlıq günlərim düşür, hər zaman düşür yadıma Məktəbə aparır məni, məni aparır bu yollar Olub ki, qədrini sənin bilməmişik o anda Müəllimlərin zəhmətilə

Şölə Səfərəliyeva - 10-A Qədər Say
{Nəqərat} Yum gözlərini, 10-a qədər say Deyəcəm sənə mən hisslərimi Sərin külək, bir balaca da meh Danışacam sənə dərdlərimi Yum gözlərini, 10-a qədər say

Şölə Səfərəliyeva - Bahar
{Bənd 1} Günəş nur saçır yenə də Güllər dil açır əllərdə Sevgi bəxtlərə boylanır Ömür yepyeni dillərdə Ürək susmayır, dillənir Sözlər hisslərə bələnir

Şölə Səfərəliyeva - Dözə Bilmirəm
{Bənd 1} Sənsiz qaldım, gizli yandım yenə bu axşam Həsrət yordu, bu nə yoldur? Yaman azmışam Sənsiz ömrə görə-görə təslim olmuşam Duman gələr, durna çökər, kim gülər

Şölə Səfərəliyeva - Bəhanəsiz Get
{Giriş} Nay nay naynay nanay Nay nay naynay nanay Nay nay naynay nanay Naynay Nay nay naynay nanay Nay nay naynay nanay Nay nay naynay nanay

Şölə Səfərəliyeva - Səni Bir Də Görərdim
{Bənd 1} Dağlar duman olanda, qapını qar alanda Dolan, qonaq gəl bizə, saxlayım gözüm üstdə Dağlar duman olanda, qapını qar alanda Dolan, qonaq gəl bizə, saxlayım gözüm

Şölə Səfərəliyeva - Bakı
{Bənd 1} Sən ana Xəzərimin sahilində Şən Bakı, şöhrətin var el dilində Sən ana Xəzərimin sahilində Şən Bakı, şöhrətin var el dilində {Nəqərat}

Şölə Səfərəliyeva - Dünya Bir Sevgidir
{Bənd 1} Sənin dərdindən ölsəm İllər sonra yenidən Bir də dünyaya gəlsəm Mən səni sevəcəyəm Günlər beləcə gedər Bəsdir zülmün bu qədər Getsə də

Şölə Səfərəliyeva - Bağışla
{Giriş} Bağışla, Ay yenə göydə bir idi Bitmişdi sözlərim bu axşam yenə Bağışla, küsülü qalsam əbədi Bağışla, bağışla, səninlə barışsam yenə {Bənd

Şölə Səfərəliyeva