Allow cookies in your browser

MadTeen - Hərdən Lyrics | LYRNOW.COM Lyrics

MadTeen - Hərdən

To Rate
Bənd 1
Hərdən, baxıram önümə
Necə yaş-yaşın üstünə gedir illərdən
Ağlım ideya qışqırır, səbrim tükənir hərdən məndən
Mən sanki fiasko, harda tutar, harda qırılar ipimdən
Gözümdən, sevgimdən, qaça bilmərəm özümdən

Bu bir musiqi danışır sözlər, danışır içdən sənlə
Hərdən dost kimi bölüşür bir parça dəftərdən
Mən sanki fiasko könlüm varsa çıxa bilməz
İpimdən, gözümdən, sevgimdən, qaça bilmərəm özümdən

Keçid
Gedirsənsə, qaç bərk, tuta bilirsənsə bərk dur
Harda varsansa, orda ən möhtəşəm imzanı çək

Nəqərat
Bro, həyat etalon, ən ucuz “vibe” asan yol
Bu pik deyil, deyil son
Olursansa, ən yaxşı ol
Kəmiyyət, keyfiyyətə son
Ən ucuz “vibe” asan yol
Bu pik deyil, deyil son
Olursansa, ən yaxşı ol, bro

Bənd 2
Hərdən düşürəm özümə dərinliyimə gecəyə qədər səhərdən
Mən və iki qulaqlığım biz ən güclü şəhərdə
Mən öz rolumu düzgün oynaya bilmirəm yazdığım əsərdə
Fərqlənmirəm bir nəfərdən, dönmürəm zərərdən

Hər gün eyni yaşayıram, gedirəm həyatımı əzbərdən
Düzəlmir heç nə, mən də hirsimi çıxıram qələmdən
Bu cür həyatda xəyanət kimidir, səhv yox seçimdir, əslində
Razılaşma heç mənimlə, hər şey öz əlində

Keçid
Gedirsənsə, qaç bərk, tuta bilirsənsə, bərk dur
Harda olursansa orda ən möhtəşəm imzanı çək

Nəqərat
Bro, həyat etalon, ən ucuz “vibe” asan yol
Bu pik deyil, deyil son
Olursansa, ən yaxşı ol
Kəmiyyət, keyfiyyətə son
Ən ucuz “vibe” asan yol
Bu pik deyil, deyil son
Olursansa, ən yaxşı ol, bro

Bənd 3
Hərdən silməlisən artıqlarını sınıq ürəyindən
Yorğun qanadlarını çırp zirvənin üstündən
Yandır şəhərin işığını möhtəşəm gəlişinlə
Ya bitir bu səhifəni, söndür getsin bu musiqi də

Nəqərat
Bro, həyat etalon, ən ucuz “vibe” asan yol
Bu pik deyil, deyil son
Olursansa, ən yaxşı ol
Kəmiyyət, keyfiyyətə son
Ən ucuz “vibe” asan yol
Bu pik deyil, deyil son
Olursansa, ən yaxşı ol, bro

Comments

More MadTeen lyrics

MadTeen - Yol Çəkir Gözlər
{Nəqərat} Yol çəkir gözlər, səni axtarır Gözləmək çətin, xəyala aparır Ah - nalə çəkib, səni axtarır Dönməyəcəksən, ruhun ucalıb {Bənd 1}

MadTeen - Günəş Ol
{Nəqarət} Günəş ol zülmətimə Qaranlıqdan apar məni Öz yanına apar məni Öz yanına apar məni Leysan ol bu yanğına Həsrətindən qurtar məni Bu həsrətdən

MadTeen - Nə Olar
{Nəqərat: MadTeen} Dönmə nə olar Birdəfəlik getsən nə olar? Acığıma etmə, nə olar! Sevincini görsəm, nə olar? Bir tərəfim vecsiz dolanar Bəlkə də ən doğrusu bu

MadTeen - Köz
{MadTeen} Gör nələr oldu, bağrım sanki köz Külə döndü qəlb, qalmadı bir söz Sənli arzular oldu xatirə Sənsiz bir günüm döndü illərə Unudub keçmişi yaşamaq

MadTeen - Əzizim
{Nəqərat} Əzizim, səni hər şeydən qoruyardım Bu hissləri həyat bahasına qaytarardım Yadındamı necə gülüb, necə sayrışardıq? Mən ruhumu qorumuşam, bizə qayıt artıq

MadTeen - Sən Yanımda Olanda
{Nəqərat} Sənə doymur gözlərim, gözəlim, təbəssümlə baxanda Qəm çəkmək nədir, ey gözəlim, sən yanımda olanda! Fərhad kimi dağları bölərəm, yad gözlər baxarsa Mən sənsiz

MadTeen - Bəli
{Bənd 1: Rəssam} Bəli Bütün ağlamaqlar keçəndir Sevirik qəlb incidəni Həyat səhvdən dərs götürənindir Çönüb gedənindir Ürək döyünməyəndəndir Hirsim

MadTeen - Efendi
{Nəqərat: MadTeen} Səni sıxsa bu şəhər, çıxaq buradan Lap qaçaq uzaq yurda Qoy axtarsınlar onlar Bir sən, bir mən orada Aç qanad, uçaq buradan Lap qaçaq

MadTeen - Gerçək Pepsi Dadı
{Bənd 1} Pepsi aç, hiss elə əsl dad Dostlarını yığ, ləzzətin dad Möcüzə deyil, bu real dad Ləzzət gerçəkdir Pepsi dad Möcüzə sayılmaz əsl dad Həyat

MadTeen - Hiss
{Nəqərat} Bilmirəm ki nə cür deyim hisslərimi anlayasan Ayrılığın səbəbkarı - günahını danmayasan Bilirəm ki, danacaqsan səhvini qəbul etmirsən Bir gün gələr həqiqəti

MadTeen