Zaur Əmiraslanov - Harada Qalmısan

To Rate
Bənd 1
Mənim saçlarıma daha dən düşür
Gəl, öyrən dərdimi, gör nədən düşür?
Aylar gəlib keçir, illər ötüşür
Səni gözləyirəm, harda qalmısan?

Bu ocaq sönübdür, qalıbdır külü
Nəfəsim təntiyir, canım bürkülü
Əllərim qoynumda boynu bükülü
Səni gözləyirəm, harda qalmısan?

Nəqərat
Başıma bir bəla olmasın sevgi
Amandır, gül kimi solmasın sevgi!
Həsrətin buzunu əridəcək ki
Səni gözləyirəm, harda qalmısan?

Bənd 2
Təzədən yuxumu gözümə qaytar
Bu eşqin odunu közümə qaytar
Sən mənim özümü özümə qaytar
Səni gözləyirəm, harda qalmısan?

Qayıt gəl yanıma sən gülə - gülə
Yanar ürəyimə bir az su çilə
Sənə qurban olum, ay qaragilə
Səni gözləyirəm, harda qalmısan?

Nəqərat
Başıma bir bəla olmasın sevgi
Amandır, gül kimi solmasın sevgi!
Həsrətin buzunu əridəcək ki
Səni gözləyirəm, harda qalmısan?

Başıma bir bəla olmasın sevgi
Amandır, gül kimi solmasın sevgi!
Həsrətin buzunu əridəcək ki
Səni gözləyirəm, harda qalmısan?

Comments

More Zaur Əmiraslanov lyrics

Zaur Əmiraslanov - Qızıl Üzük
{Bənd 1} Üzüyümün qaşı firuzədəndir Könlüm açılmayır, bilməm nədəndir? Yaman gündə dost əlindən bərk yapış Böyük duyğu ömrünü bahar edəndir Dünyanın həvəsi keçib

Zaur Əmiraslanov - Sevməsə Yar
{Bənd 1} Göy üzündə durna uçsa Qərənfillər ətir saçsa Bütün dünya çiçək açsa Sənsiz bahar istəmirəm Dərin sular dayaz olsa Aylı gecə ayaz olsa Bütün

Zaur Əmiraslanov - Vətən Oğlu İlham
{Bənd 1} Mərdliklə eylə xidməti, gəl sən, vətən oğlu “Əhsən” desin ellər sənə, əhsən, vətən oğlu Mərdliklə eylə xidməti, gəl sən, vətən oğlu “Əhsən” desin ellər sənə,

Zaur Əmiraslanov - Tut Ağacı
{Bənd 1} Tut ağacı boyunca Tut yemədim doyunca Tut ağacı boyunca Tut yemədim doyunca Yarı xəlvətdə gördüm, ay yar, ay yar Danışmadım doyunca, a yar, a

Zaur Əmiraslanov - Küçələrə Su Səpmişəm
{Bənd 1} Küçələrə su səpmişəm Küçələrə su səpmişəm Yar gələndə toz olmasın Yar gələndə toz olmasın Elə gəlsin, elə getsin Elə gəlsin, elə getsin

Zaur Əmiraslanov - Nağıllar
{Bənd 1} Həyatım bənzəyir nağıla Ağ-qara, bəzən də rənglidir Hər dəfə düşəndə almalar Yox olur əlimdə birbəbir {Keçid} Böyük şəhərdə bir mesaj

Zaur Əmiraslanov - Sevənlər Qovuşsun
{Bənd 1} Bu son vida, sən ağlama Gedirəm, sevgilim, əlvida! Yox daha dözüm, içimə çökür hüzün “Səni unutmaram” - bu, sənə son sözüm {Nəqərat}

Zaur Əmiraslanov - Gəl, Adı Ceyran
{Nəqərat} Gəl, adı ceyran, özü ceyran Gülüm, mən sənə heyran, sənə heyran Gəl, gəl, adı ceyran, özü ceyran Gülüm, mən sənə heyran, sənə heyran {Bənd

Zaur Əmiraslanov - Nazlı Yarım
{Bənd 1} Yad baxışla süzüb gəzmə belə Vurulmuşam bircə belə Qara qaşın, gözün, işvə, nazın Dərdə salır, baxma belə {Keçid} Könlümün sultanı,

Zaur Əmiraslanov - Qələbə
{Bənd 1} Qurban hər daşına, hər qarışına Tarixləri yazan qan yaddaşına Dillərdə dua, dillərdə amin səsi Vətən anadır, yoxdur əvəzi Ürəklər hönkürməz bir daha

Zaur Əmiraslanov