Sanan - Nə Olar

Copied!edit Lyrics
original text at lyrnow.com/1768609
Giriş
Nə olar
Bu qədər yaralar vurub ürəyimə
Daha dözərəm mən buna da, nə olar
Sənin isti əllərin yoxsa bu qışda
Boranda, mənə de, nə olar?
Sənə döyünən ürək dəmirdən deyil axı
Qırsan onu sən, nə olar?

Bənd 1
Ürəyim dağ kimi yarılanda
Dilə mənə sevgini acılarla
Mən dözüm hər şeyə buralarda
Gözlərəm hər zaman röyalarda
Bəlkə də, qayıdıb məni görsən
Tanımarsan və utanarsan
Sevgimin acısını çəkə-çəkə sən
Ölmüş ürəyimə qayıdarsan

Keçid
Daha ağrıtmır məni heç nə
Sənin vurduğun o ağrı kimi
Yandırmır nə alov, nə də köz
İncitmir heç sənin kimi
Gedəndə elə get, yerin olsun
Bax mənim üzümə, üzün olsun
De mənə son sözünü, ya da yad olaq
Çıx get, baxma üzümə sən

Nəqərat
Nə olar
Bu qədər yaralar vurub ürəyimə
Daha dözərəm mən buna da, nə olar
Sənin isti əllərin yoxsa bu qışda
Boranda, mənə de, nə olar?
Sənə döyünən ürək dəmirdən deyil axı
Qırsan onu sən, nə olar?
De mənə son sözünü, ya da yad olaq
Çıx get, baxma üzümə sən

Nə olar
Bu qədər yaralar vurub ürəyimə
Daha dözərəm mən buna da, nə olar
Sənin isti əllərin yoxsa bu qışda
Boranda, mənə de, nə olar?
Sənə döyünən ürək dəmirdən deyil axı
Qırsan onu sən, nə olar?
De mənə son sözünü, ya da yad olaq
Çıx get, baxma üzümə sən, nə olar

Bənd 2
Yığılan dərdlər üst-üstə
Qururam məni bitirən şəhərimi
Acıdır hər gün, bil, görmək səni
Belə açmaq səhərimi
Əgər ki dönsə keçmişinə
Görərsə orada səhvlərini
Deyər ki, unutmaq olmur
Versə, əlindən içərəm zəhərini

Keçid
Daha ağrıtmır məni heç nə
Sənin vurduğun o ağrı kimi
Yandırmır nə alov, nə də köz
İncitmir heç sənin kimi
Gedəndə elə get, yerin olsun
Bax mənim üzümə, üzün olsun
De mənə son sözünü, ya da yad olaq
Çıx get, baxma üzümə sən

Nəqərat
Nə olar
Bu qədər yaralar vurub ürəyimə
Daha dözərəm mən buna da, nə olar
Sənin isti əllərin yoxsa bu qışda
Boranda, mənə de, nə olar?
Sənə döyünən ürək dəmirdən deyil axı
Qırsan onu sən, nə olar?
De mənə son sözünü, ya da yad olaq
Çıx get, baxma üzümə sən

Nə olar
Bu qədər yaralar vurub ürəyimə
Daha dözərəm mən buna da, nə olar
Sənin isti əllərin yoxsa bu qışda
Boranda, mənə de, nə olar?
Sənə döyünən ürək dəmirdən deyil axı
Qırsan onu sən, nə olar?
De mənə son sözünü, ya da yad olaq
Çıx get, baxma üzümə sən, nə olar
 
0

Song Description:

edit soundcloud

SoundCloud:

edit soundcloud

More Sanan lyrics

Sanan - Dəftər
{Bənd 1} Ayrıdır yollarımız, biz bu eşqlə sınanmışıq Aramızda olanlar sevgi sanıb aldanmışıq Keçmişə dönüb baxan, o atəşdən külü qalan, mən o adam Sol yanım çox darıxır,

Sanan - Bağlı Qapı
Var hər gedişin Dönüşü geriyə Yorulmaram gözləməkdən nə ölməkdən Boğular ürəyim Kor olar gözüm Yolumdan azmam əsla inanki bağışlamaz Özümü özüm Dəliyə

Sanan - Sənin Üçün
{Bənd 1} Nəfəs kəsilir, zaman durur Görəndə üzünü gülərkən mən onun Nə darıxıram, nə ürək yorulur Gözləyəndə küçədə mən, inan, sənin yolunu Darıxıram görə

Sanan - Sus
{Bənd 1} Qaldım mən Yenə təhna otaq qaranlığında Sevgin gözümdə canlandığımda Sənsizlik ilə mən tək qaldığımda Əllərin istisi ilə yandım mən Bu şəhərdən

Sanan - Soyuducu
{Bənd 1} Bu sevgi xoş gün vermədi mənə Qara palçıq, boş üz qarası Bizi itirən itirib, onsuz İcazə vermərəm mən axtarıb arasın Mən kədərəm, gəlsən, gedərəm

Sanan - Ürəyim
Ulduzlara baxıb, səni axtarıb tapıb qəlbimə atsam yenə Keçmişdən hər şeyi kaş silib atsam yenə Məni tapsan deyə gözləyirəm Ürəyimdə 1 nəfər, yaxın olsa 1000 nəfər Qəlb ona

Sanan - Nə Olar
{Giriş} Nə olar Bu qədər yaralar vurub ürəyimə Daha dözərəm mən buna da, nə olar Sənin isti əllərin yoxsa bu qışda Boranda, mənə de, nə olar? Sənə döyünən ürək