Daniz [AZE] - Səncə Mən

Copied!edit Lyrics
original text at lyrnow.com/2067798
Bənd 1
Bizi ayıran bəhanələri düşün
Yenə xəyalına dalıram
Açıq pəncərələr, ümidlərim üşüyür
Amma eşqinə yanıram

Döyünür ürəyim yenə adını eşidib
Səhərdən gecə yarısına
Bu kimin əsəridir, de, kimin işidir?
Gəlib eşqin qapısına?

Nəqərat önü
Ayrılığı qoyub evimin önünə
Qaçırsan məndən niyə?
Yalvarır eşq gedərkən ölümə
(De mənə)

Nəqərat
Səncə, mən
Səninlə olan hər şeyimlə
Dönmüşəmmi gecədən?
Səncə, sevgidən qalanı
Parça-parçalara bölmüşəmmi gecədən?
Səncə, mən
Gördüyüm eşq olanı yalanı
Gözlərimdə böyüdüb
Atıb özümü bu sevginin üstündən yerə
Ölmüşəmmi gecədən?

Bənd 2
Səni tapıram ümidlərimi itirib
Gözlərində qalıram
Davam edəkmi bəs ayrılığı bitirib?
Özümü yuxuda sanıram

Döyünür ürəyim yenə adını eşidib
Səhərdən gecə yarısına
Bu kimin əsəridir, de, kimin işidir?
Gəlib eşqin qapısına

Nəqərat önü
Ayrılığı qoyub evimin önünə
Qaçırsan məndən niyə?
Yalvarır eşq gedərkən ölümə
(De mənə)

Nəqərat
Səncə, mən
Səninlə olan hər şeyimlə
Dönmüşəmmi gecədən?
Səncə, sevgidən qalanı
Parça-parçalara bölmüşəmmi gecədən?
Səncə, mən
Gördüyüm eşq olanı yalanı
Gözlərimdə böyüdüb
Atıb özümü bu sevginin üstündən yerə
Ölmüşəmmi gecədən?
 
0

Song Description:

edit soundcloud

SoundCloud:

edit soundcloud

More Daniz [AZE] lyrics

Daniz [AZE] - Səncə Mən
{Bənd 1} Bizi ayıran bəhanələri düşün Yenə xəyalına dalıram Açıq pəncərələr, ümidlərim üşüyür Amma eşqinə yanıram Döyünür ürəyim yenə adını eşidib