Allow cookies in your browser

Flora Kərimova - Çinar Və Mən Lyrics | LYRNOW.COM

Flora Kərimova - Çinar Və Mən

Copied!edit Lyrics
original text at lyrnow.com/2081649
Bənd 1
Çinarsız bir bulaq, bulaq deyil ki
Çinar mağarlıdır, çinar toyludur
Mənim torpağımda, nahaq deyil ki
Deyərlər, igidlər çinarboyludur

O, min nəğməlidir, min aləmlidir
Məna var çinarın şair dilində, şair dilində
Araz kənarında çinar qəmlidir
Çinar fərəhlidir Kür sahilində, Kür sahilində

Nəqərat
Bəli, Araz dedim, çinarlı Araz
Ağac da insantək intizardadır
Araz, qışlı Araz, baharlı Araz
Çinar haradadırsa, gözüm oradadır

O, min nəğməlidir, min aləmlidir
Məna var çinarın şair dilində, şair dilində
Araz kənarında çinar qəmlidir
Çinar fərəhlidir Kür sahilində, Kür sahilində

Bənd 2
Mən aldım cahandan arzu da, kam da
Dolaşdım çinarın adı dilimdə
Mən çinar altında doğulmasam da
İstərəm, o bitsin son mənzilimdə
Sanaram, təzədən doğulmuşam mən
Əzəldən bağlıyam ana torpağa, ana torpağa
Sanaram, bir sərin yel olmuşam mən
Nəğməmlə qonmuşam yaşıl budağa, yaşıl budağa

Nəqərat
Çinarsız bir bulaq, bulaq deyil ki
Çinar mağarlıdır, çinar toyludur
Mənim torpağımda, nahaq deyil ki
Deyərlər, igidlər çinarboyludur

Mən aldım cahandan arzu da, kam da
Dolaşdım, çinarın adı dilimdə, adı dilimdə
Mən çinar altında doğulmasam da
İstərəm o bitsin son mənzilimdə, son mənzilimdə
İstərəm o bitsin son mənzilimdə, son mənzilimdə
 
0

Song Description:

edit soundcloud

SoundCloud:

edit soundcloud

More Flora Kərimova lyrics

Flora Kərimova - Xoşbəxtliklə, Gülüm
{Bənd 1} Niyə süzgün baxdın mənə? Yerimdəcə dondum, gülüm Niyə süzgün baxdın mənə? Yerimdəcə dondum, gülüm Dönüb getdin saymazyana Mən alışıb yandım,

Flora Kərimova - Sular Qızı
{Bənd 1} Bu sahilə gəmi gələr Dövrəsində gur dalğalar Bu sahildən gəmi gedər Başı üstə qağayılar {Nəqərat} Sular qızı sona Şövkət Göy

Flora Kərimova - Qəlbin Sevəni Sev
{Bənd 1} Seçmədin yenə sən yar, seçmədin Bu il də, bu il də, ay qəşəng qız Seçmədin yenə sən yar, seçmədin Bu il də, bu il də, ay qəşəng qız Sizə elçi gələnə,

Flora Kərimova - Ötür İlər
{Bənd 1} Ötürərdin hər gün məni Axşam evə dönəndə biz Ötürərdin hər gün məni Axşam evə dönəndə biz Sən susardın, mən dinməzdim Pıçıldardı ürəyimiz

Flora Kərimova - Həyat, Sən Nə Şirinsən
{Bənd 1} Həyat sən nə şirinsən Kim səndən doydu, getdi? Gedənlər öz qəlbini Dünyada qoydu, getdi {Keçid} Səndən doymaq olarmı? Səndən

Flora Kərimova - Gizlədə Bilmədim Sənin Eşqini
{Bənd 1} Hər yerdə xatirən, səsin, izin var Yox, səndən gizlənmək nə qədər çətin Hər yerdə xatirən, səsin, izin var Yox, səndən gizlənmək nə qədər çətin Mən

Flora Kərimova - Gəl
{Bənd 1} Həsrətindən yandı canım, ciyərim qan oldu, gəl Gəl, gəl, gəl Sənsiz işim gecə-gündüz ahu-əfqan oldu, gəl Gəl, gəl, gəl Diləməz sənsiz bu könlüm,

Flora Kərimova - Çinar Və Mən
{Bənd 1} Çinarsız bir bulaq, bulaq deyil ki Çinar mağarlıdır, çinar toyludur Mənim torpağımda, nahaq deyil ki Deyərlər, igidlər çinarboyludur O, min

Flora Kərimova - Küsmərəm
{Bənd 1} Mən şirin ləhcəli bir bülbüləm ki Mən şirin ləhcəli bir bülbüləm ki Güllərdən küsərəm, səndən küsmərəm Güllərdən küsərəm, səndən küsmərəm Səndən

Flora Kərimova - Ey Vətən
{Bənd 1} Nəğmə dolu bir ürəyəm Torpağına baş əyərəm Ey Vətən! Meşələrin çətirlidir Gül-çiçəyin ətirlidir Ey Vətən! Ey Vətən!