Dəli Yazar - Qisas

Copied!edit Lyrics
original text at lyrnow.com/2091102
Nəqərat
Getməyi aydındır
Xəyanət onun ürəyinə, qəlbinə xas
Alınan ahımdır, tutacaq
Onu etməz kimsə xilas

Bu, inadımdır
Bunu mütləq bir yerə yaz
Alacam bir gün qisas
Alacam səndən qisas

Bənd 1
Ola bilər ki, qırılıb qəlbim
Çünki səsini dinləmişəm
Bəlkə məni çox aldadıb yar
Kor olmuşam, onu görməmişəm
Bəlkə bu gün yerlərdəyəm
Yıxılmışam, amma ölməmişəm
Gələcəm, əlbət, bir gün özümə
Alacam qisas

Acı ürəyimi dağ eləyir
Məni öldürür, səni əgər sağ eləyirsə
10 ildir, çəkdim nazını
Mənə tərəf dönmədinsə, demək, ağ eləyirsən
Mən sənin ən doğma kəsin ikən
Necə ürəyindən qıraq eləyirsən?
Quru çölləri belə bağ eləyən yar
Mənim ürəyimi dağ eləyirsən

Keçid
Sonu yox bu ayrılığın
Deyə ürəyimdən bağırım
Kimə deyim ki, ayrılırıq?
Səni kimlərdən çağırım?

Bitməməli ağrılı
Axı bitməməli sonu bu nağılın
Sənin heç vecinə deyil amma
Mənim üçün dünyalar dağılır

Nəqərat
Getməyi aydındır
Xəyanət onun ürəyinə, qəlbinə xas
Alınan ahımdır, tutacaq
Onu etməz kimsə xilas

Bu, inadımdır
Bunu mütləq bir yerə yaz
Alacam bir gün qisas
Alacam səndən qisas

Getməyi aydındır
Xəyanət onun ürəyinə, qəlbinə xas
Alınan ahımdır, tutacaq
Onu etməz kimsə xilas
Bu, inadımdır
Bunu mütləq bir yerə yaz
Alacam bir gün qisas
Alacam səndən qisas
 
0

Song Description:

edit soundcloud

SoundCloud:

edit soundcloud

More Dəli Yazar lyrics

Dəli Yazar - Dünyalar Qədər
{Nəqərat} Məni dünyalar qədər sevən insanmıdır gedən? Məni bir qələmdə silən, silən insanmıdır sevən? Məni dünyalar qədər sevən, sevən insanmıdır gedən? Məni bir qələmdə

Dəli Yazar - Qisas
{Nəqərat} Getməyi aydındır Xəyanət onun ürəyinə, qəlbinə xas Alınan ahımdır, tutacaq Onu etməz kimsə xilas Bu, inadımdır Bunu mütləq bir yerə yaz