Uran - Kor Zabit 2

Copied!edit Lyrics
original text at lyrnow.com/361673
Bənd 1
Balaca oğlan deyil o, artıq böyüyüb olub kişi
Çiynində aypara-ulduz, davam edir atadan qalmış işi
Kor zabitin nəsihətlərini uşaqlıqdan qulağa edib sırğa
Elə buna görə o bu gün irəlliləyir Qarabağa

Onu üzübdür illər, qisas içində közərən güllə - atmağa hazır
Hərbi mətktəbdə öyrəndikləri nəhayət olubdur lazım
Dünənki kursantlar bugünki döyüşü edir idarə!
Tanrının əsgəri - səngərdir məskəni, onlardır xalqına çarə!...

Müşahidə məntəqəsində rabitə, xəritə, koordinantlar
Atəşə hazır top heyətləri, baş zabitlər, leytenantlar
Divizion gözləyir əmri. Zabit izləyir hər dəfə hədəf rayonun
Piyada girməzdən öncə “təmizlik”, topçular yaxşı bilirlər bunu

Son günlər yaman tez-tez o, atasını görür yuxuda
Kişi ondan bir şey xahiş edib, indi qorxur unudar…
Rütbə alan gün ata oğlunu qucaqlayıb demişdi “əhsən”
“Azad edəcəyin doğma torpağa bu sözlərimi deyərsən”... (Deyərsən!)


Nəqərat
Gəlmişəm, yanındayam, çağırmışdın, ay vətən!
İllərdir gözləyirdim, darıxmışdım, ay vətən!
Almışam atamın qisasını mən!
Ölsün kim bizi ayırmışdı, ay vətən!


Bənd 2
İki min iyirmi, sentyabr bitir ağır döyüşlərlə
Əks hücum əmri qızışdırır soyumuş dəmiri həmlə, girişlərlə
Bir şey ki, düzəlməyib görüşlərdə, demişlər “düzəldər döyüşdə ər”
Neçə yerə bölmüşlər bizi, tarixdə neçə dəfə görmüşük bəs?!

Bəsdir! İndi ordu cəbhədə, mərmi növbənən torpaq silkələr
Kor zabitin oğlu mövqedə, hərbi rütbədə - lazım ölkəyə
Hər dəfə verdiyi hədəf parça-parça olub sıradan çıxır
İşğalçı aradan çıxır, çünki qan çıxır - demişdik axı…

Gəlir xəbərlər - düşür raketlər dinc şəhərlərə. Yox şərəfləri
Çünki qələbə haqq tərəfdədir. Onlar şərəfin “dal tərəfi”dir
Zabitsə qeyd edir bu zaman yeni hədəfləri xəritəsinə
İndi hücum başlayır. İndi dönəcəkdir düşmənçin dünya tərsinə!
Vur gəbərsinlər!

Nəqərat
Gəlmişəm, yanındayam, çağırmışdın, ay vətən!
İllərdir gözləyirdim, darıxmışdım, ay vətən!
Tutmuşam doğma, qabar əllərini
Qoy ölsün kim bizi ayırmışdı, ay vətən!

Bənd 3
Blindaj. Barıt ətri. Zəif işıq. Açılıb yığılan çarpayı
Zabit bloknota yazır “sabah üçün yeni hədəfimiz Cəbrayıl”
Ürək çırpınır, bu ad aparır doğma yurduna, uşaqlıq illərinə
Fələk çarxını düz fırladıb - qovulan uşaqlar qayıdır evlərinə!

Səhər tezdən göy guruldayır, başlayır hücum! Başqa bir hücum!
Artilleriya qoyur hücumun ucun. Partlayış gücü!
Qaldırır havaya istehkam uçur!...
Uzaqdan görür illərdir həsrət qaldığı kəndin damlarını
Və izləyir elini işğal edən, indisə qaçan, ölən adamları...

Həmin gün zəng edir atasına. Bu xəbər məlhəm yarasına
Veteran zabit oğul parasının səsini dinləyir böyük təlaşla
“Yoldaş polkovnik, deyim bu başdan, elimiz azaddır! Evdə salam
Mənə davam. Torpaqlar qalıb, demək haqq davam hələ bitməyib tamam!

Nəqərat
Gəlmişəm, yanındayam, çağırmışdın, ay vətən!
İllərdir gözləyirdim, darıxmışdım, ay vətən!
Almışam atamın qisasını mən!
Ölsün kim bizi ayırmışdı, ay vətən!

Gəlmişəm, yanındayam, çağırmışdın, ay vətən!
İllərdir gözləyirdim, darıxmışdım, ay vətən!
Tutmuşam doğma, qabar əllərini
Qoy ölsün kim bizi ayırmışdı, ay vətən!
 
0

Song Description:

edit soundcloud

SoundCloud:

edit soundcloud

More Uran lyrics

Uran - Azərbaycanım
{Nəqərat} {Uran} Cümlə Azərbaycanım! Gücümdür Azərbaycanım! Könlümdə bir od alovlanır Canımdır Azərbaycanım! {Payam Türk}

Uran - Gecələrimdə Axtarıram
{Giriş: Uran} Elə qalsın, bu həmin mövzudur Qoy getsin {Nəqərat} Gecələrimdə axtarır… Gecələrimdə axtarıram Olur onu Gecələrimə

Uran - S.V.D.M.
{Skit} SPİD virusu düşüb mənə Mən özüm də bir virus olub düşmüşəm bu həyata Həyatım mənə qarşı immuniteti var – ölüm Mənim isə ölümə qarşı heç bir immunitetim yoxdur

Uran - Sadə Qız
{Skit} Bu repin sözlərinə diqqətlə qulaq asın {Bənd 1} Dayanacaqda dayandı avtobus, mindi bir qız sadə bir qız Sifəti kosmetikasız Dodaqları

Uran - Oğlan Ol
{Keçid} Oğlan ol, hərəkətlərinə fikir ver Əsl oğlanlar üçün bu cəmiyyətdə daima vardır yer Caspian Clan, Uran {Bənd 1} Oğlan var, üzünə tüpürməmiş

Uran - Hörmətlə, Uran
{Nəqarət} Uran yaradacaq yeni qalmaqal Endirəcək zərbələri səhnələrə dalbadal Uran yaradacaq yeni qalmaqal (Caspian Clan, Uranı yığışdırın) {Bənd

Uran - Valideynləri Unutmayaq
{Bənd 1} Onların sevgisi, onların əllərinin istisi Onların şirin səsi, onların isti nəfəsi Ananın laylay nəğməsi, atanın verdiyi məsləhət Çəkdiyi əziyyət, səhvləri görüb

Uran - Qəlbimin Harayı
{Bənd 1} {Uran} Heç bir şey istəmirəm, ayrılıb dünyadan Enim sevgi dənizinə hündür bir qayadan Tapım səni, itirməyim, yetər bu tənhalıq İsit soyuq ürəyimi,

Uran - Repə Qulaq Asın
{Bənd 1} Yolun qırağıyla gedir qaqaş, əlində diplomat İti addımlar avtomat, gözündə linza eynək Əynində qara pencək, qaqa nöqtə köynək Hamıya örnək, mədəni, ağ dəri uşaq

Uran - Həyat Gülməlidir
{Nəqarət} Gülməlidir, nə qədər çox bilsək Səhvə yol versək, məsləhət görsək Gülməlidir, nə qədər istəsək Dünyanı düzəltsək, yenə də daş-kəsək! Gülməlidir

YouTube

edit video

Uran

Uran
edit foto

Biography

edit bio
Uran (tam adı: İbrahim İbrahimov; d. 20 dekabr 1983, Xaçmaz, Azərbaycan SSR, SSRİ) — Azərbaycan repçisi.[1]

Uran müxtəlif dövrdə Diana Hacıyeva və digər sənətkarlar ilə əməkdaşlıq etmişdir.
Həyatı
Uran 1983-ci il dekabr ayının 20-də Xaçmazda dünyaya gəlmişdir. 1996-ci ilin martın 9-da ilk rep mahnısını yazıb. Replə ilk tanışlığı Rusiya repçilərindən başlayıb. Sonrakı illərdə 2Pac və Eminemdən təsirlənib.

Hip-hopda ilk təxəllüsü “Mr Ib” olub. 2001-ci ilin mart ayından M.T.Street qrupunun tərkibində söz yazarı kimi fəaliyyət göstərməyə başlayıb. O, ilk olaraq söz yaza bilməyən repçilərə mahnı mətnləri satmaq fikrində idi. Həmin ilin aprelində qrup “Mənim lomka həyatım” treki ilə Vətən diskotekasında keçirilən yeraltı (ing. underground) festivalda 4-cü yeri tutub. 2001-ci ilin sonunda M.S.Street qrupu dağılır və Mr.Ib müstəqil fəaliyyətini davam etdirir. Həmin ilin oktyabr ayının 19-da Bakı Slavyan Universitetinin akt zalında, universitetin ŞHK-nin təqdimat gecəsində ilk çıxışını edir

2004-cü il yanvarın 11-də “Caspian Clan” rep qrupunun 8-ci üzvü olur. 2004-cü ildə qrup dağılır və repçi ləqəbini “Uran"a dəyişir. 2004-cü il oktyabrın 10-da Space TV-də "Mən Də Varam” telemüsabiqəsinə qatılır. O, telemüsabiqədə ikinci yeri tutur.

2006-cı il fevralın 2-də Uran British Council-in təşəbbüsü ilə “Urban Culture” adı altında keçirilən hip-hop şouda iştirak edir. Daha sonra şəxsi həyatında baş verən problemlərlə əlaqədar repdən bir müddət uzaqlaşır.

2007-ci ilin aprel ayında “Mən Də Varam 3” telemüsabiqəsinə yenidən qatılır və birinci yeri tutur. 2007-ci ilin avqust ayında Uran Azərbaycanın ilk rep leyblı olan “Da Streetz"in tərkibinə daxil olur.

2008-ci il aprel ayının 20-də “Rap Time” adlı radio verilişin aparıcılarından biri olur. Həmin ilin avqust ayında isə ANS ÇM-in keçirdiyi vətənpərvər musiqi müsabiqəsinə “Milli düşüncə və gənclər” mahnısı ilə birinci yerə layiq görülür.

2010-cu il mayın 2-də Bakıda Türkiyə repçisi Cəza ilə birgə konsert verir. 2012-ci il iyunun 28-də Ceza və Uran ikinci dəfə Bakıda, Heydər Əliyev adına İdman Arenasında eyni səhnəni bölüşür.

2013-cü il Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən Fanta Gənclik Festivalın aparıcısı olur.

Uran 2014-cü ilin avqust ayından 2016-cı il fevral ayına qədər Almaniyada yaşayıb.[2]

Şəxsi həyatı
Ailəlidir. Bir qızı var.

Diskoqrafiya
Uranın diskoqrafiyasına 3 studiya albomu və bir miksteyp daxildir.

Studiya albomları
Hörmətlə Uran (2005)
Mənasız Şeylər (2009)
Qaralama (2011) (Miksteyp)
Açıq Mikrofon (2013)