Uran - Valideynləri Unutmayaq

Copied!edit Lyrics
original text at lyrnow.com/706142
Bənd 1
Onların sevgisi, onların əllərinin istisi
Onların şirin səsi, onların isti nəfəsi
Ananın laylay nəğməsi, atanın verdiyi məsləhət
Çəkdiyi əziyyət, səhvləri görüb nəsihət verməsi

Başa düşmürəm, bunları necə olar unutmaq?
Necə olar rahat yatmaq biləndə anan xəstə?
Hər kəsdə vicdan var, amma hamıda deyil eyni
Necə olar unutmaq səni yaratmış valideyni?

Axı bizim damarımızda axan onların qanı
Axı biz yuxusuz qoymuşuq gecələr narahat ananı
Axı ata kəsir boğazından ki, övladı olsun tox
Övlad unutqanlığını necə bağışlamaq olar? Yox!

Mənim bütün nifrətim o övladlara qarşı
Hansılarının pula, işə, ailələrinə elə qarışıb başı
Vaxt tapmırlar doğma evlərinin qapısın döyməyə
Ananın əlindən öpməyə və yaxud adi zəng etməyə

Atanın üzünə olan ağ, fikirləşmir ki, bir gün eyni şeylə
Öz övladı qəlbinə vuracaq dağ
Hər uşaq bir ümid, valideyni üçün bir ulduz
Onlar axı saçlarını ağardıblar bizim üçün onsuz

Qalan ömürlərin niyə alaq əllərindən?
Niyə fərəhli valideyn baxışın silək gözlərindən?
Özlərindən sonra qoymurlar yadigar soyuq daşı
Onlardan yadigardır hər bir övladın yaddaşı

Nəqarət
Valideyn insanlığından asılı olmayaraq müqəddəsdir
Valideyn atadır, anadır, valideyn o kəsdir
Hansı düşünür balasın, düşünmür pul, ev, əyin
Yaşayar, rəhmətə gedər, lakin unudulmaz valideyn

Valideyn insanlığından asılı olmayaraq müqəddəsdir
Valideyn atadır, anadır, valideyn o kəsdir
Hansı düşünür balasın, düşünmür pul, ev, əyin
Yaşayar, rəhmətə gedər, lakin unudulmaz valideyn

Bənd 2
Doğuluruq, ilk qidamız olur ana südü
Ana sığalı, nəvazişi, ana laylay, öyüdü
Ananın incə əlləri, biz hələ onun tanımırıq
Tanısaq da hələ digər qadınlardan ayırmırıq

Amma getdikcə onun səsi, onun isti qucağı
Olur bizə doğma, yandırır sönməz ocağı
Uşağı alırlar anadan, o ağlayır, bilir
Təzə açılmış əllərin anaya doğru uzadır, ona gəlir

Budur ata kobud əllərində körpə övladın tutub
Oğlandır. Sevinib, bütün problemləri unudub
Gözləri dolur, amma ağlamır, ataya yaraşmaz
Ata sevir daxilən, zahirən isə alışmaz

Ata çalışar gecə-gündüz, duymasın övlad ehtiyac
Paltara, geyimə, yeməyə, lap özü qalar ac!
Təki balası sevinsin, gülsün, təki
Atanın uşaqlıqda görmədiyi günləri onun uşağı görsün!

Həyatda ən böyük səhvdir, valideyni unutmaq
Ana kəlağayısını yandırmaq, ata əziyyətini atmaq
Sonda ailə münasibətlərin qırmaq, qurutmaq
Qocalmaq, valideyn olmayıb məzara çatmaq

Mən diz çökürəm valideynlərimin önündə
Öpürəm əllərindən, çünki mənim bu günüm də
Dünənim də, sabahım da hər zaman onlara borclu
Ulu tanrım, onların kölgəsində gedim, bitirim yolu

Nəqarət
Valideyn insanlığından asılı olmayaraq müqəddəsdir
Valideyn atadır, anadır, valideyn o kəsdir
Hansı düşünür balasın, düşünmür pul, ev, əyin
Yaşayar, rəhmətə gedər, lakin unudulmaz valideyn

Valideyn insanlığından asılı olmayaraq müqəddəsdir
Valideyn atadır, anadır, valideyn o kəsdir
Hansı düşünür balasın, düşünmür pul, ev, əyin
Yaşayar, rəhmətə gedər, lakin unudulmaz valideyn

Bənd 3
Valideynin itirən uşaq, uşağın itirən valideyn
Bundan ağır cəza varmı, anladın mənə deyin?
Bəs onda sağlıqlarında onlara verilən qiymət
Hörmət olur bəzən ucuz, niyə anlamır cəmiyyət?!

İnkişaf edirik, lakin valideyn-övlad münasibəti
Hələ ki, məndə, ancaq oyadır heyrəti
Mərifəti, məhəbbəti başqa rənglərlə rəngləməyək
Qüruru saxlayaq, onlar atadır, anadır ölməyək!

Yanlarına gedək, hallarını soruşaq, biz hələ böyüməmişik
Biz ömür boyu valideynlərimiz üçün uşaq
Övlad ləzzətin hiss etdirək ataya, anaya
Onsuz da çətindir valideyn öz övladına nə vaxtsa doya

Demirəm heç nə etməyin, demirəm yaxşı geyinməyin
Demirəm ailənizi qurmayın, uşaqlarınızı böyütməyin
Demirəm sevməyin, gülməyin, yaxud əylənməyin
Sadəcə onları unutmayın, çünki unudulmaz valideyn!

Nəqarət
Valideyn insanlığından asılı olmayaraq müqəddəsdir
Valideyn atadır, anadır, valideyn o kəsdir
Hansı düşünür balasın, düşünmür pul, ev, əyin
Yaşayar, rəhmətə gedər, lakin unudulmaz valideyn

Valideyn insanlığından asılı olmayaraq müqəddəsdir
Valideyn atadır, anadır, valideyn o kəsdir
Hansı düşünür balasın, düşünmür pul, ev, əyin
Yaşayar, rəhmətə gedər, lakin unudulmaz valideyn
 
0

Song Description:

edit soundcloud

SoundCloud:

edit soundcloud

More Uran lyrics

Uran - Qəlbimin Harayı
{Bənd 1} {Uran} Heç bir şey istəmirəm, ayrılıb dünyadan Enim sevgi dənizinə hündür bir qayadan Tapım səni, itirməyim, yetər bu tənhalıq İsit soyuq ürəyimi,

Uran - Repə Qulaq Asın
{Bənd 1} Yolun qırağıyla gedir qaqaş, əlində diplomat İti addımlar avtomat, gözündə linza eynək Əynində qara pencək, qaqa nöqtə köynək Hamıya örnək, mədəni, ağ dəri uşaq

Uran - Həyat Gülməlidir
{Nəqarət} Gülməlidir, nə qədər çox bilsək Səhvə yol versək, məsləhət görsək Gülməlidir, nə qədər istəsək Dünyanı düzəltsək, yenə də daş-kəsək! Gülməlidir

Uran - Açıq Mikrofon
{Bənd 1} {Uran} Zonam Əhmədli, Xəzər, repim nə xəz, nə zər Yan keçsin bədnəzər, qafiyəm qulağı əzər Uranın sorağı gəzər, Virtual arağı süzər Sözüm marağı

Uran - Yenə Də Fırlanır (“Yoxdu Belə Söhbət” Original Soundtrack
{Giriş} A, yeah! Əlini çək, toxunma mənə Qulaq as {1-ci hissə} Nədən deyim? Dediklərim hərfsizsə (Nə, nə?) Hara tuşlayım lüləni nişan

Uran - D b d b m
(nəqarət) Dabadabam, dabadabam! Belə deyir hər bir adam Söhbəti boş - tələbi var Oxşar olsun, dabadabam! Məna cılız. Mənaya sox Başı saman, ala, içinə

Uran - Gəl Məni Gör
{Giriş} Gəl məni gör Yeah! Yeah! {Bənd 1} Çox savadlı qaqaş, qıcqırıb savad qabı Adamı yox ki, sala qabağı, ya qala sabaha Harası baha soruşma,

Uran - Trendivəki
{Giriş} Bütün həyatını trendə həsr et, trend, trend Sən trend olmalısan Sən…sən trend olmaq üçün doğulmusan Trend sənin üçün hər şeydir Trend, ancaq trend

Uran - Sözlər Əbədidir
{Nəqərat: Trino} Ayaqlar altında Air Force-lar (Air Force-lar) Fırlanıram ətrafımda dostlar (Dostlar) Ürəyimdə deyiləsi söz var Bu, əbədi deyil Ayaqlar

Uran - Bu Replə Qayıtdım
{Bənd 1: Cherep} Bizim “Anbar” dəyərlərini çökdürə bilmədi dolların məzənnəsi Çünki sidq qəlbləri bulandırır yaşıl kağız fəlsəfəsi Klassik “N.W.A.” sound Bizim

YouTube

edit video

Uran

Uran
edit foto

Biography

edit bio
Uran (tam adı: İbrahim İbrahimov; d. 20 dekabr 1983, Xaçmaz, Azərbaycan SSR, SSRİ) — Azərbaycan repçisi.[1]

Uran müxtəlif dövrdə Diana Hacıyeva və digər sənətkarlar ilə əməkdaşlıq etmişdir.
Həyatı
Uran 1983-ci il dekabr ayının 20-də Xaçmazda dünyaya gəlmişdir. 1996-ci ilin martın 9-da ilk rep mahnısını yazıb. Replə ilk tanışlığı Rusiya repçilərindən başlayıb. Sonrakı illərdə 2Pac və Eminemdən təsirlənib.

Hip-hopda ilk təxəllüsü “Mr Ib” olub. 2001-ci ilin mart ayından M.T.Street qrupunun tərkibində söz yazarı kimi fəaliyyət göstərməyə başlayıb. O, ilk olaraq söz yaza bilməyən repçilərə mahnı mətnləri satmaq fikrində idi. Həmin ilin aprelində qrup “Mənim lomka həyatım” treki ilə Vətən diskotekasında keçirilən yeraltı (ing. underground) festivalda 4-cü yeri tutub. 2001-ci ilin sonunda M.S.Street qrupu dağılır və Mr.Ib müstəqil fəaliyyətini davam etdirir. Həmin ilin oktyabr ayının 19-da Bakı Slavyan Universitetinin akt zalında, universitetin ŞHK-nin təqdimat gecəsində ilk çıxışını edir

2004-cü il yanvarın 11-də “Caspian Clan” rep qrupunun 8-ci üzvü olur. 2004-cü ildə qrup dağılır və repçi ləqəbini “Uran"a dəyişir. 2004-cü il oktyabrın 10-da Space TV-də "Mən Də Varam” telemüsabiqəsinə qatılır. O, telemüsabiqədə ikinci yeri tutur.

2006-cı il fevralın 2-də Uran British Council-in təşəbbüsü ilə “Urban Culture” adı altında keçirilən hip-hop şouda iştirak edir. Daha sonra şəxsi həyatında baş verən problemlərlə əlaqədar repdən bir müddət uzaqlaşır.

2007-ci ilin aprel ayında “Mən Də Varam 3” telemüsabiqəsinə yenidən qatılır və birinci yeri tutur. 2007-ci ilin avqust ayında Uran Azərbaycanın ilk rep leyblı olan “Da Streetz"in tərkibinə daxil olur.

2008-ci il aprel ayının 20-də “Rap Time” adlı radio verilişin aparıcılarından biri olur. Həmin ilin avqust ayında isə ANS ÇM-in keçirdiyi vətənpərvər musiqi müsabiqəsinə “Milli düşüncə və gənclər” mahnısı ilə birinci yerə layiq görülür.

2010-cu il mayın 2-də Bakıda Türkiyə repçisi Cəza ilə birgə konsert verir. 2012-ci il iyunun 28-də Ceza və Uran ikinci dəfə Bakıda, Heydər Əliyev adına İdman Arenasında eyni səhnəni bölüşür.

2013-cü il Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən Fanta Gənclik Festivalın aparıcısı olur.

Uran 2014-cü ilin avqust ayından 2016-cı il fevral ayına qədər Almaniyada yaşayıb.[2]

Şəxsi həyatı
Ailəlidir. Bir qızı var.

Diskoqrafiya
Uranın diskoqrafiyasına 3 studiya albomu və bir miksteyp daxildir.

Studiya albomları
Hörmətlə Uran (2005)
Mənasız Şeylər (2009)
Qaralama (2011) (Miksteyp)
Açıq Mikrofon (2013)