★ Giriş ★ Bütün həyatını trendə həsr et, trend, trend Sən trend olmalısan Sən…sən trend olmaq üçün doğulmusan Trend sənin üçün hər şeydir Trend, ancaq trend
★ Nəqərat ★ Hey, mikrofonu ver Tap özünə yer Başladı seans Trendivəki!
Hey, lap özünü söy Hype dolu yer-göy Ayıb deyil, əsas Trendivəki! Hey, al bunu geyin Et belə şey Ol korifey Trendivəki!
Hey, bol olsun rəy Danış səy-səy Freaky-sensei Trendivəki!
★ Bənd 1 ★ Hər trendə düşən brendə dönmür, əsla Var “Mercedes”, var “Tesla” Var yiyəsi dəyişən kreslo kimi trenddən asılı məhsul Bir-iki günlük aslan İtir gündəm olur məstan Dolur kassa Mətnə baxsan ucuz posta bənzər dastan Məna saxsı Lap sıxıb özünü qəliz qafiyə qoysan Klipə baxsın, hə, camaat kimə düşməyib yüz doxsan Ac mədəyə kayf alsın Beləcə hype'la gəlsin ad-san Deyir “əgər acsan, doyacaqsan klipi açsan”
“Maşına bax, hə, üstünə-başına bax!” - “Özünündür?” “Fasion’a bax, hə, qızıla, qaşına bax!” - “Özünündür?” “Sən bilməzsən, əvvəl saxtanı tax ki…” - “Niyə?” “Söhbət o vaxt ki, gələr əsl hədiyyə” - “Zibil” ★ Nəqərat ★ Hey, mikrofonu ver Tap özünə yer Başladı seans Trendivəki!
Hey, lap özünü söy Hype dolu yer-göy Ayıb deyil, əsas Trendivəki!
Hey, al bunu geyin Et belə şey Ol korifey Trendivəki!
Hey, bol olsun rəy Danış səy-səy Freaky-sensei Trendivəki!
★ Bənd 2 ★ Həyat oyundur, rep game'dir Eşit məni, əziz homie Əsas pul, əsas fame'dir Təmiz rep qəliz, homie Bir şey yaz, rep geyindir Bazar tutmaq lazım, homie Olaq paz gənc beyinə “Scoop, scoop” edək, homie Scooooop… Bu lokomativə sürət verər lokal aktivlər Butulkadan cin bokala girər Auto-tunes bir az vokala görə Nə gəldi yazar şakalın biri Şokolad bilər trendə düşəni Sosial guşədən durmayıb yazanı - tap elə birini Kim hədəfi vurub top ola bilər
Sözümün məğzi, hər kəsin işidir şəxsi Kim məni eşidir şəxsən Bilsin ki, bəhsən dəyişmirəm dəsti-xətti Urana tərz qəhətmi? Boyunda chain ləğv etmir oyunda beyni Kim necə geyinir şəxsi işidir Etsən mumble et sanballı Olmasın bambılı rep
Uran - Sözlər Əbədidir {Nəqərat: Trino} Ayaqlar altında Air Force-lar (Air Force-lar) Fırlanıram ətrafımda dostlar (Dostlar) Ürəyimdə deyiləsi söz var Bu, əbədi deyil Ayaqlar
Uran - Bu Replə Qayıtdım {Bənd 1: Cherep} Bizim “Anbar” dəyərlərini çökdürə bilmədi dolların məzənnəsi Çünki sidq qəlbləri bulandırır yaşıl kağız fəlsəfəsi Klassik “N.W.A.” sound Bizim
Uran - Yad Ölkədə {Bənd 1} Həyatda yeni səhifə açıldı, dəyişdi gedişat Düşdüm Fransaya, Lö Gişe, deyiləm pərişan Ata oldum, sayrışan ulduzum - qızım, yeni guşəm Anladım, valideyn bir
Uran - Bir Azərbaycandır! {Nəqərat} Ovçu asta dolan, gəz Günah etmə, amandır Burda hər gözəllik bir Azərbaycandır (Bir Azərbaycandır!) Ovçu asta dolan, gəz Günah etmə, amandır
Uran - Küçələr Oyaqdır {Giriş} Eşit gör Eşit gör, nə deyirəm Eşit gör, nə deyirəm Eşit, de Eşit gör, ay Eşit gör, nə deyirəm Eşit gör, a! {Bənd 1} Üç
Uran - Sevgi Qalıb XX Əsrdə {Giriş} Mən bilmirəm bu trek nə haqdadır Soruşmayın məndən {Nəqərat} Sevgi qalıb XX əsrdə Hündür divar, üstü açıq qəsrdə Deyir onun artıq həmin
Uran - Tələsir {Bənd 1} Küləklər şəhəri, şərqin əbədi qapısı Bakı Səndə gizlənib milyon sirr, insan idrakı Sevgi məbədin Xəzərə boylanan Qız Qalası 2005-ci il, payız, soyuq noyabr
Uran - Sadə Qız lll {Bənd 1} Xəyalında dönəndə qadın uşaqlıq illərinə Yada salanda yeniyetməlik cizgilərini Balaca otaqda böyük dünya haqda planları Həmin otaqda “öldülər” məhv edib
Uran - Vətəndaşa Mesaj {Giriş} Vətəndaş! Həri. Yaxın gəl, yaxın gəl, yaxın gəl Yaxın gəl, yaxın otur! Hə! Yaxın gəl, yaxın otur! Söylə! {Bənd 1} Söylə görüm, sən
Uran - Azərbaycanı Tərk Edərkən {Giriş} Azərbaycanı tərk edərkən Keçirtdiyim hisslər haqqında {Nəqərat} Səmaya doğru gedir xəyallar (xəyallar) Aradabir sualtı qayalar (qayalar)
Uran
Uran (tam adı: İbrahim İbrahimov; d. 20 dekabr 1983, Xaçmaz, Azərbaycan SSR, SSRİ) — Azərbaycan repçisi.[1]
Uran müxtəlif dövrdə Diana Hacıyeva və digər sənətkarlar ilə əməkdaşlıq etmişdir. Həyatı Uran 1983-ci il dekabr ayının 20-də Xaçmazda dünyaya gəlmişdir. 1996-ci ilin martın 9-da ilk rep mahnısını yazıb. Replə ilk tanışlığı Rusiya repçilərindən başlayıb. Sonrakı illərdə 2Pac və Eminemdən təsirlənib.
Hip-hopda ilk təxəllüsü “Mr Ib” olub. 2001-ci ilin mart ayından M.T.Street qrupunun tərkibində söz yazarı kimi fəaliyyət göstərməyə başlayıb. O, ilk olaraq söz yaza bilməyən repçilərə mahnı mətnləri satmaq fikrində idi. Həmin ilin aprelində qrup “Mənim lomka həyatım” treki ilə Vətən diskotekasında keçirilən yeraltı (ing. underground) festivalda 4-cü yeri tutub. 2001-ci ilin sonunda M.S.Street qrupu dağılır və Mr.Ib müstəqil fəaliyyətini davam etdirir. Həmin ilin oktyabr ayının 19-da Bakı Slavyan Universitetinin akt zalında, universitetin ŞHK-nin təqdimat gecəsində ilk çıxışını edir
2004-cü il yanvarın 11-də “Caspian Clan” rep qrupunun 8-ci üzvü olur. 2004-cü ildə qrup dağılır və repçi ləqəbini “Uran"a dəyişir. 2004-cü il oktyabrın 10-da Space TV-də "Mən Də Varam” telemüsabiqəsinə qatılır. O, telemüsabiqədə ikinci yeri tutur.
2006-cı il fevralın 2-də Uran British Council-in təşəbbüsü ilə “Urban Culture” adı altında keçirilən hip-hop şouda iştirak edir. Daha sonra şəxsi həyatında baş verən problemlərlə əlaqədar repdən bir müddət uzaqlaşır.
2007-ci ilin aprel ayında “Mən Də Varam 3” telemüsabiqəsinə yenidən qatılır və birinci yeri tutur. 2007-ci ilin avqust ayında Uran Azərbaycanın ilk rep leyblı olan “Da Streetz"in tərkibinə daxil olur.
2008-ci il aprel ayının 20-də “Rap Time” adlı radio verilişin aparıcılarından biri olur. Həmin ilin avqust ayında isə ANS ÇM-in keçirdiyi vətənpərvər musiqi müsabiqəsinə “Milli düşüncə və gənclər” mahnısı ilə birinci yerə layiq görülür.
2010-cu il mayın 2-də Bakıda Türkiyə repçisi Cəza ilə birgə konsert verir. 2012-ci il iyunun 28-də Ceza və Uran ikinci dəfə Bakıda, Heydər Əliyev adına İdman Arenasında eyni səhnəni bölüşür.
2013-cü il Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən Fanta Gənclik Festivalın aparıcısı olur.
Uran 2014-cü ilin avqust ayından 2016-cı il fevral ayına qədər Almaniyada yaşayıb.[2]
Şəxsi həyatı Ailəlidir. Bir qızı var.
Diskoqrafiya Uranın diskoqrafiyasına 3 studiya albomu və bir miksteyp daxildir.
Studiya albomları Hörmətlə Uran (2005) Mənasız Şeylər (2009) Qaralama (2011) (Miksteyp) Açıq Mikrofon (2013)