Uran - Azərbaycanım

To Rate
Nəqərat
Uran
Cümlə Azərbaycanım!
Gücümdür Azərbaycanım!
Könlümdə bir od alovlanır
Canımdır Azərbaycanım!

Payam Türk
Gücümdür Azərbaycanım!
Türkümdür Azərbaycanım!
Torpaqda oturanlar bilsin!
Qana qandır Azərbaycanım!

Bənd 1 Payam Türk
Vətən, vətən, çağır əynimdə kəfən
Ölümü bağırır bəbən
Hər doyüşdə zəfərə çatana qədər
Qadanı alana qədər Azərbaycan
Azərbaycan, Azərbaycan!

Bir əlimdə fədadır can, torpağına axıdaram qan
Layiq olmamışam sənə, bilirəm
Haçan istərsən oğlunu yerli-dibli dan!
Mən ürək bağlamışam sənə, sən bağlama, amma
Fənadır axırım, Azərbaycan - ay can, ay can...

Qurban can hər qarıncına, əriyim, qatılım torpağına
Bil ki, böyük bir fəxrdir mənə
Əlimdə qılıncım qələm, atıram ki, hər bir qədəm
Xatalıdır bu bədən bil, xatalıdır bu bədən bil

Dil bağlıdır torpağına, qızıl, qara dağına, bağına
Qurbanam Heydərbaba dağına
Heydər... Heydər... Heydər…
Heydər... Heydər... Heydər!

Türküdür peykər, hey!
İstəyi yeridər, hey!
Yeridər, yeridər!
Bizlərə qorxu, ar, bizlərə qorxu, ar!

Güclü qollu, qurd ürəkli oğulların var
Edin bunu düşmənlərin arasında car
Bu torpaq qanınızı dağıdar, dağıdar
Bu torpaq qanınızı dağıdar, dağıdar

Nəqərat
Uran
Cümlə Azərbaycanım!
Gücümdür Azərbaycanım!
Könlümdə bir od alovlanır
Canımdır Azərbaycanım!

Payam Türk
Gücümdür Azərbaycanım!
Türkümdür Azərbaycanım!
Torpaqda oturanlar bilsin!
Qana qandır Azərbaycanım!

Bənd 2 Uran
İlanın ağına, qarasına lənət, dalında ağasına lənət
Canavar qoymayıb halət! Ya Rəbb, kömək et, orduma taqət!
Neçə il çəkir əsarət? Hanı ədalət? Varmı nəzarət?
Sizinçün adi torpaqlar, bizimçün işğal faktoru rəzalət!

Kim deyir “sülh”, gəl bura! Otuz il geriyə sür və gəl bura!
İndisə gec qəbula. Əsgəri gücümə vec atan tapılar
Bağlı qapılar. Savaşım haqq! Mənəmi yaraşmır savaşmaq?
Dığanın cavabını verməkçün indi lazım hələ bir dünyadan soruşmaq?!

Oyatdınız milli şüurumu, istədiniz süqutumu, aldınız zühurumu!
Saymadınız xalqın qürurunu, torpağa vurğunlar döyüşər uğrunda
Silah danışığa, bil, verməz yol. Ədalətsiz barışıq? Dinməz qoy!
Üzüm gülməz tam, əgər Gülüstan işğalda, ordu məşğul xilasla!

İndi...
Bu dastanı yazır əsgər qanı, şəhid canı ilə (ya Allah!)
Bütöv Azərbaycan üçün! Bütün Azərbaycan ilə (dinlə)
Cümhuriyyətin ərazisi olmalı cümlə hürr (hə)
Yarımçıq vətən - bu nə ifadə, denən, bu nə cümlədir?!

Ordumun addım səsi ifrit sürüsünü artıq salıb qorxuya
Hesab vaxtı gəlib, cavab verməli sorğuya! Bu oğurluq diyar!
İndi hay bağırsın oğru, vay edib imdad çağırsın oğru
Zay edib son şansı çıxartsın ordan
Ya ağ bayraq, ya da bas bayıra burdan! (Çünki)

Nəqərat
Uran
Cümlə Azərbaycanım!
Gücümdür Azərbaycanım!
Könlümdə bir od alovlanır
Canımdır Azərbaycanım!

Payam Türk
Gücümdür Azərbaycanım!
Türkümdür Azərbaycanım!
Torpaqda oturanlar bilsin!
Qana qandır Azərbaycanım!

Uran
Cümlə Azərbaycanım!
Gücümdür Azərbaycanım!
Könlümdə bir od alovlanır!
Canımdır Azərbaycanım!

Payam Türk
Cümlə Azərbaycanım!
Türkümdür Azərbaycanım!
Torpaqda oturanlar bilsin!
Qana qandır Azərbaycanım!

Comments

More Uran lyrics

Uran - Gecələrimdə Axtarıram
{Giriş: Uran} Elə qalsın, bu həmin mövzudur Qoy getsin {Nəqərat} Gecələrimdə axtarır… Gecələrimdə axtarıram Olur onu Gecələrimə

Uran - S.V.D.M.
{Skit} SPİD virusu düşüb mənə Mən özüm də bir virus olub düşmüşəm bu həyata Həyatım mənə qarşı immuniteti var – ölüm Mənim isə ölümə qarşı heç bir immunitetim yoxdur

Uran - Sadə Qız
{Skit} Bu repin sözlərinə diqqətlə qulaq asın {Bənd 1} Dayanacaqda dayandı avtobus, mindi bir qız sadə bir qız Sifəti kosmetikasız Dodaqları

Uran - Oğlan Ol
{Keçid} Oğlan ol, hərəkətlərinə fikir ver Əsl oğlanlar üçün bu cəmiyyətdə daima vardır yer Caspian Clan, Uran {Bənd 1} Oğlan var, üzünə tüpürməmiş

Uran - Hörmətlə, Uran
{Nəqarət} Uran yaradacaq yeni qalmaqal Endirəcək zərbələri səhnələrə dalbadal Uran yaradacaq yeni qalmaqal (Caspian Clan, Uranı yığışdırın) {Bənd

Uran - Valideynləri Unutmayaq
{Bənd 1} Onların sevgisi, onların əllərinin istisi Onların şirin səsi, onların isti nəfəsi Ananın laylay nəğməsi, atanın verdiyi məsləhət Çəkdiyi əziyyət, səhvləri görüb

Uran - Qəlbimin Harayı
{Bənd 1} {Uran} Heç bir şey istəmirəm, ayrılıb dünyadan Enim sevgi dənizinə hündür bir qayadan Tapım səni, itirməyim, yetər bu tənhalıq İsit soyuq ürəyimi,

Uran - Repə Qulaq Asın
{Bənd 1} Yolun qırağıyla gedir qaqaş, əlində diplomat İti addımlar avtomat, gözündə linza eynək Əynində qara pencək, qaqa nöqtə köynək Hamıya örnək, mədəni, ağ dəri uşaq

Uran - Həyat Gülməlidir
{Nəqarət} Gülməlidir, nə qədər çox bilsək Səhvə yol versək, məsləhət görsək Gülməlidir, nə qədər istəsək Dünyanı düzəltsək, yenə də daş-kəsək! Gülməlidir

Uran - Açıq Mikrofon
{Bənd 1} {Uran} Zonam Əhmədli, Xəzər, repim nə xəz, nə zər Yan keçsin bədnəzər, qafiyəm qulağı əzər Uranın sorağı gəzər, Virtual arağı süzər Sözüm marağı

Uran

Uran (tam adı: İbrahim İbrahimov; d. 20 dekabr 1983, Xaçmaz, Azərbaycan SSR, SSRİ) — Azərbaycan repçisi.[1]

Uran müxtəlif dövrdə Diana Hacıyeva və digər sənətkarlar ilə əməkdaşlıq etmişdir.
Həyatı
Uran 1983-ci il dekabr ayının 20-də Xaçmazda dünyaya gəlmişdir. 1996-ci ilin martın 9-da ilk rep mahnısını yazıb. Replə ilk tanışlığı Rusiya repçilərindən başlayıb. Sonrakı illərdə 2Pac və Eminemdən təsirlənib.

Hip-hopda ilk təxəllüsü “Mr Ib” olub. 2001-ci ilin mart ayından M.T.Street qrupunun tərkibində söz yazarı kimi fəaliyyət göstərməyə başlayıb. O, ilk olaraq söz yaza bilməyən repçilərə mahnı mətnləri satmaq fikrində idi. Həmin ilin aprelində qrup “Mənim lomka həyatım” treki ilə Vətən diskotekasında keçirilən yeraltı (ing. underground) festivalda 4-cü yeri tutub. 2001-ci ilin sonunda M.S.Street qrupu dağılır və Mr.Ib müstəqil fəaliyyətini davam etdirir. Həmin ilin oktyabr ayının 19-da Bakı Slavyan Universitetinin akt zalında, universitetin ŞHK-nin təqdimat gecəsində ilk çıxışını edir

2004-cü il yanvarın 11-də “Caspian Clan” rep qrupunun 8-ci üzvü olur. 2004-cü ildə qrup dağılır və repçi ləqəbini “Uran"a dəyişir. 2004-cü il oktyabrın 10-da Space TV-də "Mən Də Varam” telemüsabiqəsinə qatılır. O, telemüsabiqədə ikinci yeri tutur.

2006-cı il fevralın 2-də Uran British Council-in təşəbbüsü ilə “Urban Culture” adı altında keçirilən hip-hop şouda iştirak edir. Daha sonra şəxsi həyatında baş verən problemlərlə əlaqədar repdən bir müddət uzaqlaşır.

2007-ci ilin aprel ayında “Mən Də Varam 3” telemüsabiqəsinə yenidən qatılır və birinci yeri tutur. 2007-ci ilin avqust ayında Uran Azərbaycanın ilk rep leyblı olan “Da Streetz"in tərkibinə daxil olur.

2008-ci il aprel ayının 20-də “Rap Time” adlı radio verilişin aparıcılarından biri olur. Həmin ilin avqust ayında isə ANS ÇM-in keçirdiyi vətənpərvər musiqi müsabiqəsinə “Milli düşüncə və gənclər” mahnısı ilə birinci yerə layiq görülür.

2010-cu il mayın 2-də Bakıda Türkiyə repçisi Cəza ilə birgə konsert verir. 2012-ci il iyunun 28-də Ceza və Uran ikinci dəfə Bakıda, Heydər Əliyev adına İdman Arenasında eyni səhnəni bölüşür.

2013-cü il Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən Fanta Gənclik Festivalın aparıcısı olur.

Uran 2014-cü ilin avqust ayından 2016-cı il fevral ayına qədər Almaniyada yaşayıb.[2]

Şəxsi həyatı
Ailəlidir. Bir qızı var.

Diskoqrafiya
Uranın diskoqrafiyasına 3 studiya albomu və bir miksteyp daxildir.

Studiya albomları
Hörmətlə Uran (2005)
Mənasız Şeylər (2009)
Qaralama (2011) (Miksteyp)
Açıq Mikrofon (2013)