Uran - Gecələrimdə Axtarıram

To Rate
Giriş: Uran
Elə qalsın, bu həmin mövzudur
Qoy getsin


Nəqərat
Gecələrimdə axtarır…
Gecələrimdə axtarıram
Olur onu
Gecələrimə baxıram
Oğrun-oğrun

Bənd 1
Yuxum çəkilib ərşə
Kimsə düşərdi təşvişə
Görsəydi ki, bu işə
Neçə kabus qoyub əl

Neçə mahmız vurub, at çapıb dörd nal
Çarpaz qoyub xətt
Necə göz yumub, çap edib dörd bar
Yenə qapaz vurub bəxt

Suallar dolu, qaranlıq yolu, sükutu pozan xəyallar
Narahat dəniz, beyin bir qayıq, dalğalar yazar qayalar
Saxta qayğıdan bezib, hə?! İnsan tək yaşar əzmlə?!
Gündə bir dəfə “sevirəm” eşitməsən gün gələr gözündən!

Yaxın adamlar sayar salamat qalan gününə salavat
Həyat bir sapand kimi, hesabat günü uzanıb salamat
Yataq isidir, fikir quyudur, qələm hirsimi soyudur
Gözüm zillənib tavana, unudub zamanı, yaxşını, yamanı... Ah!

Həyat endşpilində şah, amma heç bilinmir tam
Çün qoyub nişan, alıb hədəf vurdum beşin qəşəng
Vaxtdır, yandır o günə şam, bir sağlıq de möhtəşəm
Gəl ruhlarla dərdləşək bu axşam... Yox əşi

Nəqərat
Gecələrimdə axtarıram
Olur onu
Gecələrimə baxıram
Oğrun-oğrun

Bənd 2
Oyun - gedişat, məğlub - pərişan
Qalib - tərif, şan, ulduz - sayrışan

Pul var, hamı şad
Amma bil ki, o da olmur həmişə
Vəzifə - eyni şey
Eyni sürücü, fərqli sərnişin

Rep vərdişim, rep döyüşüm
Rep qayıdışım, rep dönüşüm
Göydən düşmə bəndlə dərd işim
Edib otaqda gərdişi

Beyin bağına dən düşər
Verər bar toxum, zərnişan
Ağac, ya parazit sarmaşıq
Sanki var zibil, amma yox qaşıq
Həyat səninlə mırtlaşır

Bəzən dörd daşın arası durub yalquzaq, qayıtmaq uzaq
Mən çox yatdım deyən, sağaltmaq məni, ayıltmaq lazım
Yazım maksimum əgər təbim gəlirsə, hərbi əlbisə
O vaxt əynimdə ikən, yazan əlim indi həmin əldirsə

Yollar gizlin həndəsə
Tavan - xəttlər həmləsi
Zaman tələsi, addımbaşı cələsi
Xoşuna gələsi, başına gəlməsə o kəsin

Məni anla, almıram tənəsin
Süzüb Hennessy, sözlə yumub çənəsin
Boş nərəsi təbəqələşir
İlişir, düşür təqaüddə şir

Hey, mənim qərdeşim
Gördüm adamlar mərd, əşi
Üzünü yusun mürdəşir mərdmazarın
O da bir dərd, əşi
Dərd yazarı etməyib ev-eşik

Rep bazarı - bacaran döyüşür
İntizara, enişə öyrəşib
Yox azarın təftişi, məftun oldum səhv işə
Yox əşi, zibil!

Nəqərat
Gecələrimdə axtarıram
Olur onu
Gecələrimə baxıram
Oğrun-oğrun

Comments

More Uran lyrics

Uran - S.V.D.M.
{Skit} SPİD virusu düşüb mənə Mən özüm də bir virus olub düşmüşəm bu həyata Həyatım mənə qarşı immuniteti var – ölüm Mənim isə ölümə qarşı heç bir immunitetim yoxdur

Uran - Sadə Qız
{Skit} Bu repin sözlərinə diqqətlə qulaq asın {Bənd 1} Dayanacaqda dayandı avtobus, mindi bir qız sadə bir qız Sifəti kosmetikasız Dodaqları

Uran - Oğlan Ol
{Keçid} Oğlan ol, hərəkətlərinə fikir ver Əsl oğlanlar üçün bu cəmiyyətdə daima vardır yer Caspian Clan, Uran {Bənd 1} Oğlan var, üzünə tüpürməmiş

Uran - Hörmətlə, Uran
{Nəqarət} Uran yaradacaq yeni qalmaqal Endirəcək zərbələri səhnələrə dalbadal Uran yaradacaq yeni qalmaqal (Caspian Clan, Uranı yığışdırın) {Bənd

Uran - Valideynləri Unutmayaq
{Bənd 1} Onların sevgisi, onların əllərinin istisi Onların şirin səsi, onların isti nəfəsi Ananın laylay nəğməsi, atanın verdiyi məsləhət Çəkdiyi əziyyət, səhvləri görüb

Uran - Qəlbimin Harayı
{Bənd 1} {Uran} Heç bir şey istəmirəm, ayrılıb dünyadan Enim sevgi dənizinə hündür bir qayadan Tapım səni, itirməyim, yetər bu tənhalıq İsit soyuq ürəyimi,

Uran - Repə Qulaq Asın
{Bənd 1} Yolun qırağıyla gedir qaqaş, əlində diplomat İti addımlar avtomat, gözündə linza eynək Əynində qara pencək, qaqa nöqtə köynək Hamıya örnək, mədəni, ağ dəri uşaq

Uran - Həyat Gülməlidir
{Nəqarət} Gülməlidir, nə qədər çox bilsək Səhvə yol versək, məsləhət görsək Gülməlidir, nə qədər istəsək Dünyanı düzəltsək, yenə də daş-kəsək! Gülməlidir

Uran - Açıq Mikrofon
{Bənd 1} {Uran} Zonam Əhmədli, Xəzər, repim nə xəz, nə zər Yan keçsin bədnəzər, qafiyəm qulağı əzər Uranın sorağı gəzər, Virtual arağı süzər Sözüm marağı

Uran - Yenə Də Fırlanır (“Yoxdu Belə Söhbət” Original Soundtrack
{Giriş} A, yeah! Əlini çək, toxunma mənə Qulaq as {1-ci hissə} Nədən deyim? Dediklərim hərfsizsə (Nə, nə?) Hara tuşlayım lüləni nişan

Uran

Uran (tam adı: İbrahim İbrahimov; d. 20 dekabr 1983, Xaçmaz, Azərbaycan SSR, SSRİ) — Azərbaycan repçisi.[1]

Uran müxtəlif dövrdə Diana Hacıyeva və digər sənətkarlar ilə əməkdaşlıq etmişdir.
Həyatı
Uran 1983-ci il dekabr ayının 20-də Xaçmazda dünyaya gəlmişdir. 1996-ci ilin martın 9-da ilk rep mahnısını yazıb. Replə ilk tanışlığı Rusiya repçilərindən başlayıb. Sonrakı illərdə 2Pac və Eminemdən təsirlənib.

Hip-hopda ilk təxəllüsü “Mr Ib” olub. 2001-ci ilin mart ayından M.T.Street qrupunun tərkibində söz yazarı kimi fəaliyyət göstərməyə başlayıb. O, ilk olaraq söz yaza bilməyən repçilərə mahnı mətnləri satmaq fikrində idi. Həmin ilin aprelində qrup “Mənim lomka həyatım” treki ilə Vətən diskotekasında keçirilən yeraltı (ing. underground) festivalda 4-cü yeri tutub. 2001-ci ilin sonunda M.S.Street qrupu dağılır və Mr.Ib müstəqil fəaliyyətini davam etdirir. Həmin ilin oktyabr ayının 19-da Bakı Slavyan Universitetinin akt zalında, universitetin ŞHK-nin təqdimat gecəsində ilk çıxışını edir

2004-cü il yanvarın 11-də “Caspian Clan” rep qrupunun 8-ci üzvü olur. 2004-cü ildə qrup dağılır və repçi ləqəbini “Uran"a dəyişir. 2004-cü il oktyabrın 10-da Space TV-də "Mən Də Varam” telemüsabiqəsinə qatılır. O, telemüsabiqədə ikinci yeri tutur.

2006-cı il fevralın 2-də Uran British Council-in təşəbbüsü ilə “Urban Culture” adı altında keçirilən hip-hop şouda iştirak edir. Daha sonra şəxsi həyatında baş verən problemlərlə əlaqədar repdən bir müddət uzaqlaşır.

2007-ci ilin aprel ayında “Mən Də Varam 3” telemüsabiqəsinə yenidən qatılır və birinci yeri tutur. 2007-ci ilin avqust ayında Uran Azərbaycanın ilk rep leyblı olan “Da Streetz"in tərkibinə daxil olur.

2008-ci il aprel ayının 20-də “Rap Time” adlı radio verilişin aparıcılarından biri olur. Həmin ilin avqust ayında isə ANS ÇM-in keçirdiyi vətənpərvər musiqi müsabiqəsinə “Milli düşüncə və gənclər” mahnısı ilə birinci yerə layiq görülür.

2010-cu il mayın 2-də Bakıda Türkiyə repçisi Cəza ilə birgə konsert verir. 2012-ci il iyunun 28-də Ceza və Uran ikinci dəfə Bakıda, Heydər Əliyev adına İdman Arenasında eyni səhnəni bölüşür.

2013-cü il Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən Fanta Gənclik Festivalın aparıcısı olur.

Uran 2014-cü ilin avqust ayından 2016-cı il fevral ayına qədər Almaniyada yaşayıb.[2]

Şəxsi həyatı
Ailəlidir. Bir qızı var.

Diskoqrafiya
Uranın diskoqrafiyasına 3 studiya albomu və bir miksteyp daxildir.

Studiya albomları
Hörmətlə Uran (2005)
Mənasız Şeylər (2009)
Qaralama (2011) (Miksteyp)
Açıq Mikrofon (2013)