Uran - Dua

Copied!edit Lyrics
original text at lyrnow.com/80447
DUA
#1
Qulağım dolub kir bağlayıb, bağla TVni, kiri!
Kasıb həyatını anlamayan biri uzatmaz fağıra əlin
Mənsəbi məlum, mənbəyi mənfur, məqsədli mamır
Rəhmətliyin nəvəsi, xalqa xidmət edəndə axı nolur?

Savad mayalı xəmirdən yoğrular savadlı, ziyalı
Savadsız qoyduğun komunnadansa gəzməlisən aralı
Nə hüququn bilmir, özü vəzifə xaltasında, sifəti balta!
Az maaş belçün nalça, başçın yastıq - alçaq halda

Aldanma, ayıq ol! Qoyun yerinə qoyulduğun azmış
Azğınlaşmış cəsarət ədalətin həddini, yolunu azmış
Dəmir barmaqlarda saxlanılan həqiqət eşqi bəraətsiz
Etiraz ilanına zəhər verən, onu yaradan şərait - siz!

İnstinkt! Təsirə bərabər pressinq, zəncirə bükülmüş əl
Mübarizə - qandalı əridən, qanı qaynadan birinci təməl
Əriyən dəmir qılınca çevrilər, devrilər “devrimsizlik”
Bunu isə mühit yaradar, bu nə bizlik, nə də ki, sizlik

Nəqarət

Allah kömək ol bizə
Dizimizə qüvvə ver, əzilsək də yıxılmayıb qalaq ayaq üstə
Allah kömək ol bizə
Aşağıları şükürlü et, eyni zamanda ədalətli olsun üstlər
Allah kömək ol bizə
İradəmizi möhkəmlət, çarəsiz insanlar etməsinlər intihar
Allah kömək ol bizə
Sağlam düşüncə ver, sıxıntılar gətirməsin ömürə son bahar

------------

#2
Şeytan yaşadığım ölkədə məskən salıb, halım
Tez-tez dəyişir, nə qədər nifrət paylayar zalım?
İmkanımız olsa, çoxu biri-birini diri-diri yeyər
İmkanımız olsa, birini susdurarıq, qalanları deyər

Əsəbi külək dövrə vurur məmləkətdə zaman boyu
Qaçıb süfrədən bərəkət də, amma insan doymur
Hər şeyin ən yaxşısı, qızılı rəngdə üfunət
Tapıla dəfinə dəfnə aparır acgözü, sonu səfalət

Qusacaq ya övladı, ya özü haram yeyənin
Gözü doymayanın gözü həmişə düşər halal yeyənə
“Ə, haradandır onda pul? Tez alın əlindən!
Hamısı mənim olmalı! Yükləyin onun belindən!”

İlahi, bilmirəm səbr diləyim səndən, yaxud artıq
Vaxtı çatıb - səbr kasasına çox səbr atdıq?
Sülh istəyən azadlıq aşiqinin dərisini duzlayıb
Zəmanə dirənib, sinirlərimi dartıb, tarazalayıb

------
Nəqarət

Allah kömək ol bizə
Dizimizə qüvvə ver, əzilsək də yıxılmayıb qalaq ayaq üstə
Allah kömək ol bizə
Aşağıları şükürlü et, eyni zamanda ədalətli olsun üstlər
Allah kömək ol bizə
İradəmizi möhkəmlət, çarəsiz insanlar etməsinlər intihar
Allah kömək ol bizə
Sağlam düşüncə ver, sıxıntılar gətirməsin ömürə son bahar

------
#3
Yalanı və doğrunu ayıra bilək qaynar qazanda
Kömək et! Ədalət dilə gəlsin onu basdırdığımız məzardan
Kömək et! Övladlarımız, böyüyən yeni nəsil
Etdiyimiz səhvləri etməsin və düşmənə yenilməsin

Savadsıza təhsil, qorxağa cəsarət, kasıba çörək!
Yaradıcı insana ”göz” ver ki, ancaq həqiqəti göstərək!
Kömək et! Ədəbazlığa və avamlığa qalib gələk
Hidayət ver ”haqqın dərgahı” adı ilə gəlməsinlər kələk

Bərabərlik carçılarının acı taleyini şirin et!
Kömək et! Dayaz qazılmış düşüncəni dərin et!
Evdən uzaq düşən atalar evə əliboş dönməsin
Kömək et! Övlad valideynin göz yaşlarını görməsin!

Maddiyatın hakim olduğu bir zəmanədə
İnsanlar imandan qaçmasın, qoy qaçsınlar xəyanətdən
Beyinlərə kömək ol səni axtarsınlar
Mənə də kömək ol Tanrım, kömək etdiklərinin sırasında

-----------
Nəqarət

Allah kömək ol bizə
Dizimizə qüvvə ver, əzilsək də yıxılmayıb qalaq ayaq üstə
Allah kömək ol bizə
Aşağıları şükürlü et, eyni zamanda ədalətli olsun üstlər
Allah kömək ol bizə
İradəmizi möhkəmlət, çarəsiz insanlar etməsinlər intihar
Allah kömək ol bizə
Sağlam düşüncə ver, sıxıntılar gətirməsin ömürə son bahar
 
0

Song Description:

edit soundcloud

SoundCloud:

edit soundcloud

More Uran lyrics

Uran - Xəbərin Yox
{Nəqərat} Bizi ancaq narahat edir Nə ki, evimizin önündə baş verir Uzaqda, qonşuda olanlardan xəbərin yox, xəbərin yox Bizi ancaq narahat edir Nə ki, evimizin

Uran - Kor Zabit 2
{Bənd 1} Balaca oğlan deyil o, artıq böyüyüb olub kişi Çiynində aypara-ulduz, davam edir atadan qalmış işi Kor zabitin nəsihətlərini uşaqlıqdan qulağa edib sırğa Elə

Uran - Azərbaycanım
{Nəqərat} {Uran} Cümlə Azərbaycanım! Gücümdür Azərbaycanım! Könlümdə bir od alovlanır Canımdır Azərbaycanım! {Payam Türk}

Uran - Gecələrimdə Axtarıram
{Giriş: Uran} Elə qalsın, bu həmin mövzudur Qoy getsin {Nəqərat} Gecələrimdə axtarır… Gecələrimdə axtarıram Olur onu Gecələrimə

Uran - S.V.D.M.
{Skit} SPİD virusu düşüb mənə Mən özüm də bir virus olub düşmüşəm bu həyata Həyatım mənə qarşı immuniteti var – ölüm Mənim isə ölümə qarşı heç bir immunitetim yoxdur

Uran - Sadə Qız
{Skit} Bu repin sözlərinə diqqətlə qulaq asın {Bənd 1} Dayanacaqda dayandı avtobus, mindi bir qız sadə bir qız Sifəti kosmetikasız Dodaqları

Uran - Oğlan Ol
{Keçid} Oğlan ol, hərəkətlərinə fikir ver Əsl oğlanlar üçün bu cəmiyyətdə daima vardır yer Caspian Clan, Uran {Bənd 1} Oğlan var, üzünə tüpürməmiş

Uran - Hörmətlə, Uran
{Nəqarət} Uran yaradacaq yeni qalmaqal Endirəcək zərbələri səhnələrə dalbadal Uran yaradacaq yeni qalmaqal (Caspian Clan, Uranı yığışdırın) {Bənd

Uran - Valideynləri Unutmayaq
{Bənd 1} Onların sevgisi, onların əllərinin istisi Onların şirin səsi, onların isti nəfəsi Ananın laylay nəğməsi, atanın verdiyi məsləhət Çəkdiyi əziyyət, səhvləri görüb

Uran - Qəlbimin Harayı
{Bənd 1} {Uran} Heç bir şey istəmirəm, ayrılıb dünyadan Enim sevgi dənizinə hündür bir qayadan Tapım səni, itirməyim, yetər bu tənhalıq İsit soyuq ürəyimi,

YouTube

edit video

Uran

Uran
edit foto

Biography

edit bio
Uran (tam adı: İbrahim İbrahimov; d. 20 dekabr 1983, Xaçmaz, Azərbaycan SSR, SSRİ) — Azərbaycan repçisi.[1]

Uran müxtəlif dövrdə Diana Hacıyeva və digər sənətkarlar ilə əməkdaşlıq etmişdir.
Həyatı
Uran 1983-ci il dekabr ayının 20-də Xaçmazda dünyaya gəlmişdir. 1996-ci ilin martın 9-da ilk rep mahnısını yazıb. Replə ilk tanışlığı Rusiya repçilərindən başlayıb. Sonrakı illərdə 2Pac və Eminemdən təsirlənib.

Hip-hopda ilk təxəllüsü “Mr Ib” olub. 2001-ci ilin mart ayından M.T.Street qrupunun tərkibində söz yazarı kimi fəaliyyət göstərməyə başlayıb. O, ilk olaraq söz yaza bilməyən repçilərə mahnı mətnləri satmaq fikrində idi. Həmin ilin aprelində qrup “Mənim lomka həyatım” treki ilə Vətən diskotekasında keçirilən yeraltı (ing. underground) festivalda 4-cü yeri tutub. 2001-ci ilin sonunda M.S.Street qrupu dağılır və Mr.Ib müstəqil fəaliyyətini davam etdirir. Həmin ilin oktyabr ayının 19-da Bakı Slavyan Universitetinin akt zalında, universitetin ŞHK-nin təqdimat gecəsində ilk çıxışını edir

2004-cü il yanvarın 11-də “Caspian Clan” rep qrupunun 8-ci üzvü olur. 2004-cü ildə qrup dağılır və repçi ləqəbini “Uran"a dəyişir. 2004-cü il oktyabrın 10-da Space TV-də "Mən Də Varam” telemüsabiqəsinə qatılır. O, telemüsabiqədə ikinci yeri tutur.

2006-cı il fevralın 2-də Uran British Council-in təşəbbüsü ilə “Urban Culture” adı altında keçirilən hip-hop şouda iştirak edir. Daha sonra şəxsi həyatında baş verən problemlərlə əlaqədar repdən bir müddət uzaqlaşır.

2007-ci ilin aprel ayında “Mən Də Varam 3” telemüsabiqəsinə yenidən qatılır və birinci yeri tutur. 2007-ci ilin avqust ayında Uran Azərbaycanın ilk rep leyblı olan “Da Streetz"in tərkibinə daxil olur.

2008-ci il aprel ayının 20-də “Rap Time” adlı radio verilişin aparıcılarından biri olur. Həmin ilin avqust ayında isə ANS ÇM-in keçirdiyi vətənpərvər musiqi müsabiqəsinə “Milli düşüncə və gənclər” mahnısı ilə birinci yerə layiq görülür.

2010-cu il mayın 2-də Bakıda Türkiyə repçisi Cəza ilə birgə konsert verir. 2012-ci il iyunun 28-də Ceza və Uran ikinci dəfə Bakıda, Heydər Əliyev adına İdman Arenasında eyni səhnəni bölüşür.

2013-cü il Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən Fanta Gənclik Festivalın aparıcısı olur.

Uran 2014-cü ilin avqust ayından 2016-cı il fevral ayına qədər Almaniyada yaşayıb.[2]

Şəxsi həyatı
Ailəlidir. Bir qızı var.

Diskoqrafiya
Uranın diskoqrafiyasına 3 studiya albomu və bir miksteyp daxildir.

Studiya albomları
Hörmətlə Uran (2005)
Mənasız Şeylər (2009)
Qaralama (2011) (Miksteyp)
Açıq Mikrofon (2013)