Uran - Musiqi

To Rate
Giriş
Bu… Bu, musiqidir
Bunu izah etmək olmur
Bu, sadəcə, musiqidir
Getdik, ah

Bənd 1
Heç kəs lazım deyil, qapını bağlamışam
Daha sınama məni, həyat, ağıllanmışam
Görünən odur deyən çox yandım odunda
Fərqli qadınlar, pul-imkan badına
Mənimsə imdadıma çatanın bir adı var
O həmişəlikdir, sonu yoxdur, ardı var
O şəffaf olsa da, elə bil ki, nərdivan
Musiqidir adı - canlanır hər divar

Tək qalanda depressiya alanda ağuşuna
Dərd qanadları bitişəndə tale quşuna
Cansız butulka boşalıb alanda huşumu
Səslənən notun titrəyişindən dağılışırlar

Məndən soruşma necə, axı bu şüuraltı
Eşitdin, əks etdi ifadə, sözlər zühur oldu
Döl, rüşeym, insan. Ruh baş-beyin təması
Hər ömür yeni mövzu, hər ömür yeni timsal

Nəqərat
Əvvəlin görmür, sonrasın görmür
Əlləri yoxdur, tarazı birmi bunun?
İzahını axtar, izahı var altda
Mənası sabit, mənası birmi bunun?

Bənd 2
Boşluq. Qaranlıq. Səssizlik. Çarəsiz
Qərar qəbulundan yorğun beyin idarəsi
Cavabdehliyi qarğış kimi görən bir bəndə
Özü özünü anlamır deyə, özü özünə düşməndir
Hər şeyin “niyəsi” olmur. Hər şeyi tərəziyə qoyma!
Hər şeydə yox ”işarə”. Hər qərarı tələsik alma
Hər qiymətdə axtarma ədalət balansını
Zərif çatı düzəldən yerdə birdən hər şey tamam sınır!

Çökən divardır, amma bünövrə sağ qalır
Bunu anlamayan illərlə sarar yaraya sarğını
İtirib marağını sülənir qaranlıq dəhlizdə
Elə bil fərqli sahilləri dolanıb bir dənizdə

Bu zaman musiqi dalğası qaldırır ərşə
Ləpələrin qoynunda buludlarla görüşüb
Xilaskarın karına çatır, sanki ”Arazbarı”nı
Üzeyir yazıb verir sənə ömürlük könül yarını!

Nəqərat
Əvvəlin görmür, sonrasın görmür
Əlləri yoxdur, tarazı birmi bunun?
İzahını axtar, izahı var altda
Mənası sabit, mənası birmi bunun?
Mənası birmi bunun?

Comments

More Uran lyrics

Uran - Get
{Giriş} Hm yeah Get {Bənd 1} Çalışıram tutum axarı Aşağıdan birbaşa üzüyuxarı Harada diribaş olan baş çıxarır İşləyib nəyi var, axıdıb

Uran - Qazi
{Giriş} Yenə yuxuda qayıtdı ötən günə Səfərə çıxan hərbi kalon Öndə gözləyər döyüş onu Partlayış olar, pusqu birdən Heyətlər alar mövqe Yerdə Qanla

Uran - Söylə
{Giriş} Əvvəl yaz, sonra poz Əvvəl ağ, sonra boz Əvvəl qum, sonra toz Bax belə dəyişir istək Əvvəl al, sonra qur Əvvəl öp, sonra vur Əvvəl sus,

Uran - Rəssam Qız
{Giriş} Ah, eşidirsən məni? ‘’Okay’’, onda qulaq as {Bənd 1} Hey Qaranlıq dünyama işıq saçan Bilmədim, sənə mən vuruldum haçan Qəlb

Uran - Tam səmimi
{Verse: Uran} Yaşamaq üçün yeməlisən, yemək üçün qazanmalı Qazanmaq üçün işləməli, qazana qazandığın malı atmalı Məntiqi xətti uzatmalı, müəyyən bir nöqtəyə çatmalı Ya

Uran - Nə Qalacaq?
{Giriş: Uran} Aha Gəlib, gəlib o ’’момент’’ çatır ki insan həyatında Özünə sual verirsən: Nə qalacaq məndən sonra? Nə qalacaq səndən sonra? Get...

Uran - Qadınlar
{Bənd 1} Birisi bu tərəfə, o biri o birinə Birisi üzdə üzür, o birisi dərinə Birinə beyin lazım, birinə bədənin Birisi gətirəndir, birisi gedənin Birisi belə

Uran - Dua
DUA #1 Qulağım dolub kir bağlayıb, bağla TVni, kiri! Kasıb həyatını anlamayan biri uzatmaz fağıra əlin Mənsəbi məlum, mənbəyi mənfur, məqsədli mamır Rəhmətliyin nəvəsi, xalqa

Uran - Xəbərin Yox
{Nəqərat} Bizi ancaq narahat edir Nə ki, evimizin önündə baş verir Uzaqda, qonşuda olanlardan xəbərin yox, xəbərin yox Bizi ancaq narahat edir Nə ki, evimizin

Uran - Kor Zabit 2
{Bənd 1} Balaca oğlan deyil o, artıq böyüyüb olub kişi Çiynində aypara-ulduz, davam edir atadan qalmış işi Kor zabitin nəsihətlərini uşaqlıqdan qulağa edib sırğa Elə

Uran

Uran (tam adı: İbrahim İbrahimov; d. 20 dekabr 1983, Xaçmaz, Azərbaycan SSR, SSRİ) — Azərbaycan repçisi.[1]

Uran müxtəlif dövrdə Diana Hacıyeva və digər sənətkarlar ilə əməkdaşlıq etmişdir.
Həyatı
Uran 1983-ci il dekabr ayının 20-də Xaçmazda dünyaya gəlmişdir. 1996-ci ilin martın 9-da ilk rep mahnısını yazıb. Replə ilk tanışlığı Rusiya repçilərindən başlayıb. Sonrakı illərdə 2Pac və Eminemdən təsirlənib.

Hip-hopda ilk təxəllüsü “Mr Ib” olub. 2001-ci ilin mart ayından M.T.Street qrupunun tərkibində söz yazarı kimi fəaliyyət göstərməyə başlayıb. O, ilk olaraq söz yaza bilməyən repçilərə mahnı mətnləri satmaq fikrində idi. Həmin ilin aprelində qrup “Mənim lomka həyatım” treki ilə Vətən diskotekasında keçirilən yeraltı (ing. underground) festivalda 4-cü yeri tutub. 2001-ci ilin sonunda M.S.Street qrupu dağılır və Mr.Ib müstəqil fəaliyyətini davam etdirir. Həmin ilin oktyabr ayının 19-da Bakı Slavyan Universitetinin akt zalında, universitetin ŞHK-nin təqdimat gecəsində ilk çıxışını edir

2004-cü il yanvarın 11-də “Caspian Clan” rep qrupunun 8-ci üzvü olur. 2004-cü ildə qrup dağılır və repçi ləqəbini “Uran"a dəyişir. 2004-cü il oktyabrın 10-da Space TV-də "Mən Də Varam” telemüsabiqəsinə qatılır. O, telemüsabiqədə ikinci yeri tutur.

2006-cı il fevralın 2-də Uran British Council-in təşəbbüsü ilə “Urban Culture” adı altında keçirilən hip-hop şouda iştirak edir. Daha sonra şəxsi həyatında baş verən problemlərlə əlaqədar repdən bir müddət uzaqlaşır.

2007-ci ilin aprel ayında “Mən Də Varam 3” telemüsabiqəsinə yenidən qatılır və birinci yeri tutur. 2007-ci ilin avqust ayında Uran Azərbaycanın ilk rep leyblı olan “Da Streetz"in tərkibinə daxil olur.

2008-ci il aprel ayının 20-də “Rap Time” adlı radio verilişin aparıcılarından biri olur. Həmin ilin avqust ayında isə ANS ÇM-in keçirdiyi vətənpərvər musiqi müsabiqəsinə “Milli düşüncə və gənclər” mahnısı ilə birinci yerə layiq görülür.

2010-cu il mayın 2-də Bakıda Türkiyə repçisi Cəza ilə birgə konsert verir. 2012-ci il iyunun 28-də Ceza və Uran ikinci dəfə Bakıda, Heydər Əliyev adına İdman Arenasında eyni səhnəni bölüşür.

2013-cü il Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən Fanta Gənclik Festivalın aparıcısı olur.

Uran 2014-cü ilin avqust ayından 2016-cı il fevral ayına qədər Almaniyada yaşayıb.[2]

Şəxsi həyatı
Ailəlidir. Bir qızı var.

Diskoqrafiya
Uranın diskoqrafiyasına 3 studiya albomu və bir miksteyp daxildir.

Studiya albomları
Hörmətlə Uran (2005)
Mənasız Şeylər (2009)
Qaralama (2011) (Miksteyp)
Açıq Mikrofon (2013)