Uran - Xəbərin Yox

To Rate
Nəqərat
Bizi ancaq narahat edir
Nə ki, evimizin önündə baş verir
Uzaqda, qonşuda olanlardan xəbərin yox, xəbərin yox

Bizi ancaq narahat edir
Nə ki, evimizin önündə baş verir
Uzaqda, qonşuda olanlardan xəbərin yox, xəbərin yox

Bənd 1
Bir planet, bir nəfəs, bir həyat
Bir yaranış, bir qəfəs, bir səyyah
Tək arzularla yaşayan cümlələr
Tək insanlarla yollanar kölgələr

Fərqli taleh, ayrı ömürlər
Ömür var ömürboyu ömür gəmirər
Ömür var - könüllər qırar zalım
Ömür var - qismət məzar naməlum

Cəza var cinayət cildində
Fəza var düşüncələr dilində
Qəza olar, əllər qana bulaşar
Dövran pisləşər, ara qarışar

Ocaqlar sönər dönər xeyir yoldan
Tamah baş sındırar əyər yoldan
Göz qapanar, beyin qonar qabına
İzlər yetişər, yapışar dabana!
Nəqərat
Bizi ancaq narahat edir
Nə ki, evimizin önündə baş verir
Uzaqda, qonşuda olanlardan xəbərin yox, xəbərin yox

Bizi ancaq narahat edir
Nə ki, evimizin önündə baş verir
Uzaqda, qonşuda olanlardan xəbərin yox, xəbərin yox

Bənd 2
Dünya göstərər balaca qutular
Qutular dalında idarəçi oturar
Diqtələr, mesaj, əmrlər ötürər
Beyin çönər, gənclər silah götürər

Kimə sərf edər tayın səhv geyər
Nifrət etiraz sərgisin sərgilər
Dərc edər qanunlar toplusu ki
Toplumdan öz xeyrini toplasın

Toplumsa cəm halda bir fərd
Kənarda izləmək deyil dərd
Qonşun içib gəlib qışqırır
TV-də sevimli verlişin başlayır

Pəncərəndə pərdə, qapında qıfıl
Qonşu ilə nə işin, yerinə qaxıl
Səs ver imdad səsi boğulsun
Və beləcə yeni nəsillər doğulsun!

Nəqərat
Bizi ancaq narahat edir
Nə ki, evimizin önündə baş verir
Uzaqda, qonşuda olanlardan xəbərin yox, xəbərin yox

Bizi ancaq narahat edir
Nə ki, evimizin önündə baş verir
Uzaqda, qonşuda olanlardan xəbərin yox, xəbərin yox

Comments

More Uran lyrics

Uran - Kor Zabit 2
{Bənd 1} Balaca oğlan deyil o, artıq böyüyüb olub kişi Çiynində aypara-ulduz, davam edir atadan qalmış işi Kor zabitin nəsihətlərini uşaqlıqdan qulağa edib sırğa Elə

Uran - Azərbaycanım
{Nəqərat} {Uran} Cümlə Azərbaycanım! Gücümdür Azərbaycanım! Könlümdə bir od alovlanır Canımdır Azərbaycanım! {Payam Türk}

Uran - Gecələrimdə Axtarıram
{Giriş: Uran} Elə qalsın, bu həmin mövzudur Qoy getsin {Nəqərat} Gecələrimdə axtarır… Gecələrimdə axtarıram Olur onu Gecələrimə

Uran - S.V.D.M.
{Skit} SPİD virusu düşüb mənə Mən özüm də bir virus olub düşmüşəm bu həyata Həyatım mənə qarşı immuniteti var – ölüm Mənim isə ölümə qarşı heç bir immunitetim yoxdur

Uran - Sadə Qız
{Skit} Bu repin sözlərinə diqqətlə qulaq asın {Bənd 1} Dayanacaqda dayandı avtobus, mindi bir qız sadə bir qız Sifəti kosmetikasız Dodaqları

Uran - Oğlan Ol
{Keçid} Oğlan ol, hərəkətlərinə fikir ver Əsl oğlanlar üçün bu cəmiyyətdə daima vardır yer Caspian Clan, Uran {Bənd 1} Oğlan var, üzünə tüpürməmiş

Uran - Hörmətlə, Uran
{Nəqarət} Uran yaradacaq yeni qalmaqal Endirəcək zərbələri səhnələrə dalbadal Uran yaradacaq yeni qalmaqal (Caspian Clan, Uranı yığışdırın) {Bənd

Uran - Valideynləri Unutmayaq
{Bənd 1} Onların sevgisi, onların əllərinin istisi Onların şirin səsi, onların isti nəfəsi Ananın laylay nəğməsi, atanın verdiyi məsləhət Çəkdiyi əziyyət, səhvləri görüb

Uran - Qəlbimin Harayı
{Bənd 1} {Uran} Heç bir şey istəmirəm, ayrılıb dünyadan Enim sevgi dənizinə hündür bir qayadan Tapım səni, itirməyim, yetər bu tənhalıq İsit soyuq ürəyimi,

Uran - Repə Qulaq Asın
{Bənd 1} Yolun qırağıyla gedir qaqaş, əlində diplomat İti addımlar avtomat, gözündə linza eynək Əynində qara pencək, qaqa nöqtə köynək Hamıya örnək, mədəni, ağ dəri uşaq

Uran

Uran (tam adı: İbrahim İbrahimov; d. 20 dekabr 1983, Xaçmaz, Azərbaycan SSR, SSRİ) — Azərbaycan repçisi.[1]

Uran müxtəlif dövrdə Diana Hacıyeva və digər sənətkarlar ilə əməkdaşlıq etmişdir.
Həyatı
Uran 1983-ci il dekabr ayının 20-də Xaçmazda dünyaya gəlmişdir. 1996-ci ilin martın 9-da ilk rep mahnısını yazıb. Replə ilk tanışlığı Rusiya repçilərindən başlayıb. Sonrakı illərdə 2Pac və Eminemdən təsirlənib.

Hip-hopda ilk təxəllüsü “Mr Ib” olub. 2001-ci ilin mart ayından M.T.Street qrupunun tərkibində söz yazarı kimi fəaliyyət göstərməyə başlayıb. O, ilk olaraq söz yaza bilməyən repçilərə mahnı mətnləri satmaq fikrində idi. Həmin ilin aprelində qrup “Mənim lomka həyatım” treki ilə Vətən diskotekasında keçirilən yeraltı (ing. underground) festivalda 4-cü yeri tutub. 2001-ci ilin sonunda M.S.Street qrupu dağılır və Mr.Ib müstəqil fəaliyyətini davam etdirir. Həmin ilin oktyabr ayının 19-da Bakı Slavyan Universitetinin akt zalında, universitetin ŞHK-nin təqdimat gecəsində ilk çıxışını edir

2004-cü il yanvarın 11-də “Caspian Clan” rep qrupunun 8-ci üzvü olur. 2004-cü ildə qrup dağılır və repçi ləqəbini “Uran"a dəyişir. 2004-cü il oktyabrın 10-da Space TV-də "Mən Də Varam” telemüsabiqəsinə qatılır. O, telemüsabiqədə ikinci yeri tutur.

2006-cı il fevralın 2-də Uran British Council-in təşəbbüsü ilə “Urban Culture” adı altında keçirilən hip-hop şouda iştirak edir. Daha sonra şəxsi həyatında baş verən problemlərlə əlaqədar repdən bir müddət uzaqlaşır.

2007-ci ilin aprel ayında “Mən Də Varam 3” telemüsabiqəsinə yenidən qatılır və birinci yeri tutur. 2007-ci ilin avqust ayında Uran Azərbaycanın ilk rep leyblı olan “Da Streetz"in tərkibinə daxil olur.

2008-ci il aprel ayının 20-də “Rap Time” adlı radio verilişin aparıcılarından biri olur. Həmin ilin avqust ayında isə ANS ÇM-in keçirdiyi vətənpərvər musiqi müsabiqəsinə “Milli düşüncə və gənclər” mahnısı ilə birinci yerə layiq görülür.

2010-cu il mayın 2-də Bakıda Türkiyə repçisi Cəza ilə birgə konsert verir. 2012-ci il iyunun 28-də Ceza və Uran ikinci dəfə Bakıda, Heydər Əliyev adına İdman Arenasında eyni səhnəni bölüşür.

2013-cü il Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən Fanta Gənclik Festivalın aparıcısı olur.

Uran 2014-cü ilin avqust ayından 2016-cı il fevral ayına qədər Almaniyada yaşayıb.[2]

Şəxsi həyatı
Ailəlidir. Bir qızı var.

Diskoqrafiya
Uranın diskoqrafiyasına 3 studiya albomu və bir miksteyp daxildir.

Studiya albomları
Hörmətlə Uran (2005)
Mənasız Şeylər (2009)
Qaralama (2011) (Miksteyp)
Açıq Mikrofon (2013)