★ Giriş ★ Ah, eşidirsən məni? ‘’Okay’’, onda qulaq as
★ Bənd 1 ★ Hey Qaranlıq dünyama işıq saçan Bilmədim, sənə mən vuruldum haçan Qəlb qapısına doğru çoxdur qaçan Amma hər dəfə yenə də qırılır açar
Qəlbim uçur, qanadsız uçur İncə əlində ehmalca dönəndə fırça İlham pərisi şairin ehtiyacı Ürək söz dolu, lakin eşqçün acdır
Gələcəyi görməkçün keçmişə bax Gör hansı yollardan keçmişəm, bax Bu gün sərxoşam, bir az içmişəm, bax Etirafa uğurlu seçmişəm vaxt
Soyuqdur ürəyimə dörd divarda Arada yaz - sözünün istisi vardır Səninlə nəğmə, sənsiz ahu-zardır Hekayəmizi yazan anonim bir yazardır ★ Nəqərat ★ Rəssam qız (rəssam qız) Sənin çəkdiyin heç bir əsərdə yoxam Baxsan, qız (baxsan, qız) Mənim də yazılarımda sən yoxsan Yazsam, qız (əgər cəhd etsəm) Fırçanın, qələmin sehrində iki insan biz İnan, hər şey asan, qız (asan, qız)
★ Bənd 2 ★ Hey Deyirsən ki, sevgim çox kobuddur Axı onun keçmişi əzablı olubdur Nakam məhəbbət amansız tilovdur Tələsinə düşən çarəsiz girovdur
İndi “gangster love”dır! Bu, “gangster love”dır! Həyatımda yeni mərhələ, bir sınaqdır Yolun yarısı qaradır, yarısı ağdır Bu ‘’time’’ bitib, oyunun yarısı qaldı
Sənsiz darısqaldır küləklər şəhəri Sənsiz küləksiz Bakı kimi birtəhərəm Qız, gəl, mövzum ol, gəl, obrazım ol Necə rəssama rəng kimi, mənə lazım bu Ağ vərəq qidalanır mürəkkəblə Mənə sevgi gərək, demə, mürəkkəbdir Səninlə soyuq bədənə ürək gəldi Ruhsuz cismin axırı necə, gərək, bəlli
Gəl sənə danışım öz dünyamdan Geridə buraxdığım izdihamdan Sən isə gülümsəyib rəsmini çək Mən də edim təsvirin vəsfin gerçək
★ Nəqərat ★ Rəssam qız (rəssam qız) Sənin çəkdiyin heç bir əsərdə yoxam Baxsan, qız (baxsan, qız) Mənim də yazılarımda sən yoxsan Yazsam, qız (yazsam, qız) Fırçanın, qələmin sehrində iki insan biz (iki nəfər) İnan, hər şey asan, qız (çox asandır, bax)
Rəssam qız (rəssam qız) Sənin çəkdiyin heç bir əsərdə yoxam Baxsan, qız Elə mənim də yazılarımda sən yoxsan Yazsam, qız (yazsam, qız) Fırçanın, qələmin sehrində iki insan biz (iki nəfər) İnan, hər şey asan, qız (rəssam qız) Rəssam qız Asan, qız İnan ki, bu, asan, qız İnan ki, ciyər
Uran - Tam səmimi {Verse: Uran} Yaşamaq üçün yeməlisən, yemək üçün qazanmalı Qazanmaq üçün işləməli, qazana qazandığın malı atmalı Məntiqi xətti uzatmalı, müəyyən bir nöqtəyə çatmalı Ya
Uran - Nə Qalacaq? {Giriş: Uran} Aha Gəlib, gəlib o ’’момент’’ çatır ki insan həyatında Özünə sual verirsən: Nə qalacaq məndən sonra? Nə qalacaq səndən sonra? Get...
Uran - Qadınlar {Bənd 1} Birisi bu tərəfə, o biri o birinə Birisi üzdə üzür, o birisi dərinə Birinə beyin lazım, birinə bədənin Birisi gətirəndir, birisi gedənin Birisi belə
Uran - Dua DUA #1 Qulağım dolub kir bağlayıb, bağla TVni, kiri! Kasıb həyatını anlamayan biri uzatmaz fağıra əlin Mənsəbi məlum, mənbəyi mənfur, məqsədli mamır Rəhmətliyin nəvəsi, xalqa
Uran - Xəbərin Yox {Nəqərat} Bizi ancaq narahat edir Nə ki, evimizin önündə baş verir Uzaqda, qonşuda olanlardan xəbərin yox, xəbərin yox Bizi ancaq narahat edir Nə ki, evimizin
Uran - Kor Zabit 2 {Bənd 1} Balaca oğlan deyil o, artıq böyüyüb olub kişi Çiynində aypara-ulduz, davam edir atadan qalmış işi Kor zabitin nəsihətlərini uşaqlıqdan qulağa edib sırğa Elə
Uran - Azərbaycanım {Nəqərat} {Uran} Cümlə Azərbaycanım! Gücümdür Azərbaycanım! Könlümdə bir od alovlanır Canımdır Azərbaycanım! {Payam Türk}
Uran - Gecələrimdə Axtarıram {Giriş: Uran} Elə qalsın, bu həmin mövzudur Qoy getsin {Nəqərat} Gecələrimdə axtarır… Gecələrimdə axtarıram Olur onu Gecələrimə
Uran - S.V.D.M. {Skit} SPİD virusu düşüb mənə Mən özüm də bir virus olub düşmüşəm bu həyata Həyatım mənə qarşı immuniteti var – ölüm Mənim isə ölümə qarşı heç bir immunitetim yoxdur
Uran - Sadə Qız {Skit} Bu repin sözlərinə diqqətlə qulaq asın {Bənd 1} Dayanacaqda dayandı avtobus, mindi bir qız sadə bir qız Sifəti kosmetikasız Dodaqları
Uran
Uran (tam adı: İbrahim İbrahimov; d. 20 dekabr 1983, Xaçmaz, Azərbaycan SSR, SSRİ) — Azərbaycan repçisi.[1]
Uran müxtəlif dövrdə Diana Hacıyeva və digər sənətkarlar ilə əməkdaşlıq etmişdir. Həyatı Uran 1983-ci il dekabr ayının 20-də Xaçmazda dünyaya gəlmişdir. 1996-ci ilin martın 9-da ilk rep mahnısını yazıb. Replə ilk tanışlığı Rusiya repçilərindən başlayıb. Sonrakı illərdə 2Pac və Eminemdən təsirlənib.
Hip-hopda ilk təxəllüsü “Mr Ib” olub. 2001-ci ilin mart ayından M.T.Street qrupunun tərkibində söz yazarı kimi fəaliyyət göstərməyə başlayıb. O, ilk olaraq söz yaza bilməyən repçilərə mahnı mətnləri satmaq fikrində idi. Həmin ilin aprelində qrup “Mənim lomka həyatım” treki ilə Vətən diskotekasında keçirilən yeraltı (ing. underground) festivalda 4-cü yeri tutub. 2001-ci ilin sonunda M.S.Street qrupu dağılır və Mr.Ib müstəqil fəaliyyətini davam etdirir. Həmin ilin oktyabr ayının 19-da Bakı Slavyan Universitetinin akt zalında, universitetin ŞHK-nin təqdimat gecəsində ilk çıxışını edir
2004-cü il yanvarın 11-də “Caspian Clan” rep qrupunun 8-ci üzvü olur. 2004-cü ildə qrup dağılır və repçi ləqəbini “Uran"a dəyişir. 2004-cü il oktyabrın 10-da Space TV-də "Mən Də Varam” telemüsabiqəsinə qatılır. O, telemüsabiqədə ikinci yeri tutur.
2006-cı il fevralın 2-də Uran British Council-in təşəbbüsü ilə “Urban Culture” adı altında keçirilən hip-hop şouda iştirak edir. Daha sonra şəxsi həyatında baş verən problemlərlə əlaqədar repdən bir müddət uzaqlaşır.
2007-ci ilin aprel ayında “Mən Də Varam 3” telemüsabiqəsinə yenidən qatılır və birinci yeri tutur. 2007-ci ilin avqust ayında Uran Azərbaycanın ilk rep leyblı olan “Da Streetz"in tərkibinə daxil olur.
2008-ci il aprel ayının 20-də “Rap Time” adlı radio verilişin aparıcılarından biri olur. Həmin ilin avqust ayında isə ANS ÇM-in keçirdiyi vətənpərvər musiqi müsabiqəsinə “Milli düşüncə və gənclər” mahnısı ilə birinci yerə layiq görülür.
2010-cu il mayın 2-də Bakıda Türkiyə repçisi Cəza ilə birgə konsert verir. 2012-ci il iyunun 28-də Ceza və Uran ikinci dəfə Bakıda, Heydər Əliyev adına İdman Arenasında eyni səhnəni bölüşür.
2013-cü il Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən Fanta Gənclik Festivalın aparıcısı olur.
Uran 2014-cü ilin avqust ayından 2016-cı il fevral ayına qədər Almaniyada yaşayıb.[2]
Şəxsi həyatı Ailəlidir. Bir qızı var.
Diskoqrafiya Uranın diskoqrafiyasına 3 studiya albomu və bir miksteyp daxildir.
Studiya albomları Hörmətlə Uran (2005) Mənasız Şeylər (2009) Qaralama (2011) (Miksteyp) Açıq Mikrofon (2013)