Allow cookies in your browser

Uran - Tam səmimi Lyrics | LYRNOW.COM Lyrics

Uran - Tam səmimi

To Rate
Verse: Uran
Yaşamaq üçün yeməlisən, yemək üçün qazanmalı
Qazanmaq üçün işləməli, qazana qazandığın malı atmalı
Məntiqi xətti uzatmalı, müəyyən bir nöqtəyə çatmalı
Ya xəstəlikdən, ya da sağ-salamat ölüb torpağa batmalı
Bunları gözəl öyrətdi mənə həyat, gördüklərimlə
Müqayisə etməyə çalışdım bildiklərimi öyrəndiklərimlə
Nəticə bilirsiniz necə oldu?
Bir şey üçün mübarizə, bəzən həmin şeyə nail olmaqdan daha vacib bizə
Valideynlərim mənim, istədiyiniz nümunəvi oğul olmadım
Siz məni ayrı tərəfə yönəltdiniz, mən o tərəfdə qalmadım
Neçə yuxusuz gecə, əsəb, narahat anlar mənə görə
Tərsliyim, uğur, yaradıcılıq məni görər
Bilirəm necə əziyyət çəkirdiniz, çəkdiyim əziyyətdən
Realist, optimistəm, atam-anam, çıxacağam vəziyyətdən
Enişli-yoxuşlu yolda girov, gah ovçu, gah ov
Gah zabit-leytanant, gah növbə rəisi İbrahimov. (Həri!)

Nəqarət: Uran
Bu həyat uğrunda inan ki, mübarizə aparmağa dəyər
Kim nə götürər onu görər
Yerə, göyə sığmayan arzular aparır irəli, sərxoşam
Mən rep üçün doğulmuşam

Verse: Uran
Rep ya mənim taleyim, ya da həyatımın qarğışıdır
İnanın çıxışdan mənə qalan çox vaxt pul yox, dinləyici alqışıdır
Qəribəsi budur ki, yazmağı mənə valideynlərim öyrətdi
Heç bilməzdim ilk sətrimi yazandan sakitliyim itdi
Və mən qədəm qoydum söz, cümlə, mövzu mədəninə
Ürəyimi qidalandıran kağızlar qida atmırdı mədəmə
Quru bəy kimi dolaşırdım küçələri
Neçələri yerimdə olmaq istərdi, yanımda olmaq istərdi neçələri
Evdə gündə deyirdilər: “Repdə gəlir yoxdur, gözləmə
Birazdan yaş otuzlara keçəcək. İş tap özünə”
Ailə-məişət problemləri, övlad bunlar ayrı təzyiq
Doğurdan, bəlkə, bəsdir yazdıq, dedik, çıxış etdik, gəzdik
Mənasız şeylər dəftəri bəlkə mənasız uçuruma aparır
Bəlkə hələ qabaqdadır qara günlərimin çaparı?
Saniyələr gedir ömürdən, gözünü açırsan itir illər
Biz isə hələ də səhnəyə doğru qalxırıq Master-T ilə (Həri!)
Nəqarət: Uran
Bu həyat uğrunda inan ki, mübarizə aparmağa dəyər
Kim nə götürər onu görər
Yerə, göyə sığmayan arzular aparır irəli, sərxoşam
Mən rep üçün doğulmuşam

Verse: Uran
Təsəvvür edəndə rep, anbar, klan olmasaydı
Harada və kim olardım mən, fələk öz bildiyin saydı
Altıncı sinifdə şeir yazmasaydım, bəlkə olar sadə
Bu mürəkkəb həyatda özümü necə edərdim ifadə?
Hərbçi qalıb top atardım, futbolçu olub top qovardım
Ya ofisdə oturardım, həkim olub şiş tapıb, qoparardım/
Bəlkə siyasətçi-biznesmən olub pul qazanardım
Ya rüşvətxor, əzazil gündüz yığardım, gecə uzanardım
Bəlkə kələk kimilər bitməyib, demirəm belə pisdir
Nəqliyyat, avtobus, metro. Nə olsun kimdəsə CL-S-dir?
Sеvdiyim balam var, güvəndiyim qardaşlar
Ətrafım, atam-anam, Kənan, Rüstəm. Şükür bəsdir bu ətrafa
Nə olsun efirə çıxıram torpaqların işğalı günü?
Bir konsert, dörd klip, CD. Əsas budur xoşhallı gülüş üzdə
Və biz də istədiymizi qazanmasaq da, yaşayırıq inadkar mübarizəmizlə, musiqimizlə (Həri!)

Nəqarət: Uran
Bu həyat uğrunda inan ki, mübarizə aparmağa dəyər
Kim nə götürər onu görər
Yerə, göyə sığmayan arzular aparır irəli, sərxoşam
Mən rеp üçün doğulmuşam

Comments

More Uran lyrics

Uran - Nə Qalacaq?
{Giriş: Uran} Aha Gəlib, gəlib o ’’момент’’ çatır ki insan həyatında Özünə sual verirsən: Nə qalacaq məndən sonra? Nə qalacaq səndən sonra? Get...

Uran - Qadınlar
{Bənd 1} Birisi bu tərəfə, o biri o birinə Birisi üzdə üzür, o birisi dərinə Birinə beyin lazım, birinə bədənin Birisi gətirəndir, birisi gedənin Birisi belə

Uran - Dua
DUA #1 Qulağım dolub kir bağlayıb, bağla TVni, kiri! Kasıb həyatını anlamayan biri uzatmaz fağıra əlin Mənsəbi məlum, mənbəyi mənfur, məqsədli mamır Rəhmətliyin nəvəsi, xalqa

Uran - Xəbərin Yox
{Nəqərat} Bizi ancaq narahat edir Nə ki, evimizin önündə baş verir Uzaqda, qonşuda olanlardan xəbərin yox, xəbərin yox Bizi ancaq narahat edir Nə ki, evimizin

Uran - Kor Zabit 2
{Bənd 1} Balaca oğlan deyil o, artıq böyüyüb olub kişi Çiynində aypara-ulduz, davam edir atadan qalmış işi Kor zabitin nəsihətlərini uşaqlıqdan qulağa edib sırğa Elə

Uran - Azərbaycanım
{Nəqərat} {Uran} Cümlə Azərbaycanım! Gücümdür Azərbaycanım! Könlümdə bir od alovlanır Canımdır Azərbaycanım! {Payam Türk}

Uran - Gecələrimdə Axtarıram
{Giriş: Uran} Elə qalsın, bu həmin mövzudur Qoy getsin {Nəqərat} Gecələrimdə axtarır… Gecələrimdə axtarıram Olur onu Gecələrimə

Uran - S.V.D.M.
{Skit} SPİD virusu düşüb mənə Mən özüm də bir virus olub düşmüşəm bu həyata Həyatım mənə qarşı immuniteti var – ölüm Mənim isə ölümə qarşı heç bir immunitetim yoxdur

Uran - Sadə Qız
{Skit} Bu repin sözlərinə diqqətlə qulaq asın {Bənd 1} Dayanacaqda dayandı avtobus, mindi bir qız sadə bir qız Sifəti kosmetikasız Dodaqları

Uran - Oğlan Ol
{Keçid} Oğlan ol, hərəkətlərinə fikir ver Əsl oğlanlar üçün bu cəmiyyətdə daima vardır yer Caspian Clan, Uran {Bənd 1} Oğlan var, üzünə tüpürməmiş

Uran

Uran (tam adı: İbrahim İbrahimov; d. 20 dekabr 1983, Xaçmaz, Azərbaycan SSR, SSRİ) — Azərbaycan repçisi.[1]

Uran müxtəlif dövrdə Diana Hacıyeva və digər sənətkarlar ilə əməkdaşlıq etmişdir.
Həyatı
Uran 1983-ci il dekabr ayının 20-də Xaçmazda dünyaya gəlmişdir. 1996-ci ilin martın 9-da ilk rep mahnısını yazıb. Replə ilk tanışlığı Rusiya repçilərindən başlayıb. Sonrakı illərdə 2Pac və Eminemdən təsirlənib.

Hip-hopda ilk təxəllüsü “Mr Ib” olub. 2001-ci ilin mart ayından M.T.Street qrupunun tərkibində söz yazarı kimi fəaliyyət göstərməyə başlayıb. O, ilk olaraq söz yaza bilməyən repçilərə mahnı mətnləri satmaq fikrində idi. Həmin ilin aprelində qrup “Mənim lomka həyatım” treki ilə Vətən diskotekasında keçirilən yeraltı (ing. underground) festivalda 4-cü yeri tutub. 2001-ci ilin sonunda M.S.Street qrupu dağılır və Mr.Ib müstəqil fəaliyyətini davam etdirir. Həmin ilin oktyabr ayının 19-da Bakı Slavyan Universitetinin akt zalında, universitetin ŞHK-nin təqdimat gecəsində ilk çıxışını edir

2004-cü il yanvarın 11-də “Caspian Clan” rep qrupunun 8-ci üzvü olur. 2004-cü ildə qrup dağılır və repçi ləqəbini “Uran"a dəyişir. 2004-cü il oktyabrın 10-da Space TV-də "Mən Də Varam” telemüsabiqəsinə qatılır. O, telemüsabiqədə ikinci yeri tutur.

2006-cı il fevralın 2-də Uran British Council-in təşəbbüsü ilə “Urban Culture” adı altında keçirilən hip-hop şouda iştirak edir. Daha sonra şəxsi həyatında baş verən problemlərlə əlaqədar repdən bir müddət uzaqlaşır.

2007-ci ilin aprel ayında “Mən Də Varam 3” telemüsabiqəsinə yenidən qatılır və birinci yeri tutur. 2007-ci ilin avqust ayında Uran Azərbaycanın ilk rep leyblı olan “Da Streetz"in tərkibinə daxil olur.

2008-ci il aprel ayının 20-də “Rap Time” adlı radio verilişin aparıcılarından biri olur. Həmin ilin avqust ayında isə ANS ÇM-in keçirdiyi vətənpərvər musiqi müsabiqəsinə “Milli düşüncə və gənclər” mahnısı ilə birinci yerə layiq görülür.

2010-cu il mayın 2-də Bakıda Türkiyə repçisi Cəza ilə birgə konsert verir. 2012-ci il iyunun 28-də Ceza və Uran ikinci dəfə Bakıda, Heydər Əliyev adına İdman Arenasında eyni səhnəni bölüşür.

2013-cü il Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən Fanta Gənclik Festivalın aparıcısı olur.

Uran 2014-cü ilin avqust ayından 2016-cı il fevral ayına qədər Almaniyada yaşayıb.[2]

Şəxsi həyatı
Ailəlidir. Bir qızı var.

Diskoqrafiya
Uranın diskoqrafiyasına 3 studiya albomu və bir miksteyp daxildir.

Studiya albomları
Hörmətlə Uran (2005)
Mənasız Şeylər (2009)
Qaralama (2011) (Miksteyp)
Açıq Mikrofon (2013)