Uran - Qəlbimin Harayı

To Rate
Bənd 1 Uran
Heç bir şey istəmirəm, ayrılıb dünyadan
Enim sevgi dənizinə hündür bir qayadan
Tapım səni, itirməyim, yetər bu tənhalıq
İsit soyuq ürəyimi, isit, olsun ilıq

Ol qaranlığımın ən parlaq gündüzü
İlahi, olsun xəyalımda ancaq onun üzü
Burax qəfəsdə qalmış məhkum sevgi quşunu
Sevginin sonu olsun mənim həyatımın sonu

Səni gözləyirdim, əzizim, mən milyon əsr
Öz soyuqluğum ürəyimin damarın kəsir
Əsir oluram sənə. Qəlbdə sözlə doluram
Baxıram, susuram, soyuğam, mən soluram

Amma yox vulkan var içimdə olsun partlayış
Dörd fəsil dönsün olsun mənimçün sərt qış!
Bircə sən. Və yenə də məhəbbət günəşi
Anlaya bilmirəm özümü, anlaya bilmirəm bu işi

Nəqarət Elnino, Uran
Qəribə məhəbbət, qəribə hisslər
Hər zaman həyatımda məni izlər
Qəlbimin harayıdır bu gün dilimdə
Zərif qəlbin mənim kobud əlimdə

Qəribə məhəbbət, qəribə hisslər
Hər zaman həyatımda məni izlər
Qəlbimin harayıdır bu gün dilimdə
Zərif qəlbin mənim kobud əlimdə

Bənd 2 Elnino
Hər an şəklin, hər an səninləyəm
Hər an hədəfini tapmış bir gülləyəm
Azad olmasam da mən bu fani dünyada
Özümü salaram gur yanan isti bir oda

Daş deyil ürəyim, daş deyil bu zaman
Lazımdır talehimə səntək bir insan
Niyə susursan, bəlkə məni anlamırsan?
Bəlkə hələ də sevgi ocağında yanmırsan?

Yox, yox! Gözlərin ayrı şeyi deyir
Baxışın məhəbbət önündə qəlbimi əyir
Nöqtə qoyuram natamam bir cümləyə
Sığmır sevgim nə yerə, nə də ki, göyə

Nə bu otaq, nə də bu qələm və kağız
Mənə bəs deyil əgər sənsizəmsə, ay qız
Yalqız səsinə duyuram mən ehtiyac
Bircə sözün olar mənasız ömrümə tac

Nəqarət Elnino, Uran
Qəribə məhəbbət, qəribə hisslər
Hər zaman həyatımda məni izlər
Qəlbimin harayıdır bu gün dilimdə
Zərif qəlbin mənim kobud əlimdə

Qəribə məhəbbət, qəribə hisslər
Hər zaman həyatımda məni izlər
Qəlbimin harayıdır bu gün dilimdə
Zərif qəlbin mənim kobud əlimdə

Bənd 3 Uran
Eşitdinmi qəlbimin harayını gözəl qız?
Uzaqlaşıb unutma, qoyma məni yalqız
Səninlə sənsizəm, qəlb həsrətdən partlar
Sənin telefonda səsin mənə bir ümid olar

Soyuq ürəyə baxma, orda isti sevgi var
Orda gizlənib mənim qəlbimin sahibi yar
O yar ki, verib mənə həyatda yeni həyat
Əzizim sən də qəlbində yeni həyat oyat

Sənin gözlərin gözəllərin gözlərindən gözəl
Dumanlı həyatdan çıxart məni, uzat əl
Ver mənə məhəbbət, ver mənə işıq
Sənsən rəsm əsərimə verən yaraşıq

Saçların dalğalı dənizin ən gözəl ləpəsi
Təki toxunum əlinə, təki eşidim o səsi
Nəfəsim...ehh, götür qələmi əlimdən
Yenə də sevirəm sözü çıxacaqdır dilimdən

Nəqarət Elnino, Uran
Qəribə məhəbbət, qəribə hisslər
Hər zaman həyatımda məni izlər
Qəlbimin harayıdır bu gün dilimdə
Zərif qəlbin mənim kobud əlimdə

Qəribə məhəbbət, qəribə hisslər
Hər zaman həyatımda məni izlər
Qəlbimin harayıdır bu gün dilimdə
Zərif qəlbin mənim kobud əlimdə

Qəribə məhəbbət, qəribə hisslər
Hər zaman həyatımda məni izlər
Qəlbimin harayıdır bu gün dilimdə
Zərif qəlbin mənim kobud əlimdə

Comments

More Uran lyrics

Uran - Repə Qulaq Asın
{Bənd 1} Yolun qırağıyla gedir qaqaş, əlində diplomat İti addımlar avtomat, gözündə linza eynək Əynində qara pencək, qaqa nöqtə köynək Hamıya örnək, mədəni, ağ dəri uşaq

Uran - Həyat Gülməlidir
{Nəqarət} Gülməlidir, nə qədər çox bilsək Səhvə yol versək, məsləhət görsək Gülməlidir, nə qədər istəsək Dünyanı düzəltsək, yenə də daş-kəsək! Gülməlidir

Uran - Açıq Mikrofon
{Bənd 1} {Uran} Zonam Əhmədli, Xəzər, repim nə xəz, nə zər Yan keçsin bədnəzər, qafiyəm qulağı əzər Uranın sorağı gəzər, Virtual arağı süzər Sözüm marağı

Uran - Yenə Də Fırlanır (“Yoxdu Belə Söhbət” Original Soundtrack
{Giriş} A, yeah! Əlini çək, toxunma mənə Qulaq as {1-ci hissə} Nədən deyim? Dediklərim hərfsizsə (Nə, nə?) Hara tuşlayım lüləni nişan

Uran - D b d b m
(nəqarət) Dabadabam, dabadabam! Belə deyir hər bir adam Söhbəti boş - tələbi var Oxşar olsun, dabadabam! Məna cılız. Mənaya sox Başı saman, ala, içinə

Uran - Gəl Məni Gör
{Giriş} Gəl məni gör Yeah! Yeah! {Bənd 1} Çox savadlı qaqaş, qıcqırıb savad qabı Adamı yox ki, sala qabağı, ya qala sabaha Harası baha soruşma,

Uran - Trendivəki
{Giriş} Bütün həyatını trendə həsr et, trend, trend Sən trend olmalısan Sən…sən trend olmaq üçün doğulmusan Trend sənin üçün hər şeydir Trend, ancaq trend

Uran - Sözlər Əbədidir
{Nəqərat: Trino} Ayaqlar altında Air Force-lar (Air Force-lar) Fırlanıram ətrafımda dostlar (Dostlar) Ürəyimdə deyiləsi söz var Bu, əbədi deyil Ayaqlar

Uran - Bu Replə Qayıtdım
{Bənd 1: Cherep} Bizim “Anbar” dəyərlərini çökdürə bilmədi dolların məzənnəsi Çünki sidq qəlbləri bulandırır yaşıl kağız fəlsəfəsi Klassik “N.W.A.” sound Bizim

Uran - Yad Ölkədə
{Bənd 1} Həyatda yeni səhifə açıldı, dəyişdi gedişat Düşdüm Fransaya, Lö Gişe, deyiləm pərişan Ata oldum, sayrışan ulduzum - qızım, yeni guşəm Anladım, valideyn bir

Uran

Uran (tam adı: İbrahim İbrahimov; d. 20 dekabr 1983, Xaçmaz, Azərbaycan SSR, SSRİ) — Azərbaycan repçisi.[1]

Uran müxtəlif dövrdə Diana Hacıyeva və digər sənətkarlar ilə əməkdaşlıq etmişdir.
Həyatı
Uran 1983-ci il dekabr ayının 20-də Xaçmazda dünyaya gəlmişdir. 1996-ci ilin martın 9-da ilk rep mahnısını yazıb. Replə ilk tanışlığı Rusiya repçilərindən başlayıb. Sonrakı illərdə 2Pac və Eminemdən təsirlənib.

Hip-hopda ilk təxəllüsü “Mr Ib” olub. 2001-ci ilin mart ayından M.T.Street qrupunun tərkibində söz yazarı kimi fəaliyyət göstərməyə başlayıb. O, ilk olaraq söz yaza bilməyən repçilərə mahnı mətnləri satmaq fikrində idi. Həmin ilin aprelində qrup “Mənim lomka həyatım” treki ilə Vətən diskotekasında keçirilən yeraltı (ing. underground) festivalda 4-cü yeri tutub. 2001-ci ilin sonunda M.S.Street qrupu dağılır və Mr.Ib müstəqil fəaliyyətini davam etdirir. Həmin ilin oktyabr ayının 19-da Bakı Slavyan Universitetinin akt zalında, universitetin ŞHK-nin təqdimat gecəsində ilk çıxışını edir

2004-cü il yanvarın 11-də “Caspian Clan” rep qrupunun 8-ci üzvü olur. 2004-cü ildə qrup dağılır və repçi ləqəbini “Uran"a dəyişir. 2004-cü il oktyabrın 10-da Space TV-də "Mən Də Varam” telemüsabiqəsinə qatılır. O, telemüsabiqədə ikinci yeri tutur.

2006-cı il fevralın 2-də Uran British Council-in təşəbbüsü ilə “Urban Culture” adı altında keçirilən hip-hop şouda iştirak edir. Daha sonra şəxsi həyatında baş verən problemlərlə əlaqədar repdən bir müddət uzaqlaşır.

2007-ci ilin aprel ayında “Mən Də Varam 3” telemüsabiqəsinə yenidən qatılır və birinci yeri tutur. 2007-ci ilin avqust ayında Uran Azərbaycanın ilk rep leyblı olan “Da Streetz"in tərkibinə daxil olur.

2008-ci il aprel ayının 20-də “Rap Time” adlı radio verilişin aparıcılarından biri olur. Həmin ilin avqust ayında isə ANS ÇM-in keçirdiyi vətənpərvər musiqi müsabiqəsinə “Milli düşüncə və gənclər” mahnısı ilə birinci yerə layiq görülür.

2010-cu il mayın 2-də Bakıda Türkiyə repçisi Cəza ilə birgə konsert verir. 2012-ci il iyunun 28-də Ceza və Uran ikinci dəfə Bakıda, Heydər Əliyev adına İdman Arenasında eyni səhnəni bölüşür.

2013-cü il Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən Fanta Gənclik Festivalın aparıcısı olur.

Uran 2014-cü ilin avqust ayından 2016-cı il fevral ayına qədər Almaniyada yaşayıb.[2]

Şəxsi həyatı
Ailəlidir. Bir qızı var.

Diskoqrafiya
Uranın diskoqrafiyasına 3 studiya albomu və bir miksteyp daxildir.

Studiya albomları
Hörmətlə Uran (2005)
Mənasız Şeylər (2009)
Qaralama (2011) (Miksteyp)
Açıq Mikrofon (2013)