Uran - Yenə Də Fırlanır (“Yoxdu Belə Söhbət” Original Soundtrack

To Rate
Giriş
A, yeah!
Əlini çək, toxunma mənə
Qulaq as

1-ci hissə
Nədən deyim?
Dediklərim hərfsizsə (Nə, nə?)
Hara tuşlayım lüləni nişan hədəfsizsə (De, de)
Baş qarışıb, çatılıb qaşım, həvəssizəm
Boş badəmə içki əvəzi həvəs süzün (Süz)
Keçmiş səhvlər qapımı döyür, açmalıyam
Ya onlara doğru, ya onlardan mən qaçmalıyam
Nəyi itirib nəyi axtarım? Vaxtıma var (Var, var)
Axırına çıx, çaxmağı çək, axmağa bax
Qoluma zəncir, boynuma kəndir, arada bir (Bir, bir)
Belə bir halda sıxılan beyin yarada bilir (Bilir, bilir)
Şikayətmi, hekayətmi reallığım?
Təyin edir təəssürat uçuş uzaqlığım

Nəqarət
Deyir, bu dünyada hər kəsin öz həqiqəti
Mən də öz həqiqətimi sətirə düzdüm səliqəli
Bax, yenə də, yenə də, yenə də fırlanır
Yerində, yerində, yerində dönür o
Hə, yenə də, yenə də, yenə də fırlanır
Yerində, yerində, yerində dönür o
Hə, yenə də, yenə də, yenə də, fırlanır
Yerində, yerində, yerində dönür o
Hə, yenə də, yenə də yenə də fırlanır
Yerində, yerində, yerində dönür o

2-ci hissə
Get desələr, sevməsələr, alma vecinə (Yox, yox)
Gəlməsələr, getməsələr, alma vecinə (Yox, yox)
Arxayın ol gücünə, qalanını alma vecinə
Həyatı alma içinə, ala, onsuz da hamı keçinir
Qatar getir, təkər vurur “takka-tarak” (Takt, takt)
Takt ataraq, ömür tunelinə rəng qataraq (Takt, takt)
Hər stansiyada keçmişimə zəng ataram
Son stansiyada kontakt qalmaz, zəng qurtarar (Yox)
Nə qədər sıfırdan başlayım, mən sıfıra enim? (De, de)
Sıfıra düşüm, sıfırlanım, axıra enim (De, de)
Ala, axırı eyni nağıllardır, daxıla enir (Hə)
Ala, dəxli nədir? Əvvəli yeni, amma axırı eyni

Nəqarət
Deyir, bu dünyada hər kəsin öz həqiqəti
Mən də öz həqiqətimi sətirə düzdüm səliqəli
Bax, yenə də, yenə də, yenə də fırlanır
Yerində, yerində, yerində dönür o
Hə, yenə də, yenə də, yenə də fırlanır
Yerində, yerində, yerində dönür o
Hə, yenə də, yenə də, yenə də, fırlanır
Yerində, yerində, yerində, dönür o
Hə, yenə də, yenə də yenə də fırlanır
Yerində, yerində, yerində dönür o

Comments

More Uran lyrics

Uran - D b d b m
(nəqarət) Dabadabam, dabadabam! Belə deyir hər bir adam Söhbəti boş - tələbi var Oxşar olsun, dabadabam! Məna cılız. Mənaya sox Başı saman, ala, içinə

Uran - Gəl Məni Gör
{Giriş} Gəl məni gör Yeah! Yeah! {Bənd 1} Çox savadlı qaqaş, qıcqırıb savad qabı Adamı yox ki, sala qabağı, ya qala sabaha Harası baha soruşma,

Uran - Trendivəki
{Giriş} Bütün həyatını trendə həsr et, trend, trend Sən trend olmalısan Sən…sən trend olmaq üçün doğulmusan Trend sənin üçün hər şeydir Trend, ancaq trend

Uran - Sözlər Əbədidir
{Nəqərat: Trino} Ayaqlar altında Air Force-lar (Air Force-lar) Fırlanıram ətrafımda dostlar (Dostlar) Ürəyimdə deyiləsi söz var Bu, əbədi deyil Ayaqlar

Uran - Bu Replə Qayıtdım
{Bənd 1: Cherep} Bizim “Anbar” dəyərlərini çökdürə bilmədi dolların məzənnəsi Çünki sidq qəlbləri bulandırır yaşıl kağız fəlsəfəsi Klassik “N.W.A.” sound Bizim

Uran - Yad Ölkədə
{Bənd 1} Həyatda yeni səhifə açıldı, dəyişdi gedişat Düşdüm Fransaya, Lö Gişe, deyiləm pərişan Ata oldum, sayrışan ulduzum - qızım, yeni guşəm Anladım, valideyn bir

Uran - Bir Azərbaycandır!
{Nəqərat} Ovçu asta dolan, gəz Günah etmə, amandır Burda hər gözəllik bir Azərbaycandır (Bir Azərbaycandır!) Ovçu asta dolan, gəz Günah etmə, amandır

Uran - Küçələr Oyaqdır
{Giriş} Eşit gör Eşit gör, nə deyirəm Eşit gör, nə deyirəm Eşit, de Eşit gör, ay Eşit gör, nə deyirəm Eşit gör, a! {Bənd 1} Üç

Uran - Sevgi Qalıb XX Əsrdə
{Giriş} Mən bilmirəm bu trek nə haqdadır Soruşmayın məndən {Nəqərat} Sevgi qalıb XX əsrdə Hündür divar, üstü açıq qəsrdə Deyir onun artıq həmin

Uran - Tələsir
{Bənd 1} Küləklər şəhəri, şərqin əbədi qapısı Bakı Səndə gizlənib milyon sirr, insan idrakı Sevgi məbədin Xəzərə boylanan Qız Qalası 2005-ci il, payız, soyuq noyabr

Uran

Uran (tam adı: İbrahim İbrahimov; d. 20 dekabr 1983, Xaçmaz, Azərbaycan SSR, SSRİ) — Azərbaycan repçisi.[1]

Uran müxtəlif dövrdə Diana Hacıyeva və digər sənətkarlar ilə əməkdaşlıq etmişdir.
Həyatı
Uran 1983-ci il dekabr ayının 20-də Xaçmazda dünyaya gəlmişdir. 1996-ci ilin martın 9-da ilk rep mahnısını yazıb. Replə ilk tanışlığı Rusiya repçilərindən başlayıb. Sonrakı illərdə 2Pac və Eminemdən təsirlənib.

Hip-hopda ilk təxəllüsü “Mr Ib” olub. 2001-ci ilin mart ayından M.T.Street qrupunun tərkibində söz yazarı kimi fəaliyyət göstərməyə başlayıb. O, ilk olaraq söz yaza bilməyən repçilərə mahnı mətnləri satmaq fikrində idi. Həmin ilin aprelində qrup “Mənim lomka həyatım” treki ilə Vətən diskotekasında keçirilən yeraltı (ing. underground) festivalda 4-cü yeri tutub. 2001-ci ilin sonunda M.S.Street qrupu dağılır və Mr.Ib müstəqil fəaliyyətini davam etdirir. Həmin ilin oktyabr ayının 19-da Bakı Slavyan Universitetinin akt zalında, universitetin ŞHK-nin təqdimat gecəsində ilk çıxışını edir

2004-cü il yanvarın 11-də “Caspian Clan” rep qrupunun 8-ci üzvü olur. 2004-cü ildə qrup dağılır və repçi ləqəbini “Uran"a dəyişir. 2004-cü il oktyabrın 10-da Space TV-də "Mən Də Varam” telemüsabiqəsinə qatılır. O, telemüsabiqədə ikinci yeri tutur.

2006-cı il fevralın 2-də Uran British Council-in təşəbbüsü ilə “Urban Culture” adı altında keçirilən hip-hop şouda iştirak edir. Daha sonra şəxsi həyatında baş verən problemlərlə əlaqədar repdən bir müddət uzaqlaşır.

2007-ci ilin aprel ayında “Mən Də Varam 3” telemüsabiqəsinə yenidən qatılır və birinci yeri tutur. 2007-ci ilin avqust ayında Uran Azərbaycanın ilk rep leyblı olan “Da Streetz"in tərkibinə daxil olur.

2008-ci il aprel ayının 20-də “Rap Time” adlı radio verilişin aparıcılarından biri olur. Həmin ilin avqust ayında isə ANS ÇM-in keçirdiyi vətənpərvər musiqi müsabiqəsinə “Milli düşüncə və gənclər” mahnısı ilə birinci yerə layiq görülür.

2010-cu il mayın 2-də Bakıda Türkiyə repçisi Cəza ilə birgə konsert verir. 2012-ci il iyunun 28-də Ceza və Uran ikinci dəfə Bakıda, Heydər Əliyev adına İdman Arenasında eyni səhnəni bölüşür.

2013-cü il Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən Fanta Gənclik Festivalın aparıcısı olur.

Uran 2014-cü ilin avqust ayından 2016-cı il fevral ayına qədər Almaniyada yaşayıb.[2]

Şəxsi həyatı
Ailəlidir. Bir qızı var.

Diskoqrafiya
Uranın diskoqrafiyasına 3 studiya albomu və bir miksteyp daxildir.

Studiya albomları
Hörmətlə Uran (2005)
Mənasız Şeylər (2009)
Qaralama (2011) (Miksteyp)
Açıq Mikrofon (2013)