Uran - Qadınlar

To Rate
Bənd 1
Birisi bu tərəfə, o biri o birinə
Birisi üzdə üzür, o birisi dərinə
Birinə beyin lazım, birinə bədənin
Birisi gətirəndir, birisi gedənin

Birisi belə istər, o biri mədəni
Birində ac hisslər, o biri “edəni”
Biri “bad” söhbət, biri dərs deyir həyatdan
Birini bəxtəvər oyatsan

Nəqərat
Gəlirlər onlar (gəlirlər)
Gülürlər onlar (gülürlər)
Mənə qalan olur ancaq təəssürat (hə)
Min vərəq dolu təfsilat

Gəlirlər onlar (gəlirlər)
Gedirlər onlar (gedirlər)
Sənə qalan olur ancaq təəssürat (hə)
Pis olsa, ödənməz təzminat

Bənd 2
Bu, gözəllikdir, sanki öz əli ilə
Yaradır onu eşq bəzəyi ilə
Arası da vardır şeir, qəzəli ilə
Amma nəsə oldu, indi təzələyirəm
Bu birisi sirdir, sirr maraqlı
Sirri ovlaram, necə şir maralı
Yaxın duranda o nəfəsin daralır
Sonra tərk edir, dünyan qaralır

Sonra gəlir zülmət günlər
Zinət sayırsan eşqi sən zillət içində
Ancaq pəri olur peyda
Keçirsən eyni keçiddən ayrı biçimdə

Adamı məhv edir səhv salanda istəklə şəhvəti
Oxşar nəğmədir fərqli səhnədə
Yaxud eyni səhnədir
Dünya dəyişir, amma tələblər köhnədir

Nəqərat
Gəlirlər onlar (gəlirlər)
Gülürlər onlar (gülürlər)
Mənə qalan olur ancaq təəssürat (hə)
Min vərəq dolu təfsilat

Gəlirlər onlar (gəlirlər)
Gedirlər onlar (gedirlər)
Sənə qalan olur ancaq təəssürat (hə)
Pis olsa, ödənməz təzminat
Keçid
Gəlirlər onlar, bilirlər onlar
Deyirlər, gülürlər onlar
Sevirlər onlar, yenə də sonda
Çevrilib gedirlər onlar

Gəlirlər onlar, bilirlər onlar
Deyirlər, gülürlər onlar
Sevirlər onlar, yenə də sonda
Çevrilib gedirlər onlar

Nəqərat
Gəlirlər onlar (ha-ha-ha)
Gülürlər onlar (eh-eh-ey)
Mənə qalan olur ancaq təəssürat (hə)
Min vərəq dolu təfsilat

Gəlirlər onlar (eh-eh-ey)
Gedirlər onlar (oho-ho)
Sənə qalan olur ancaq təəssürat (hə)
Pis olsa ödənməz təzminat

Çıxış
Ödənməz

Comments

More Uran lyrics

Uran - Dua
DUA #1 Qulağım dolub kir bağlayıb, bağla TVni, kiri! Kasıb həyatını anlamayan biri uzatmaz fağıra əlin Mənsəbi məlum, mənbəyi mənfur, məqsədli mamır Rəhmətliyin nəvəsi, xalqa

Uran - Xəbərin Yox
{Nəqərat} Bizi ancaq narahat edir Nə ki, evimizin önündə baş verir Uzaqda, qonşuda olanlardan xəbərin yox, xəbərin yox Bizi ancaq narahat edir Nə ki, evimizin

Uran - Kor Zabit 2
{Bənd 1} Balaca oğlan deyil o, artıq böyüyüb olub kişi Çiynində aypara-ulduz, davam edir atadan qalmış işi Kor zabitin nəsihətlərini uşaqlıqdan qulağa edib sırğa Elə

Uran - Azərbaycanım
{Nəqərat} {Uran} Cümlə Azərbaycanım! Gücümdür Azərbaycanım! Könlümdə bir od alovlanır Canımdır Azərbaycanım! {Payam Türk}

Uran - Gecələrimdə Axtarıram
{Giriş: Uran} Elə qalsın, bu həmin mövzudur Qoy getsin {Nəqərat} Gecələrimdə axtarır… Gecələrimdə axtarıram Olur onu Gecələrimə

Uran - S.V.D.M.
{Skit} SPİD virusu düşüb mənə Mən özüm də bir virus olub düşmüşəm bu həyata Həyatım mənə qarşı immuniteti var – ölüm Mənim isə ölümə qarşı heç bir immunitetim yoxdur

Uran - Sadə Qız
{Skit} Bu repin sözlərinə diqqətlə qulaq asın {Bənd 1} Dayanacaqda dayandı avtobus, mindi bir qız sadə bir qız Sifəti kosmetikasız Dodaqları

Uran - Oğlan Ol
{Keçid} Oğlan ol, hərəkətlərinə fikir ver Əsl oğlanlar üçün bu cəmiyyətdə daima vardır yer Caspian Clan, Uran {Bənd 1} Oğlan var, üzünə tüpürməmiş

Uran - Hörmətlə, Uran
{Nəqarət} Uran yaradacaq yeni qalmaqal Endirəcək zərbələri səhnələrə dalbadal Uran yaradacaq yeni qalmaqal (Caspian Clan, Uranı yığışdırın) {Bənd

Uran - Valideynləri Unutmayaq
{Bənd 1} Onların sevgisi, onların əllərinin istisi Onların şirin səsi, onların isti nəfəsi Ananın laylay nəğməsi, atanın verdiyi məsləhət Çəkdiyi əziyyət, səhvləri görüb

Uran

Uran (tam adı: İbrahim İbrahimov; d. 20 dekabr 1983, Xaçmaz, Azərbaycan SSR, SSRİ) — Azərbaycan repçisi.[1]

Uran müxtəlif dövrdə Diana Hacıyeva və digər sənətkarlar ilə əməkdaşlıq etmişdir.
Həyatı
Uran 1983-ci il dekabr ayının 20-də Xaçmazda dünyaya gəlmişdir. 1996-ci ilin martın 9-da ilk rep mahnısını yazıb. Replə ilk tanışlığı Rusiya repçilərindən başlayıb. Sonrakı illərdə 2Pac və Eminemdən təsirlənib.

Hip-hopda ilk təxəllüsü “Mr Ib” olub. 2001-ci ilin mart ayından M.T.Street qrupunun tərkibində söz yazarı kimi fəaliyyət göstərməyə başlayıb. O, ilk olaraq söz yaza bilməyən repçilərə mahnı mətnləri satmaq fikrində idi. Həmin ilin aprelində qrup “Mənim lomka həyatım” treki ilə Vətən diskotekasında keçirilən yeraltı (ing. underground) festivalda 4-cü yeri tutub. 2001-ci ilin sonunda M.S.Street qrupu dağılır və Mr.Ib müstəqil fəaliyyətini davam etdirir. Həmin ilin oktyabr ayının 19-da Bakı Slavyan Universitetinin akt zalında, universitetin ŞHK-nin təqdimat gecəsində ilk çıxışını edir

2004-cü il yanvarın 11-də “Caspian Clan” rep qrupunun 8-ci üzvü olur. 2004-cü ildə qrup dağılır və repçi ləqəbini “Uran"a dəyişir. 2004-cü il oktyabrın 10-da Space TV-də "Mən Də Varam” telemüsabiqəsinə qatılır. O, telemüsabiqədə ikinci yeri tutur.

2006-cı il fevralın 2-də Uran British Council-in təşəbbüsü ilə “Urban Culture” adı altında keçirilən hip-hop şouda iştirak edir. Daha sonra şəxsi həyatında baş verən problemlərlə əlaqədar repdən bir müddət uzaqlaşır.

2007-ci ilin aprel ayında “Mən Də Varam 3” telemüsabiqəsinə yenidən qatılır və birinci yeri tutur. 2007-ci ilin avqust ayında Uran Azərbaycanın ilk rep leyblı olan “Da Streetz"in tərkibinə daxil olur.

2008-ci il aprel ayının 20-də “Rap Time” adlı radio verilişin aparıcılarından biri olur. Həmin ilin avqust ayında isə ANS ÇM-in keçirdiyi vətənpərvər musiqi müsabiqəsinə “Milli düşüncə və gənclər” mahnısı ilə birinci yerə layiq görülür.

2010-cu il mayın 2-də Bakıda Türkiyə repçisi Cəza ilə birgə konsert verir. 2012-ci il iyunun 28-də Ceza və Uran ikinci dəfə Bakıda, Heydər Əliyev adına İdman Arenasında eyni səhnəni bölüşür.

2013-cü il Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən Fanta Gənclik Festivalın aparıcısı olur.

Uran 2014-cü ilin avqust ayından 2016-cı il fevral ayına qədər Almaniyada yaşayıb.[2]

Şəxsi həyatı
Ailəlidir. Bir qızı var.

Diskoqrafiya
Uranın diskoqrafiyasına 3 studiya albomu və bir miksteyp daxildir.

Studiya albomları
Hörmətlə Uran (2005)
Mənasız Şeylər (2009)
Qaralama (2011) (Miksteyp)
Açıq Mikrofon (2013)