★ Bənd 1 ★ Balaca oğlan deyil o, artıq böyüyüb olub kişi Çiynində aypara-ulduz, davam edir atadan qalmış işi Kor zabitin nəsihətlərini uşaqlıqdan qulağa edib sırğa Elə buna görə o bu gün irəlliləyir Qarabağa
Onu üzübdür illər, qisas içində közərən güllə - atmağa hazır Hərbi mətktəbdə öyrəndikləri nəhayət olubdur lazım Dünənki kursantlar bugünki döyüşü edir idarə! Tanrının əsgəri - səngərdir məskəni, onlardır xalqına çarə!...
Müşahidə məntəqəsində rabitə, xəritə, koordinantlar Atəşə hazır top heyətləri, baş zabitlər, leytenantlar Divizion gözləyir əmri. Zabit izləyir hər dəfə hədəf rayonun Piyada girməzdən öncə “təmizlik”, topçular yaxşı bilirlər bunu
Son günlər yaman tez-tez o, atasını görür yuxuda Kişi ondan bir şey xahiş edib, indi qorxur unudar… Rütbə alan gün ata oğlunu qucaqlayıb demişdi “əhsən” “Azad edəcəyin doğma torpağa bu sözlərimi deyərsən”... (Deyərsən!)
★ Nəqərat ★ Gəlmişəm, yanındayam, çağırmışdın, ay vətən! İllərdir gözləyirdim, darıxmışdım, ay vətən! Almışam atamın qisasını mən! Ölsün kim bizi ayırmışdı, ay vətən!
★ Bənd 2 ★ İki min iyirmi, sentyabr bitir ağır döyüşlərlə Əks hücum əmri qızışdırır soyumuş dəmiri həmlə, girişlərlə Bir şey ki, düzəlməyib görüşlərdə, demişlər “düzəldər döyüşdə ər” Neçə yerə bölmüşlər bizi, tarixdə neçə dəfə görmüşük bəs?!
Bəsdir! İndi ordu cəbhədə, mərmi növbənən torpaq silkələr Kor zabitin oğlu mövqedə, hərbi rütbədə - lazım ölkəyə Hər dəfə verdiyi hədəf parça-parça olub sıradan çıxır İşğalçı aradan çıxır, çünki qan çıxır - demişdik axı…
Gəlir xəbərlər - düşür raketlər dinc şəhərlərə. Yox şərəfləri Çünki qələbə haqq tərəfdədir. Onlar şərəfin “dal tərəfi”dir Zabitsə qeyd edir bu zaman yeni hədəfləri xəritəsinə İndi hücum başlayır. İndi dönəcəkdir düşmənçin dünya tərsinə! Vur gəbərsinlər!
★ Nəqərat ★ Gəlmişəm, yanındayam, çağırmışdın, ay vətən! İllərdir gözləyirdim, darıxmışdım, ay vətən! Tutmuşam doğma, qabar əllərini Qoy ölsün kim bizi ayırmışdı, ay vətən!
★ Bənd 3 ★ Blindaj. Barıt ətri. Zəif işıq. Açılıb yığılan çarpayı Zabit bloknota yazır “sabah üçün yeni hədəfimiz Cəbrayıl” Ürək çırpınır, bu ad aparır doğma yurduna, uşaqlıq illərinə Fələk çarxını düz fırladıb - qovulan uşaqlar qayıdır evlərinə!
Səhər tezdən göy guruldayır, başlayır hücum! Başqa bir hücum! Artilleriya qoyur hücumun ucun. Partlayış gücü! Qaldırır havaya istehkam uçur!... Uzaqdan görür illərdir həsrət qaldığı kəndin damlarını Və izləyir elini işğal edən, indisə qaçan, ölən adamları...
Həmin gün zəng edir atasına. Bu xəbər məlhəm yarasına Veteran zabit oğul parasının səsini dinləyir böyük təlaşla “Yoldaş polkovnik, deyim bu başdan, elimiz azaddır! Evdə salam Mənə davam. Torpaqlar qalıb, demək haqq davam hələ bitməyib tamam!
★ Nəqərat ★ Gəlmişəm, yanındayam, çağırmışdın, ay vətən! İllərdir gözləyirdim, darıxmışdım, ay vətən! Almışam atamın qisasını mən! Ölsün kim bizi ayırmışdı, ay vətən!
Gəlmişəm, yanındayam, çağırmışdın, ay vətən! İllərdir gözləyirdim, darıxmışdım, ay vətən! Tutmuşam doğma, qabar əllərini Qoy ölsün kim bizi ayırmışdı, ay vətən!
Uran - Dua DUA #1 Qulağım dolub kir bağlayıb, bağla TVni, kiri! Kasıb həyatını anlamayan biri uzatmaz fağıra əlin Mənsəbi məlum, mənbəyi mənfur, məqsədli mamır Rəhmətliyin nəvəsi, xalqa
Uran - Xəbərin Yox {Nəqərat} Bizi ancaq narahat edir Nə ki, evimizin önündə baş verir Uzaqda, qonşuda olanlardan xəbərin yox, xəbərin yox Bizi ancaq narahat edir Nə ki, evimizin
Uran - Kor Zabit 2 {Bənd 1} Balaca oğlan deyil o, artıq böyüyüb olub kişi Çiynində aypara-ulduz, davam edir atadan qalmış işi Kor zabitin nəsihətlərini uşaqlıqdan qulağa edib sırğa Elə
Uran - Azərbaycanım {Nəqərat} {Uran} Cümlə Azərbaycanım! Gücümdür Azərbaycanım! Könlümdə bir od alovlanır Canımdır Azərbaycanım! {Payam Türk}
Uran - Gecələrimdə Axtarıram {Giriş: Uran} Elə qalsın, bu həmin mövzudur Qoy getsin {Nəqərat} Gecələrimdə axtarır… Gecələrimdə axtarıram Olur onu Gecələrimə
Uran - S.V.D.M. {Skit} SPİD virusu düşüb mənə Mən özüm də bir virus olub düşmüşəm bu həyata Həyatım mənə qarşı immuniteti var – ölüm Mənim isə ölümə qarşı heç bir immunitetim yoxdur
Uran - Sadə Qız {Skit} Bu repin sözlərinə diqqətlə qulaq asın {Bənd 1} Dayanacaqda dayandı avtobus, mindi bir qız sadə bir qız Sifəti kosmetikasız Dodaqları
Uran - Oğlan Ol {Keçid} Oğlan ol, hərəkətlərinə fikir ver Əsl oğlanlar üçün bu cəmiyyətdə daima vardır yer Caspian Clan, Uran {Bənd 1} Oğlan var, üzünə tüpürməmiş
Uran - Hörmətlə, Uran {Nəqarət} Uran yaradacaq yeni qalmaqal Endirəcək zərbələri səhnələrə dalbadal Uran yaradacaq yeni qalmaqal (Caspian Clan, Uranı yığışdırın) {Bənd
Uran - Valideynləri Unutmayaq {Bənd 1} Onların sevgisi, onların əllərinin istisi Onların şirin səsi, onların isti nəfəsi Ananın laylay nəğməsi, atanın verdiyi məsləhət Çəkdiyi əziyyət, səhvləri görüb
Uran
Uran (tam adı: İbrahim İbrahimov; d. 20 dekabr 1983, Xaçmaz, Azərbaycan SSR, SSRİ) — Azərbaycan repçisi.[1]
Uran müxtəlif dövrdə Diana Hacıyeva və digər sənətkarlar ilə əməkdaşlıq etmişdir. Həyatı Uran 1983-ci il dekabr ayının 20-də Xaçmazda dünyaya gəlmişdir. 1996-ci ilin martın 9-da ilk rep mahnısını yazıb. Replə ilk tanışlığı Rusiya repçilərindən başlayıb. Sonrakı illərdə 2Pac və Eminemdən təsirlənib.
Hip-hopda ilk təxəllüsü “Mr Ib” olub. 2001-ci ilin mart ayından M.T.Street qrupunun tərkibində söz yazarı kimi fəaliyyət göstərməyə başlayıb. O, ilk olaraq söz yaza bilməyən repçilərə mahnı mətnləri satmaq fikrində idi. Həmin ilin aprelində qrup “Mənim lomka həyatım” treki ilə Vətən diskotekasında keçirilən yeraltı (ing. underground) festivalda 4-cü yeri tutub. 2001-ci ilin sonunda M.S.Street qrupu dağılır və Mr.Ib müstəqil fəaliyyətini davam etdirir. Həmin ilin oktyabr ayının 19-da Bakı Slavyan Universitetinin akt zalında, universitetin ŞHK-nin təqdimat gecəsində ilk çıxışını edir
2004-cü il yanvarın 11-də “Caspian Clan” rep qrupunun 8-ci üzvü olur. 2004-cü ildə qrup dağılır və repçi ləqəbini “Uran"a dəyişir. 2004-cü il oktyabrın 10-da Space TV-də "Mən Də Varam” telemüsabiqəsinə qatılır. O, telemüsabiqədə ikinci yeri tutur.
2006-cı il fevralın 2-də Uran British Council-in təşəbbüsü ilə “Urban Culture” adı altında keçirilən hip-hop şouda iştirak edir. Daha sonra şəxsi həyatında baş verən problemlərlə əlaqədar repdən bir müddət uzaqlaşır.
2007-ci ilin aprel ayında “Mən Də Varam 3” telemüsabiqəsinə yenidən qatılır və birinci yeri tutur. 2007-ci ilin avqust ayında Uran Azərbaycanın ilk rep leyblı olan “Da Streetz"in tərkibinə daxil olur.
2008-ci il aprel ayının 20-də “Rap Time” adlı radio verilişin aparıcılarından biri olur. Həmin ilin avqust ayında isə ANS ÇM-in keçirdiyi vətənpərvər musiqi müsabiqəsinə “Milli düşüncə və gənclər” mahnısı ilə birinci yerə layiq görülür.
2010-cu il mayın 2-də Bakıda Türkiyə repçisi Cəza ilə birgə konsert verir. 2012-ci il iyunun 28-də Ceza və Uran ikinci dəfə Bakıda, Heydər Əliyev adına İdman Arenasında eyni səhnəni bölüşür.
2013-cü il Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən Fanta Gənclik Festivalın aparıcısı olur.
Uran 2014-cü ilin avqust ayından 2016-cı il fevral ayına qədər Almaniyada yaşayıb.[2]
Şəxsi həyatı Ailəlidir. Bir qızı var.
Diskoqrafiya Uranın diskoqrafiyasına 3 studiya albomu və bir miksteyp daxildir.
Studiya albomları Hörmətlə Uran (2005) Mənasız Şeylər (2009) Qaralama (2011) (Miksteyp) Açıq Mikrofon (2013)