Uran - Hörmətlə, Uran

To Rate
Nəqarət
Uran yaradacaq yeni qalmaqal
Endirəcək zərbələri səhnələrə dalbadal
Uran yaradacaq yeni qalmaqal
(Caspian Clan, Uranı yığışdırın)

Bənd 1
Hər gün özümə baxıram müxtəlif tərəfdən
Yıxılıram, dururam, uçuram mən kefdən
Bezmişəm zurnadan, qavaldan, dəfdən
Qaçıram dərsdən, qulaqlarım batıb səsdən
Kömək gözləmə heç kəsdən (heç kəsdən)

Dərman axtarıram bəzən TV-yə baxanda
Kanalda kimsə tullanıb-düşüb, yaxanda
Millətin burnun lazımsız yerə soxanda
Körpələr müğənnilərimizdən qorxanda
Axanda sel kimi qalmaqal

Ora vurma, yeni quruma, məni, səni, bizi yorma
Göbələk, ya xurma, "tormoz" kimi durma
Girişək şou-biznesə, gəlin qoyağın səsə
Basabas salaq, yorulaq, min cür sırğalı qulaq

Açıq sinə, bilmirəm kimə deyim nənə, xala
Uşaqlar qalmaq istəmir dala, intim söhbətlər, kliplər striptiz
Əvvəl bayırda diz, indisə hamı sərbəst
Əla olubdur “best”, növbəti olubdur “next”

Jurnalda yazılıb “bürclər üçün seks-test”
Subay oğlanı qısa "yubka", dar şalvar edibdir məst
Kimsə cinsini dəyişib, olubdur tərsəmərs
Düşüb restoranlar arasında böyük bəhsəbəhs

Nəhs danışmaq, qarışmaq, aranı qızışdırmaq
Kamera önündə kişiləri alışdırmaq, iki "tormoz"-u yarışdırmaq
Aşmaq reytinq naminə çəpəri
Dodağa göbəkdən dəri, utanmayın, girin içəri

Bu kiminsə ərinin əri, tökək paltarın üstünə zəri
Tökək türkün məsəli mikrofonun üstünə təri (həri)
Amma tökməyək yaraya duz, bağlamayaq buz
Axı hərə özünə görə olubdur ulduz

Nəqarət
Uran yaradacaq yeni qalmaqal
Endirəcək zərbələri səhnələrə dalbadal
Uran yaradacaq yeni qalmaqal
(Caspian Clan, Uranı yığışdırın)

Bənd 2
Uran olmağına şübhəm yoxdur
Reper, DJ çoxdur, loxdur kim loxdur?
Repin yarısı püf...
Cümlədən, qafiyədən hamı toxdur
Hələ ki, repdə məşhur bir mövzu səhnəmizdə tutur zu

Sizcə “fonoqram” yoxsa canlı?
Cavab verim soyuqqanlı, əgər reperə müğənni deyirlərsə
Onda rep olacaq mahnı - bir yallı
Belə reperə fərqi yoxdur
“Fonoqram” çıxacaq, yoxsa çıxacaq canlı

Qara repin səhnəmizdə rəngi düm ağdır
Burada göbələk çıxmır, bu bizim bağdır
Kimin üçünsə fərqi yoxdur, sol da elə sağdır
"Oçkonu" təmizləyim? Axı ora ağdır

Məncə qaqaş yazanda baxmalısan nə yazırsan
Deyəsən çox azırsan, özün özünə dərin quyu qazırsan ("duxsan"!)
Lazım deyil "MSB"-ə ilişmə, hərbi söhbətə girişmə
Təşkil edək freestyle, deyişmə, Uranla görüşmə

Plagiat, “fonoqramma” - məşhur termin, bilən-bilməyən
Repi öyrənməyən hamı əlində şüar qışqırırlar
"Bizdə milli minus, milli rep var"
Mənim dediyim özü də repdə yenilik
Başladım, hələlik!

Nəqarət
Uran yaradacaq yeni qalmaqal
Endirəcək zərbələri səhnələrə dalbadal
Uran yaradacaq yeni qalmaqal
(Caspian Clan, Uranı yığışdırın)

Bənd 3
Klan hər dəfə mənə bir söz deyir
Uran görürsənmi bizdə rep-şou başqa paltar geyir
Super talant, olur uzun saça bant, birdən-birə qızma, azma
Sözlərin çox reper deyib, bağlayarsan qafiyə, yırğalayarsan

Sığallayarsan əvvəlcə səhnəni, qoy bir az tanısınlar səni
Öyrəşsin publika, sonra AK tətiyi sıxılır
Bir-ikisi freestyle'da yıxılırsa, əvvəl nifrətlə
Sonra hörmətlə baxılır. Səhnəmiz sıxılır

Mən əvvəlcə razılaşıram düzdür
Amma sonradan TV-ə baxıb, radionu taxıb qızışıram
Vaxtsızlıqla barışıram, mikrofonsuz alışıram
Uranla birlikdə hər dalğaya qarışıram

İstənilən adamla hər vaxt, hər yerdə yarışıram
Bəzən çaşıram, vulkan kimi daşıram
Sözlərlə yandırıb lavalaşıram
Çox zibilə girib bulaşıram, şıram-şıram sifət

"Tormoz" söhbət, vəziyyət, reper olub repçi, süpürgəçi, dəmirçi
İmza: Hörmətlə radioaktiv Uran, hədəfi mərkəzindən vuran
Qulaqlar sizdədir, mikrofon bizdə, üzdə-gözdə olmayacaq yas
Millət "play"-i bas!

Nəqarət
Uran yaradacaq yeni qalmaqal
Endirəcək zərbələri səhnələrə dalbadal
Uran yaradacaq yeni qalmaqal
Endirəcək zərbələri səhnələrə dalbadal

Uran yaradacaq yeni qalmaqal
Endirəcək zərbələri səhnələrə dalbadal
Uran yaradacaq yeni qalmaqal
Endirəcək zərbələri səhnələrə dalbadal

Comments

More Uran lyrics

Uran - Valideynləri Unutmayaq
{Bənd 1} Onların sevgisi, onların əllərinin istisi Onların şirin səsi, onların isti nəfəsi Ananın laylay nəğməsi, atanın verdiyi məsləhət Çəkdiyi əziyyət, səhvləri görüb

Uran - Qəlbimin Harayı
{Bənd 1} {Uran} Heç bir şey istəmirəm, ayrılıb dünyadan Enim sevgi dənizinə hündür bir qayadan Tapım səni, itirməyim, yetər bu tənhalıq İsit soyuq ürəyimi,

Uran - Repə Qulaq Asın
{Bənd 1} Yolun qırağıyla gedir qaqaş, əlində diplomat İti addımlar avtomat, gözündə linza eynək Əynində qara pencək, qaqa nöqtə köynək Hamıya örnək, mədəni, ağ dəri uşaq

Uran - Həyat Gülməlidir
{Nəqarət} Gülməlidir, nə qədər çox bilsək Səhvə yol versək, məsləhət görsək Gülməlidir, nə qədər istəsək Dünyanı düzəltsək, yenə də daş-kəsək! Gülməlidir

Uran - Açıq Mikrofon
{Bənd 1} {Uran} Zonam Əhmədli, Xəzər, repim nə xəz, nə zər Yan keçsin bədnəzər, qafiyəm qulağı əzər Uranın sorağı gəzər, Virtual arağı süzər Sözüm marağı

Uran - Yenə Də Fırlanır (“Yoxdu Belə Söhbət” Original Soundtrack
{Giriş} A, yeah! Əlini çək, toxunma mənə Qulaq as {1-ci hissə} Nədən deyim? Dediklərim hərfsizsə (Nə, nə?) Hara tuşlayım lüləni nişan

Uran - D b d b m
(nəqarət) Dabadabam, dabadabam! Belə deyir hər bir adam Söhbəti boş - tələbi var Oxşar olsun, dabadabam! Məna cılız. Mənaya sox Başı saman, ala, içinə

Uran - Gəl Məni Gör
{Giriş} Gəl məni gör Yeah! Yeah! {Bənd 1} Çox savadlı qaqaş, qıcqırıb savad qabı Adamı yox ki, sala qabağı, ya qala sabaha Harası baha soruşma,

Uran - Trendivəki
{Giriş} Bütün həyatını trendə həsr et, trend, trend Sən trend olmalısan Sən…sən trend olmaq üçün doğulmusan Trend sənin üçün hər şeydir Trend, ancaq trend

Uran - Sözlər Əbədidir
{Nəqərat: Trino} Ayaqlar altında Air Force-lar (Air Force-lar) Fırlanıram ətrafımda dostlar (Dostlar) Ürəyimdə deyiləsi söz var Bu, əbədi deyil Ayaqlar

Uran

Uran (tam adı: İbrahim İbrahimov; d. 20 dekabr 1983, Xaçmaz, Azərbaycan SSR, SSRİ) — Azərbaycan repçisi.[1]

Uran müxtəlif dövrdə Diana Hacıyeva və digər sənətkarlar ilə əməkdaşlıq etmişdir.
Həyatı
Uran 1983-ci il dekabr ayının 20-də Xaçmazda dünyaya gəlmişdir. 1996-ci ilin martın 9-da ilk rep mahnısını yazıb. Replə ilk tanışlığı Rusiya repçilərindən başlayıb. Sonrakı illərdə 2Pac və Eminemdən təsirlənib.

Hip-hopda ilk təxəllüsü “Mr Ib” olub. 2001-ci ilin mart ayından M.T.Street qrupunun tərkibində söz yazarı kimi fəaliyyət göstərməyə başlayıb. O, ilk olaraq söz yaza bilməyən repçilərə mahnı mətnləri satmaq fikrində idi. Həmin ilin aprelində qrup “Mənim lomka həyatım” treki ilə Vətən diskotekasında keçirilən yeraltı (ing. underground) festivalda 4-cü yeri tutub. 2001-ci ilin sonunda M.S.Street qrupu dağılır və Mr.Ib müstəqil fəaliyyətini davam etdirir. Həmin ilin oktyabr ayının 19-da Bakı Slavyan Universitetinin akt zalında, universitetin ŞHK-nin təqdimat gecəsində ilk çıxışını edir

2004-cü il yanvarın 11-də “Caspian Clan” rep qrupunun 8-ci üzvü olur. 2004-cü ildə qrup dağılır və repçi ləqəbini “Uran"a dəyişir. 2004-cü il oktyabrın 10-da Space TV-də "Mən Də Varam” telemüsabiqəsinə qatılır. O, telemüsabiqədə ikinci yeri tutur.

2006-cı il fevralın 2-də Uran British Council-in təşəbbüsü ilə “Urban Culture” adı altında keçirilən hip-hop şouda iştirak edir. Daha sonra şəxsi həyatında baş verən problemlərlə əlaqədar repdən bir müddət uzaqlaşır.

2007-ci ilin aprel ayında “Mən Də Varam 3” telemüsabiqəsinə yenidən qatılır və birinci yeri tutur. 2007-ci ilin avqust ayında Uran Azərbaycanın ilk rep leyblı olan “Da Streetz"in tərkibinə daxil olur.

2008-ci il aprel ayının 20-də “Rap Time” adlı radio verilişin aparıcılarından biri olur. Həmin ilin avqust ayında isə ANS ÇM-in keçirdiyi vətənpərvər musiqi müsabiqəsinə “Milli düşüncə və gənclər” mahnısı ilə birinci yerə layiq görülür.

2010-cu il mayın 2-də Bakıda Türkiyə repçisi Cəza ilə birgə konsert verir. 2012-ci il iyunun 28-də Ceza və Uran ikinci dəfə Bakıda, Heydər Əliyev adına İdman Arenasında eyni səhnəni bölüşür.

2013-cü il Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən Fanta Gənclik Festivalın aparıcısı olur.

Uran 2014-cü ilin avqust ayından 2016-cı il fevral ayına qədər Almaniyada yaşayıb.[2]

Şəxsi həyatı
Ailəlidir. Bir qızı var.

Diskoqrafiya
Uranın diskoqrafiyasına 3 studiya albomu və bir miksteyp daxildir.

Studiya albomları
Hörmətlə Uran (2005)
Mənasız Şeylər (2009)
Qaralama (2011) (Miksteyp)
Açıq Mikrofon (2013)